Ələkbərova Nigar Rafiq qızı Səbail rayonu 6 №-li məktəbini bitirib, 1990-cı ildə Azərbaycan Neft Akademiyasının İqtisadiyyat fakültəsinə daxil olub, 1995-ci ildə həmin Akademiyanı bitirib. 
Pekin şəhərində Çin dili üzrə təcrübə keçib, 2002-ci ildə ATU-nun Tədris şöbəsində metodist vəzifəsində, 2005-ci ildən isə İctimai fənlər kafedrasında çalışır. Hal-hazırda həmin kafedrada dosent vəzifəsini icra edir. İqtisad üzrə falsəfə doktorudur.
Azərbaycan, Rus, İngilis və Çin dillərində sərbəst danışır.
2017/2018 -ci illərdə ATU-nun xarici tələbələrlə iş üzrə dekan müavini vəzifəsini icra edib.
18.10.2018-ci ildən ATU-nun beynəlxalq əlaqələr üzrə şöbə müdirinin müavini vəzifəsinə təyin edilib.