Bizi izləyin:
Heydər Əliyev
Elmi istiqamət
Bölmələrimiz
Elmi istiqamət

Təşkilatın adı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Azərbaycan Tibb Universiteti

Sənədin növü

2026-2030-cu illər üçün Ümumi cərrahlıq kafedrasının

 elmi-tədqiqat mövzusunun

PLAN-ANNOTASİYASI

Fakültənin ixtisas şifri

050904 Tibb

Kafedranın mövzusunun adı

Həzm traktının kəskin və xroniki cərrahi xəstəliklərinin, qarın divarı yırtıqlarının, çanaq dibi və yumşaq toxuma defektləri, qarın boşluğu və kiçik çanaq orqanlarının simultan patologiyalarının diaqnostika və həmçinin cərrahi müalicəsinin, cərrahi əməliyyatların tibbi, sosial və iqtisadi aspektlərinin öyrənilməsi.

Elmi problemin adı

Həzm traktı anastomozlarının, qarın divarı, çanaq dibi və yumşaq toxuma defektlərinin regenerasiya problemi

Problem Komissiyanın adı

Cərrahiyyə üzrə problem komissiyası

3213.01

Protokolun nömrəsi və tarixi

 

Fakültə Elmi Şuranın adı

II Müalicə-Profilaktika Fakültəsinin Elmi Şurası

Qeydiyyat tarixi və protokolun nömrəsi

 

Elmi rəhbər:

Prof. Ağayev E.K.

Kafedrada elmi işlər üzrə məsul şəxs

Dos. İsmayılova Z.E.

Əlaqə

055 771 58 99, doc.zulfiyya2002@mail.ru

 

 

 

TƏDQİQATIN MƏZMUNU

Mövzunun adı

Həzm traktının kəskin və xroniki cərrahi xəstəliklərinin, qarın divarı yırtıqlarının, çanaq dibi və yumşaq toxuma defektləri, qarın boşluğu və kiçik çanaq orqanlarının simultan patologiyalarının diaqnostika və həmçinin cərrahi müalicəsinin, cərrahi əməliyyatların tibbi, sosial və iqtisadi aspektlərinin öyrənilməsi

 

Problem

Həzm traktı anastomozlarının, qarın divarı, çanaq dibi və yumşaq toxuma defektlərinin regenerasiya problemi

 

Mövzunun aktuallığı

Həzm traktının kəskin və xroniki cərrahi xəstəlikləri, qarın divarı yırtıqları, çanaq dibi və yumşaq toxuma defektləri, qarın boşluğu və kiçik çanaq orqanlarının simultan patologiyaları ilə stasionara müraciət edən xəstələr ümumilikdə cərrahi xəstələrin 80%-nə yaxınını təşkil edir. Hər il respublikamızın müxtəlif regionlarından minlərlə xəstə bu patologiyalarla ATU-nun Tədris-Cərrahi klinikasına müraciət edir və cərrahi əməliyyatlara məruz qalır. Bu patologiyaların əməliyyatdan sonrakı dövrdə meydana çıxa biləcək ağırlaşmaları ümumilikdə müalicə prosesi üçün ciddi problemlər yaradır və xəstələrin həyat keyfiyyətini aşağı salır. Müalicənin qeyri-qənaətbəxş nəticələri əməliyyatdan sonrakı dövr üçün ciddi fəsad olmaqla yanaşı sərf olunan xərcləri kəskin artıraraq ağır sosial-maddi problemlərə də səbəb olur. Ağırlaşmalara səbəb olan risk amillərini aradan qaldırmağa və mədə-bağırsaq traktı anastomozları, qarın divarı, çanaq dibi və müxtəlif nahiyələrdə toxuma regenerasiyasını yaxşılaşdırmağa  yönəldilmiş yeni müalicə protokollarının tətbiqi və müxtəlif biomaterialların istifadəsi, ağırlaşma hallarının müəyyən qədər azalmasına  yardım etsə də, problemin həqiqi mənada həllinə gətirib çıxarmamışdır. Odur ki, bu sahədə yeni elmi-tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac vardır.

