AR Prezidenti yanında Elmin İnkişaf Fondunun 2011-ci ildə biologiya, tibb və aqrar elmlər üzrə qalib gəlmış "Respublikada biologiya və tibb sahələrində ultrastruktur tədqiqatların müasir səviyyədə təşkili üçün Transmissiya Elektron Mikroskopunun, müvafiq cihaz, avadanliq və materialların alınması" 

Layihənin dəyəri: 75 000 manat.

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ AZƏRBAYCAN PESPUBLİKASI PREZİDENTİ YANINDA ELMİN İNKİŞAF FONDUNUN PİLOT LAYİHƏSİ PROF. E.K.QASIMOVUN RƏHBƏRLIFI ILƏ MÜVƏFFƏQİYYƏTLƏ BAŞA ÇATDIRILMIŞDIR
Keçən əsrin 50-ci illərindən baєlayaraq elektron mikroskopunun morfologiyada tətbiqi sahəsində əldə olunmuє məlumatlar bioloji elmləri tam yeni səviyyəyə qaldırmışdır. Belə ki, qısa zaman ərzində istər bitki, istərsə də heyvan hüceyrələrinin əsas kompartmentləri olan hüceyrə zarının, sitoplazmanın (onun tərkib hissələri olan orqanellərin, sitoskelet elementlərinin) və nüvənin submikroskopik səviyyədə tədqiqi həyata keçirilməyə başlanılır. Əldə olunmuş məlumatlar ilk vaxtlar dünyanın ən məşhur elmi dərgilərində məqalələr şəklində, sonralar isə elmi işçilərin və tələbələrin stolüstü kitabları olan monoqrafiyalar və dərsliklər şəkilində dərc olunurlar. Son 10 il ərzində dərc olunan dərslik və monoqrafiyaların hamısında müxtəlif tip elektron mikroskopları ilə çəkilmiş şəkillər üstünlük təşkil edirlər. Hal-hazırda istifadə olunan mikroskopik texnikalar içərisində elektron mikroskopunun imkanlarını ABŞ-ın Kaliforniya Universitetinin əməkdaşları G.A. Perkins və b. (2009) belə səciyyələndirirlər: "Müasir flüoressent konfokal mikroskopların köməkliyi ilə nişanlanmış zülalların hüceyrə daxilində hərəkətini belə izləmək mümkün olsa da, böyütmə imkanı məhdud olduğundan orqanellərin ultrastrukturunu tədqiq etmək imkanı vermir. Sonuncu imkan ancaq üçölçülü elektron mikroskopunun (elektron tomoqrafiyası) vasitəsilə tam dəqiqliklə həyata keçirilə bilir".
Bioloji elmlər sahəsində müasir istiqamətlərdən biri müxtəlif şəraitlərdə (yaşla əlaqədar, eksperimental və patoloji vəziyyətlərdə) hüceyrələrin ölüm formalarının müəyyən edilməsidir. Bu sahədə çox həssas flüressent, immunhistokimyəvi və s. metodlar kəşf olunmasına baxmayaraq, hüceyrələrin ölüm formalarının aşkar edilməsinin "qızıl standartları" hələ də elektron mikroskopik tədqiqatların nəticələrinə əsasən müəyyən edilir (S.C.Taatjes et al., 2008; A.Tinari et al., 2008).
Biologiya və tibb sahəsində müasir tələblərə cavab verən, impakt faktoru yüksək olan jurnallarda çap olunan elmi-tədqiqat işlərinin böyük əksəriyyəti müxtəlif növ elektron mikrospik texnikaların vastəsilə yerinə yetirilir. Respublikada bu tipdə işlək vəziyyətdə olan cihazın olmaması morfologiya sahəsində texniki geriqalmaların dərəcəsini günu-gündən artırırdı.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) 2011-ci ildə Gənc alim və mutəxəssislərin 1-ci musabiqəsində, qısa müddət ərzində əhəmiyyətli elmi nəticələrin alınmasını stimullaşdırmaq məqsədilə, "Biologiya, tibb və aqrar elmləri" üzrə 1 000 000 manat məbləğində Pilot layihəsi elan etmişdi. AMEA Tibb və Biologiya Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovun göstəruşi ilə Azərbaycan Tibb Universitetinin "Histologiya, embriologiya və sitologiya, "Patanatomiya" kafedralarının, AMEA-nın, Botanika, Zoologiya, Mikrobiologiya, Fiziologiya institutları əməkdaşlarından ibarət işci qrup "Respublikada biologiya və tibb sahəsində ultrastruktur tədqiqtların müasir səviyyədə təşkili üçün Transmissiya Elektron Mikroskopunun, müvafiq cihaz, avadanlıq və materialların alınması" pilot layihəsini tərtib edib EİF-ə təqdim etdi.
Layihəni tərtibində iєtirak edənlər:
Layihə rəhbəri : Qasımov Eldar Köçəri oğlu - ATU Histologiya kafedrası

