Ali təhsil qarşısında duran ən mühüm vəzifələrdən biri müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrlar hazırlamaq, onlara nəzəri və təcrübü vərdişlər aşılamaqdır. İxtisaslı mütəxəsislərin hazırlanmasında tələbə elmi işlərinin çox mühüm əhəmiyyəti vardır.
6-7 noyabr 2015-ci il tarixində ATU-nun təşkilatçılığı ilə tələbə və gənc həkimlər üçün II Beynəlxalq Tibb Konqresi keçirildi. II Beynəlxalq Tibb Konqresi dunyanın bir çox ölkələrindən olan professor, həkim və tibb tələbələrini bir araya gətirdi. Konqres iş planına uyğun olaraq cərrahiyyə, pediatriya, stomatologiya, onkologiya, mikrobiologiya, histologiya, əczaçılıq, genetika, tibbi statistika üzrə işini davam etdirdi.
Konqresdə iştirak etmək üçün dünyanın 20-dən çox universitetlərinə rəsmi dəvət göndərilmişdir. II Beynəlxalq Tİbb Konqresində qardaş respublika olan Türkiyə Dövlət İstambul Universiteti Tibb fakültəsi, Samsun 19 Mayıs Universiteti, İzmir Ondokuz Eylül, İzmir Ege Universitetlərindən 9 elmi məqalə ilə, Rusiyadan Sankt Peterburq Tibb Universiteti, Tümen Tibb Aakademiyasından 18 elmi məqalə, Gürcüstandan 4 elmi məqalə ilə, İtaliyadan 1 elmi məqalə ilə, İran Ərdəbil və Təbriz Tibb Universitetlərindən 2 məqalə ilə, Almaniyada 3 elmi məqalə ilə, İngiltərədən 3 elmi məqalə ilə professor, gənc həkim və tibb tələbəsi qatılmışdır. Ümumilikdə 9 professor 24-ə yaxın gənc həkim və tibb tələbəsi Konqresdə çıxış etmişdir. Belə tədbirlər dünyanın müxtəlıf universitetlərində təhsil alan tibb tələbələri və dünyanın aparıcı klinikalarında çalışan həkimlərin bir-birləri ilə fikir mübadiləsi aparmaq, öz bilikləri ilə bölüşmək üçün çox gözəl fürsətdir.
Münsiflər heyətinin yekun rəyinə əsasən konqres iştirakçılarına sertifikat təqdim edilmişdir.
II Beynəlxalq Tİbb Konqresi dövlət mətbuatında və televiziya kanalları vasitəsilə işıqlandırılmışdır.