Tədqiqatın məqsədi

Həzm traktının kəskin və xroniki cərrahi xəstəliklərinin, qarın divarının yırtıqlarının, çanaq dibi və yumşaq toxuma defektləri, qarın boşluğu və kiçik çanaq orqanlarının simultan patologiyalarının müalicəsinin nəticələrini yaxşılaşdırmaq, əməliyyatdan sonrakı ağırlaşmaların qarşısını almaq, xəstələri erkən aktivləşdirməklə çarpayı günlərini azaltmaq, əməliyyatların funksional və kosmetik nəticələrini daha qənaətbəxş etməkdir.

Tədqiqatın vəzifələri

  1. Həzm traktının kəskin və xroniki xəstəliklərinin, qarın divarı yırtıqlarının, çanaq dibi/yumşaq toxuma defektlərinin, eləcə də simultan patologiyaların müalicəsində minimal invaziv, funksional-qoruyucu və anatomik rekonstruktiv yeni cərrahi üsulların və ya mövcud üsulların modifikasiyalarının tətbiqini araşdırmaq və onların müqayisəli effektivliyini qiymətləndirmək.
  2. Əməliyyatdan sonrakı ağırlaşmaların qarşısını almaq, xəstələri erkən aktivləşdirmək və çarpayı günlərini azaltmaq məqsədilə mini-invaziv əməliyyatlarla açıq əməliyyatların müqayisəli öyrənilməsi və bu əməliyyatların preoperativ hazırlıq, intraoperativ idarəetmə, postoperativ qulluq protokollarını işləyib hazırlamaq və tətbiq etmək.
  3. Əməliyyatdan sonrakı spesifik ağırlaşmaların (məsələn, anastomoz tutmazlığı, infeksiya, yara problemləri) yaranma riskini proqnozlaşdıran erkən biokimyəvi, immunoloji və ya instrumental markerləri müəyyən etmək və bu risklərin qarşısını almaq üçün effektiv profilaktik strategiyalar (antibiotikoterapiya, xüsusui tikiş növlərinin tətbiqi, drenaj, toxuma dəstəyi) hazırlamaq.
  4. Seçilmiş cərrahi müdaxilələrdən sonra həzm, sidik-cinsiyyət və ya dayaq-hərəkət sistemlərinin funksional nəticələrini (məsələn, sfinkterin funksiyası, defekasiya tezliyi, yırtıq residivi) obyektiv meyarlarla qiymətləndirmək, eyni zamanda kosmetik nəticələri və xəstələrin əməliyyatdan sonrakı Həyat Keyfiyyətini (HK) müvafiq sorğu vasitələri ilə dəyərləndirmək.
  5. Qarın divarı yırtıqları, çanaq dibi və yumşaq toxuma defektlərinin bərpası zamanı istifadə olunan sintetik və ya bioloji materialların (xüsusi tərkibdə hazırlanmış torlar/meşlər, tikiş materialları), eləcə də regenerasiyanı sürətləndirən preparatların bioloji uyğunluğunu, regenerasiyaya təsirini və onların residiv riskinə, infeksiyaya və kosmetik nəticələrə təsirini müqayisəli şəkildə təhlil etmək.
  6. Qarın boşluğu və kiçik çanaq orqanlarının simultan patologiyaları olan xəstələrdə standart qarın və transvaginal giriş strategiyalarının təhlükəsizlik, əməliyyat müddəti, postoperativ morbidlik və maliyyə-səmərəlilik baxımından müqayisəli təhlilini aparmaq və optimal cərrahi yanaşmanı əsaslandırmaq.

 

Tədqiqat işinin obyekti

Həzm traktının kəskin və xroniki cərrahi patologiyaları olan, habelə qarnın ön divarının yırtıqları, çanaq orqanları sallanması, simultan abdominal əməliyyatlara məruz qalmış xəsətlər.