Layihə iştirakçıları: Əkbərov Zeynal İba oğlu - AMEA Generik Ehtiyatlar İnstitutu
Əliyev Namik Nəriman oğlu - ATU İnfeksion xəstəliklər kafedrası
Həsənov İlqar Əlixan oğlu - ATU Histologiya kafedrası
Abuєov Babək Məmməd oğlu - AMEA Fiziologiya İnstitutu
Həsənov Ədalət Bəybala oğlu - ATU Patanatomiya kafedrası
Əliyev Sarıbala Nəzər oğlu - AMEA Mikrobiologiya İnstitutu
Əyyubova Günel Maarif qızı - ATU Histologiya kafedrası

Çox təəssüflə qeyd etməliyəm ki, layihənin tərtibində (ələlxüsus formaların ingilis dilinə tərcümə olunmasında və mətndə olan səhvlərin düzəldilməsində) mühüm rolları olan AMEA-nın Botanika Institutundan Dilzarə Ağayevanın və AMEA-nın Mikrobiologiya Institutundan Səidə Əliyevanın, özlərinin Elmin İnkişaf Fondunda baєa catmamış qrantları olduğuna görə, adlarını layihə iştirakçıları arasına daxil edə bilmədik. Bir daha Dilzarə xanıma və Səidə xanıma öz dərin hörmətimi və minnətdarlığımı bildirirəm.
Layihənin qarşıya qoyulan məsələləri:
Viruslardan başlamış istər prokariot (bakteriyalar, aktinomisetlər, göy-yaşıl yosunlar), istərsə də eukariotların (göbələklər, bitki və heyvani hüceyrələr) quruluş xüsusiyyətlərinin ultrastruktur səviyyədə tədqiqi;
Virus və bakteriaya ştammlarının, müxtəlif ibtidai bitki və heyvan növlərinin oxşar və fərqli morfoloji xüsusiyyətlərinin 0,2 nm dəqiqliyi ilə aşkarlanması;
Ontogenezin müxtəlif mərhələlərində bitki və heyvani hüceyrələrin genom daşıyıcı strukturlarında baş verən ultrastruktur dəyişikliklərin hüceyrə və toxumalarda baş verən degenerativ proseslərin inkişafında mümkün rolunun araşdırılması;
Prokariotların eukariotlarla simbiozu nəticəsində formalaşmış orqanellərin (xloroplastlar, mitoxondrilər) hüceyrələrin həyat fəaliyyətində və ölümündə iştiraklarının molekulyar əsaslarının ultrastrutur səviyyədə tədqiqi;
Respublikamızda neft məhsulları qalıqları ilə çirklənmiş torpaq sahələrinin və su hövzələrinin yararlı vəziyyətə gətirilməsində iştirak edə biləcək bakteriyaların ultrastruktur tədqiqi və onların aktivlik dərəcələrinin tənzimi yollarının müəyyən edilməsi;
Maddələrin bioloji səddlərin mövcud olduğu orqanlara (mərkəzi sinir sistemi, xaya və yumurtalıqlar) çatdırılma yollarının elektron mikroskopik olaraq tədqiqi;
Bəd xassəli şişlərin differensial diaqnostikasında, müalicə üsullarının seçilməsində və proqnozunun müəyyən olunmasında TEM-in tətbiqi;
Eksperimental peritonit zamanı həyat üçün vacib orqanların damar, birləşdirici toxuma və işcil törəmələrində baş verən ultrastruktur dəyişikliklər və onların korreksiya yollarının araşdırılması;
Kəskin endotoksemiya zamanı mərkəzi və periferik sinir sistemlərinin müxtəlif törəmələrində qişa, damar və sinir elementlərinin histotopoqrafiyalarında və mikrostrukturlarında baş verən dəyişikliklərin ultrastruktur xarakteristikası;
Müxtəlif mənşəli eksperimental ödem şəraitində sinir hüceyrələrinin ölüm formalarının elektrton mikroskopik olaraq dəqiqləşdirilməsi;
Respublika alimləri və digər müəlliflər tərəfindən əldə olunmuş nanohissəciklərin canlı orqanizmlərdə əmələ gətirdikləri komplekslərin müxtəlif orqan və sistemlərin morfo-funksional vəziyyətinə təsirinin müəyyən edilməsi;
Respublikada sintez olunmuş heyvani və bitki mənşəli bioloji aktiv maddələrin ayrı-ayrı orqanlara və sistemlərə təsir mexanizmlərinin dəqiqləşdirilməsi və müalicəvi dozaların ultrastruktur əsaslandırılması.
Pilot layihəsi EİF səhmdarlar şurasının qərarı ilə qalib elan edildikdən sonra çox gərgin fəaliyyət, ələlxüsus EİF əməkdaşlarının operativ işləri nəticəsində 2012-ci ilin dekabr ayında Yaponyanın JEOL firmasının istehsalı olan JEM-1400 transmissiya elektron mikroskopu (şəkil 1), Almaniyanın LEİCA firmasının istehsalı olan Ultracut EM UC7 markalı ultramikrotomu, Leica EM KMR3 markalı (şəkil 2) şüşə bıçaq düzəldəni və lazımı reaktivlər əldə olunmuşdur. Pilot layihəsinin icrası bizim universitetə həvalə olunduğundan yuxarıda sadalanan aparatura və ləvazımatlar ATU-nun 4-cü korpusunun (fizika-kimya) birinci mərtəbəsində ayrılmış xüsusi otaqlarda yerləşdirilmişdir.

