Seminarda Cənubi Qafqaz ölkələrinin tibb universitetlərinin tələbələri, o cümlədən ATU-nun 9 tələbəsi (Ceyhun Sanıyev (MPF-I fakultəsi, IV kurs), Valeh Rüstəmov (Stomatologiya fakultəsi, IV kurs), Nigar Əliyeva (MPF-I fakultəsi, IV kurs), Nübar Məmmədova (MPF-I fakultəsi, IV kurs), Şəhla Balakişiyeva (MPF-I fakultəsi, IV kurs), Kənan Hacılı (MPF-I fakultəsi, IV kurs), Emin Əkbərli (MPF-I fakultəsi, IV kurs), Sona Nuriyeva (Pediyatriya fakultəsi, V kurs), Könül Məmmədova (Pediyatriya fakultəsi, V kurs)) iştirak etmişlər. Verilən tapşırıqlar əsasında tələbələrimiz qısa bir zaman ərzində slayd hazırlamış və təqdimat keçirmişlər. Azərbaycanlı tələbələrin rəhbərlik etdikləri qrup məsələnnin öhdəsindən layiqincə gəlmiş və birinci yerə layiq görülmüşlər. Seminarın sonunda tələbələrimiz Sertifikatlarla təltif olunmuşlar.