Tədqiqat üsulları

Klinik, laborator (ümumi, biokimyəvi, mikrobioloji, immunoloji, morfo-histolokimyəvi); statistik; rentgenoloji, ultrasonoqrafiya, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası, perianal, endorektal, intravaginal exosonoqrafiya, kolonoskopiya, anoskopiya, sfinkterometriya.

Açar sözlər

Həzm traktının cərrahi patologiyaları, kolorektal anastomozlar,  kolorektal anastomoz tutmazlığı, qarın ön divarının giqant yırtıqları, çanaq dibi defektləri, simultan abdominal patologiyalar, laparoskopik əməliyyatların effektivliyi, transvaginal laparoskopik giriş.

Elmi yeniliyi

İlk dəfə qarın yırtıqlarının plastikası üçün antibiotik hopdurulmuş xüsusi torlar giqant və residiv yırtıqları olan xəstələrdə tətbiq edilmiş, çanaq dibinin müxtəlif dərəcəli defekti olan qadınlarda yeni effektiv hibrid rekonstruktiv əməliyyat növü – uretrosfinkteroplastika+subfassial tikişlərin qoyulması uğurla həyata keçirilmiş, kolorektal anastomoz qoyulmuş bir neçə xəstədə Laennek preparatının əməliyyatönü təyini və gərginliyi azaldan yeni fiksəedici tikişlərin qoyulması ilə anastomoz regenerasiyasının optimallaşmasına, sürətlənməsinə və əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikasına nail olunmuşdur. Müqayisəli üsulla mini-invaziv əməliyyatların açıq müdaxilələrə nəzərən üstün tibbi, sosial, iqtisadi cəhətləri ətraflı tədqiq edilmişdir.

 

Gözlənilən nəticələr

Böyük və giqant ölçülü yırtıqlarda qarnın ön divarını möhkəmləndirmək və toxuma defektini qapatmaq üçün hazırlanmış tor, çanaq dibinin möhkəmləndirilməsi üçün hibrid rekonstruksiya texnikası və Kolorektal anastomozlarda xüsusi tikiş növü, eləcə də Laennek inyeksiyası ilə, habelə transvaginal laparoskopik girişin tətbiqi ilə xəstələrdə müalicə nəticələrini yaxşılaşdırmaq mümkün olacaqdıtr.

 

Elmi-praktik əhəmiyyəti

Antibiotik hopdurulmuş torların tətbiqi ilə qarnın ön divarında böyük ölçülü defektlərin bərpa olunması imkanı artır və residivlərin yaranması ehtimalı azalır, mini-invaziv əməliyyatların tətbiqinin effektivliyinin sübut olunması ilə xəstələrin erkən aktivləşdirilməsi, çarpayı günlərinin minimuma endirilməsi və müalicəyə sərf olunan maddi vəsaitin azaldılmasına nail olunur və bu nəticələrə əsaslanaraq əhali arasında müvafiq maarifləndirmə işi aparılır, çanaq dibinin rekonstruksiyası üçün təklif olunan hibrid üsul ilə əməliyyatların effektivliyi yüksəlir və xəstələrin həyat keyfiyyəti yaxşılaşır, kolorektal anastomoz tutmazlığının profilaktikası üçün təklif olunan metodun tətbiqi ilə əməliyyatdan sonrakı ağırlaşmaların inkişaf tezliyini azaltmaq və reabilitasiya dövrünü qısaltmaq mümkün olur.

 

Tədqiqatın yerinə yetririləcəsyi yer

Azərbaycan Tibb Universiteti, Tədris Cərrahiyyə Klinikası

 

İşin başlama vaxtı

2026

 

İşin bitirmə vaxtı

2030

 

İşin müddəti

5 il

 

Mövzuya aid planlaşdırılan işlər, məsul icraçılar və ya icraçılar

 

İş 1.

Əməliyyatdan sonrakı böyük və giqant ventral yırtıqların cərrahi müalicəsinin optimal üsulunun seçilməsi

 

Məsul icraçı

 t.ü.f.d., dos. Qasımov E.M.

