Kafedradacari 2016-cı il ərzində 2016-2020-ci illər üçün qəbul edilmiş İNSAN ORQANİZMASINDA MÖVCUD OLAN MÜXTƏLİF PATOLOJİ PROSESLƏRİN AŞKAR EDİLMƏSİNDƏ VƏ ERKƏN DİAQNOSTİKASINDA MÜASİR ŞÜA DİAQNOSTİK MÜAYİNƏLƏRİN NƏTİCƏLƏRİNİN TƏHLİLİ mövzu üzrə elmi-tədqiqat işi aparılır.
Açar sözlər: şəkərli diabet, onkoloji xəstəliklər, kompyuter tomoqrafik angioqrafiya, koronar angioqrafiya, ultrasəs müayinəsi, densitometriya, ürəyin işemik xəstəlikləri
Tədqiqat obyekti. Anamnezində şəkərli diabet, onkoloji,qalxanabənzər vəzi və ürəyin işemik xəstəlikləri 140 xəstə.
İşin məqsədi. Diabetik hepatopatiyaların, diabetik osteoartropatiyaların, onkoloji və koronar arteriyaların xəstəliklərinin aşkar edilməsində şüa diaqnostik metodların birgə tətbiqi və bu müayinələrin nəticələrini müqayisəli təhlili.
Müayinə metodları. Rəqəmli rentgenoqrafiya, kompyuter tomoqrafiyası, ultrasəs müayinəsi, MRT müayinəsi, KT angioqrafiya, rentgen angioqrafiya metodları.
Alınan nəticə və yenilik. Respublikamızda ilk dəfə kompleks şüa diaqnostik metodların köməyi ilə şəkərli diabetli xəstələrində diabetik hepatopatiyaların, osteoartropatiyaların, qalxanabənzər vəzi, onkoloji, koronar arteriyaların xəstəliklərinin erkən diaqnostikası və bu müayinələrin müqayisəli təhlilinin aparılması həyata keçirilmişdir.
Səmərəlilik. Kompleks müayinələrin nəticələri diabetik hepatopatiyaların, osteoartropatiyaların və koronar arteriyaların xəstəlikləri zamanı seçiləcək müalicə taktikasını və onun proqnozunu müəyyənləşdirməyə imkan verən diferensial diaqnostik kriterləri təyin edir. Diabetik hepatopatiyaların, diabetik osteoartropatiyaları, onkoloji və koronar arteriyaların xəstəlikləri zamanı kompleks şüa diaqnostik metodlara əsaslanan diaqnostik alqoritmlər bu xəstəliklərin erkən diaqnostikasında xüsusi əhəmiyyət kəsb edir.
Tətbiq edilmə dərəcəsi. Metodik tövsiyyələrin hazırlanması. ATU-nun Tədris- Terapevtik klinikasının şüa diaqnostikası şöbəsində tətbiqi.
Tətbiq edilmə sahəsi.Elmi tədqiqat işinin nəticələri daxili orqanların xəstəlikləri zamanı müxtəlif fəsadların erkən aşkarlanmasında geniş tədbiq edilir.