2016-2020-ci illər üzrə planlaşdırılmış
“Dermatomikozlar autoimmun və somatik xəstəliklərlə assosiasiyada (klinik-laborator xarakteristika, terapiya, profilaktika )” mövzusunda elmi-tədqiqat işinin aşağıdakı mərhələləri yerinə yetirilmişdir:
I. 01.2016-12.2016-cı ildə “Azərbaycan Respublikasında 2004-2015-ci illər üzrə dermatomikozlu xəstəliklərin dinamikası”
II. 01.2017-12.2017-ci ildə “Dermatomikozların törədicisinin etioloji strukturunun öyrənilməsi”
III. 01.2018-12.2018-ci il üçün “Dermatomikozlar autoimmun və somatik xəstəliklərlə assosiasiyada (klinik-laborator xarakteristika, terapiya, profilaktika)” mərhələsi planlaşdırılmışdır
Tədqiqatın məqsədi
Azərbaycan Respublikasında dermatomikozların yayılması, mikoloji və klinik-immunoloji xüsusiyyətlərinin öyrənilməsi, terapiya metodlarının təkmilləşdirilməsini öyrənməkdir.
Elmi yeniliklər
Aparılmış tədqiqatlar dermatomikozların törədicisinin etioloji strukturunun öyrənilməsinə, əsas formasını aşkar etməyə və kompleks terapiya metodlarını işləyib hazırlamağa imkan verir
Təcrübi əhəmiyyəti
Alınmış nəticələr dermatomikozların immunokorreqəedici və antibakterial təsirli preparatlarla kompleksdə antifunqal terapiyasının təkmilləşdirilməsinə imkan verir.
Dermatovenerologiya kafedrasında aşağıdakı istiqamətdə (2016-2020) elmi-tədqiqat işi aparılır: “Dərinin, dəri artımlarının və selikli qişaların göbələk infeksiyaları ”
Problem:Azərbaycan Respublikasında dermatomikozların etiologiya və patogenezinin xüsusiyyətlərinin öyrənilməsi;
Mövzu: “Dermatomikozlar autoimmun və somatik xəstəliklərlə assosiasiyada (klinik-laborator xarakteristika, terapiya, profilaktika)”