 

Mərhələlər

1. Statistik əməliyyatların aparılması və publikasiyaların hazırlanması

2. Dissertasiyanın yazılmasının başa çatdırılması və müdafiəyə hazırlıq

 

İcraçılar

Ass., t.e.n. Cavadov Ə.C.

 

İş 2.

Kolorektal anastomozlarda tutmazlığın proqnozlaşdırılması və profilaktikası üsullarının optimallaşdırılması

 

Məsul icraçı

dos., t.ü.f.d. İsmayılova Z.E.

 

Mərhələlər

 

1. Histoloji tədqiqatların aparılması və publikasiyaların hazırlanması

2. Dissertasiyanın formalaşdırılması və müdafiəyə hazırlıq

 

İcraçılar

 

Ass, t.ü.f.d. Məmmədov T.E., dos., t.ü.e.d. Həsənov M.C.

 

İş 3.

Açıq və mini invaziv cərrahi əməliyyatların tibbi, sosial və iqtisadi aspektləri

 

Məsul icraçı

dos., t.ü.f.d. Həsənov A.B.

 

Mərhələlər

 

Dissertasiyanın formalaşdırılması və müdafiəyə hazırlıq

 

İcraçılar

 

t.ü.f.d., dos. Həsənov A.B., Neymətov İ.F.

 

İş 4.

 

Çanaq dibinin müxtəlif defektləri olan qadınlarda konservativ və cərrahi üsulların təkmilləşdirilməsi

 

Məsul icraçı

 

Ass., t.ü.f.d. Hüseynzadə A.N.

 

Mərhələlər

 

1. Klinik materialın statik təhlili və publikasiyaların hazırlanması

2. Dissertasiyanın formalaşdırılması və müdafiəyə hazırlıq

 

İcraçılar

 

Dos., t.e.n. Yusubov M.O., ass., t.ü.f.d. İsrafilova S.B.

 

İş 5.

 

Qarın boşluğunun və kiçik çanaq orqanlarının simultan patologiyaları zamanı hibrid transvaginal laparoskopik girişin optimallaşdırılması

 

Məsul icraçı

 

Prof., t.e.d. E.K.Ağayev, ass., t.ü.f.d. Məmmədova G.A.

 

Mərhələlər

 

1. Standart laparoskopik girişlə əməliyyata məruz qalmış müqayisə qrup xəstələrinin müalicəsinin nəticələrini öyrənmək

2. Əsas qrupa daxil olan xəstələrin kliniki materialının toplanması və onun analizi

3. Klinik tədqiqatlar

4. Statistik işləmələr və publikasiyaların hazırlanması

5. Dissertasiyanın formalaşdırılması və müdaiəyə hazırlıq

 

 

İcraçılar

 

Ass., t.ü.f.d.Məmmədova G.A., dos., t.ü.e.d. Tağıyev E.Q.

 

 

 

 

Elmi istiqamət:     Kəskin və xroniki cərrahi xəstəliklərdə və travmalarda homeostasda,immunohumoral sistemdə baş verən dəyishikliklərin korreksiyası, qida borusu,və traxeyanın cərrahiyyəsi ,qarın divarının yırtiqları ,laporoskopik endoskopik cərrahiyyə.

Problem: “Kəskin və xroniki cərrahi xəstəliklərdə və travmalarda homeostasda,immunohumoral sistemdə baş verən dəyishikliklərin korreksiyas qida borusu və traxeyanın cərrahiyyəsi ,laroroskopik və endoskopik cərrahiyyə,qarının ön divarının yırtıqlarının cərrahi müalicəsi “

ATU-nun Ümumi cərrahiyyə və anestezialogiya kafedrasının ETİ-nin icraçılarının siyahısı

A.S.A.

Tutduğu vəzifə

Tədqiqatda iştirak dərəcəsi

1

Ağayev E.K.

Kaf. müd.t.e.d.,professor

Elmi rəhbər.          

2

Cəfərov Ç.M.

t.e.d.professor.

Elmi rəhbər

3

Hacıyev C.N

t.e.d.professor

Elmi rəhbər

4

Kərimov M.M.

t.e.d.professor

Elmi rəhbər

5

Məmmədov R.Ə.

t.e.d.professor

Elmi rəhbər

6

Əliyev M.Y.

t.e.d., professor

Elmi rəhbər

7.

Hacıyev N.C.

t.e.d. professor

İcraçı

8.

Həsənov M.C.

t.ü.f.d. dosent

İcraçı

9.

Tağıyev E.Q.

t.ü.f.d. dosent

İcraçı

10.

Allahverdiyev V.A

t.ü.f.d. dosent

İcraçı

11.

Cümşüdov C.H.

t.ü.f.d. dosent

İcraçı

12.

Yusubov M.O.

t.ü.f.d. dosent

İcraçı

13.

Qurbanov V.Z

t.ü.f.d. dosent

İcraçı

14.

Məmmədov A.İ.

t.ü.f.d. dosent

İcraçı

15.

Həsənov A.B.

t.ü.f.d. dosent

İcraçı

16.

Məmmədov A.X.

t.ü.f.d. ass.

İcraçı

17.

Cavadov Ə.C.

t.ü.f.d. ass.

İcraçı

18.

Qasımov E.M.

t.ü.f.d. ass

İcraçı

19.

İsmayılova Z.E. t.ü.f.d., ass. Məsul icraçı

20.

Hüseyn-zadə A.

t.ü.f.d., ass.

İcraçı

21.

Neymətov İ.F.

t.ü.f.d. ass

İcraçı

22.

İsrafilova S.B.

t.ü.f.d., ass.

İcraçı

23.

Sultanova T.S.

t.ü.f.d., ass.

İcraçı

24.

Hüseynov L. ass. İcraçı

25.

Kosayev A. ass. İcraçı

26.

Məmmədov T.E. baş laborant İcraçı

27.

Qasımova Ş. baş laborant İcraçı

28.

Cümşüdov A.C. ass. İcraçı

29.

İsmayılov V.

Baş.lab.

İcraçı

30.

     

31.

     

32.

     

 

Kafedranın əməkdaşları pedaqoji-tədris işi ilə yanaşı olaraq elmi axtarışlarla da məşğul olmuşlar. Demək olar ki, bütün işçilər kafedranın əsas elmi problemi olan «Həzm traktının kəskin və xroniki keçməzliklərinin, peritonitlərin qarın divarının yirtıqlarının diaqnostikası və müalicəsi» müxtəlif sahələrini öyrəniblər. Kafedranın müəllim heyətinin 24-nin  elmi dərəcəsi vardır.

İşin məqsədi. Xora mənşəli kəskin qastroduodenal qanaxmalar zamanı homeostazın sitokin profili pozğunluqlarının göstəriciləri nəzərə alınmaqla qeyri-səlis modul üsulundan istifadə edərək qanaxmanın residivi ehtimalının fərdi proqnozlaşdırılması və sitokin disbalansının tənzimlənməsi ilə müalicənin nəticələrini yaxşılaşdırmaq.

Xoledoxolitiaz mənşəli mexaniki sarılıqlar zamanı əməliyyatdansonrakı ağırlaşmaların qeyri-səlis modul üsulundan istifadə etməklə proqnozlaşdırıiması əsasında fərdi taktika seçiminin və immuntənzimlənmənin prioritet istiqamətlərinin elmi əsaslandırılması.

Tədqiqat üsulları və aparatura. Tədqiqatın icra olunması məqsədilə Yaponiyada istehsal olunmuş “Olimpiks” markalı nazik borulu fibroehteroskoplardan, kompüter tomoqrafiya və nüvə-maqnit rezonans müayinələrindən, histomorfoloji və histokimyəvi tədqiqatlardan, anastomozlarda və rezeksiya sahələrində qan dövranı və mikrosirkulyasiyanıtədqiq edən müasir tədqiqat üsullarından istifadə olunacaqdır. Bundan əlavə yeni qida borusu, mədə və bağırsaq rezeksiyası üsulları işlənib hazırlanacaq, ağırlaşmaların erkən diaqnostika üsulları axtarılacaq, müalicə məqsədilə yeni enterosorbentlərdən, və müsariqədaxili farmakoterapiya məqsədiləyeni dərman preparatları qarışığından istifadə olunacaqdır.

Yeni profilaktika və müalicə üsulları, babelə müasir aparatların tətbiqi nəticəsində qida borusu, mədə və onikbarmaq bağırsağın xroniki keçməzliyinin cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırılması istiqamətində irəliləyişlər əldə olunacaqdır.

Tədqiqat işinin yeniliyi. İlk dəfə olaraq xora mənşəli KQDQ zamanı qeyri–səlis məntiq nəzəriyyəsinə əsaslanaraq yaradılmış qeyri–səlis modul üsulu ilə qanaxmanın residivi riskinidaha dürüst fərdi proqnozlaşdırmağa imkan verən bir üsul işlənib hazırlanaraq klinikaya tətbiq etməklə elmi – praktik əhəmiyyətli vacib məsələ həll edilmişdir. İlk dəfə olaraq KQDQ olan xəstələrdə immunitetin hər iki həlqəsində yerli və sistem göstəricilərinin səviyyəsi ilə qanitirmənin dərəcəsi arasındakı asılılıq müəyyən edilmişdir.İlk dəfə olaraq qanitirmənin ağırlıq dərəcəsindən asılı olaraq sitokin profilinin yerli və sistem göstəriciləri müqayisəli surətdə qiymətləndirilmişdir.İlk dəfə KQDQ zamanı immun, sitokin və antioksidant status, eləcə də endogen intoksikasiya göstəriciləri arasında qarşılıqlı əlaqələr öyrənilmişdir.İlk dəfə olaraq KQDQ-nin cərrahi müalicəsi zamanı cift qanının progenerator hüceyrələrinin köçürülməsinin klinik – immunoloji əhəmiyyəti sübut edilmişdir.İlk dəfə olaraq KQDQ-nin konservativ və cərrahi müalicəsi zamanı qanitirmənin dərəcəsi və sitokin disbalansının dərinliyi nəzərə alınmaqla rekombinat IL-1β – betaleykinlə fərqli dozada aparılan istiqamətlənmiş sistem sitokinoterapiyanın immun statusa, sitokin disbalansına və endogen intoksikasiyaya təsiri dinamikada öyrənilmişdir.İlk dəfə residiv qanaxmaların baş verməsində sitokin profilinin yerli göstəricilərinin rolu qiymətləndirilməklə bu göstəricilərin klinik – proqnostik əhəmiyyəti müəyyən edilmişdir.İlk dəfə biomühitlərdə dinamikada IL-6 səviyyəsi ilə xəstələrin vəziyyətinin ağırlığı arasında birbaşa əlaqənin olması müəyyən edilmişdir.

Tətbiq edilmə dərəcəsi.

Elmi-tədqiqat işinin nəticələri əsasında beş dissertasiya işi aparılır, həmçi­nin bu nəticələr elmi məqalələr, dərsliklər, tədris-metodik vəsaitlər, praktikum­ların yazılmasında istifadə olunur.Nəticələr respublikada, müxtəlif xarici ölkələrdə keçirilən elmi konfranslarda təqdim olunur və kafedrada Tələbə Elmi Cəmiyyətində elmi-tədqiqat işləri aparan tələbələrin tədqiqatlarında da öz əksini tapmışdır.Elmi-tədqiqat işinin nəticələri ölkədə və xarici ölkələrdə keçirilən müxtəlif elmi-praktik və xəstəxanadaxili konfranslarda müzakirə edilmişdir. Həmçinin II, III kurs tələbələrinə patoloji anatomiya fənninin tədrisi və rezidentlərin hazırlanması zamanı tətbiq edilir.