İlk baxışdan bir cümlə təsvir olunan bu işin arxasında hədsiz gərgin və məhsuliyyətli əmək durur. Yerinə yetirilmiş işlər haqqında qısa məlumatların verilməsi gələcəkdə pilot layihələrinin bəzərində işləyəcək əməkdaєlara müəyyən köməklik edə bilər.
Pilot layihələrinin tərtibinə başlamamış mütləq EİF hər müsabiqə elanından sona keçirdikləri seminarlarda mьtləq iştirak etmək lazımdır. Muxtəlif istiqamətli qrantların tərtibatı bir-birlərindən kəskin fərqlənməməklə yanaşı, hər birinə olan tələbatlar da eyni olmur. Maliyə xərclərinin EİF tələblərinə uyğun gəlməməsi müxtəlif xarakterli зətinliklər yarada bilir.
Yerinə yetirilmiş işlərin qısa icmalı:
Azərbaycan Tibb Universitetində pilot layihəsinin yerinə yetirilməsinə universitet rəhbərliyinin etiraz etmədikləri haqqında məktub EİF-a təqdim edilmiєdir;
2011-ci ilin sentyabr ayında EİF tərəfindən tərtib olunmuş "EİF (SİFARİŞÇİ) ilə layihə rəhbəri (İÇRAÇI) arasında bağlanmış №EİF-2011-1(3)-82/44/3-M-6 №-li müqavilə" və müqaviləyə əlavələr: "Layihənin yerinə yetirilməsi üçün elmi texniki tapşırıq"; "Layihənin yerinə yetirilməsi ücün maliyyələşdirmənin həcmi barədə razılaşma protokolu"; "Layihənin yerinə yetirilmə planı və mərhələləri"; "Layihənin xərclər smetası"; "Layihə içracılarının tərkibi" imzalanmışdır

25 avqust 2011-ci il tarixində layihənin məqsəd və vəzifələri, əsas elmi ideya (hipotez), həll olunan məsələlər və onların yeniliyi, layihə rəhbəri və icraçıların elmi-təcrübi bacarıq və vərdişlərinin mövcudluğu, layihənin nəticələrinə qoyulan tələblərin qısa icmalı və digər zəruri məlumatlar EİF-na göndərilmışdir;
"Tokio Boeki" firmasının Moskva və "Leica" firmasının Bakı nümayəndəliklərindən Transmission Elektron Mikroskopunun, müvafiq cihaz, avadanlıq və materialların alınması haqqında ticarət təkliflərinin son variantları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilmiєdir;
12 sentyabr 2011-ci il tarixində EİF-nun qalib gəlmiş layihə rəhbərləri ilə görüşündə iştirak etmişəm;
Elmi-analitik avadanlıqların itehsalı ilə məşğul olan JEOL, ULVAC, Nikon, Rigaku, SPSS, və b., bütün dünyada məєhur olan Yaponiya firmalarının rəsmi təmsilçisi "TOKİO BOEKİ" firmasının prezidenti Kazuei Uchida və həmin firmanın Moskva filialının rəhbəri Кавабэ Tsunetaka Bakıya dəvət olunmuş və onların 09 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə rəsmı görüşü keçirilmişdir. Görüş zamanı mövcud layihənin həyata keçirilməsi ilə yanaşı "Tokio Boeki" firması ilə EİF-u arasında əlaqələrin perspektiv istiqamətləri müzakirə olunmuş, yaxın gələcəkdə əməkdaşlığın daha da sıx və müxtəlif istiqamətli olması haqqında qarşılıqlı razılıq əldə olunmuşdur

Sağdan sola: "TOKİO BOEKİ " firmasının Ukraniya ofisinin işçisi - Oleksiy Şpaq; layihənin rəhbəri - Eldar Qasımov-ATU; Yaponiya firmalarının rəsmi təmsilçisi "TOKİO BOEKİ" firmasının prezidenti- Kazuei Uchida; Elmin İnkişafı Fondunun icraçı direktoru - Elçin Babayev; "TOKİO BOEKİ" firmasının Ukraniya ofisinin rəhbəri - Vitali Tinkov; "TOKİO BOEKİ" firmasının Moskva ofisinin rəhbəri - Кавабэ Tsunetaka.
Yeri gəlmiєkən qeyd etmək lazımdır ki, 2013-cü il 8 noyabr tarixində EİF-nun icraçı direksiyasında keçirilən tədbirdə Yaponiyanın tanınmış şirkəti olan Tokyo Boeki Technology Ltd-nin prezidenti Kazuei Uçidanın rəhbərliyi altında nümayəndə heyəti ilə görüş keçirilmiş (єək.5) və Əməkdaşlıq haqqında Memorandum imzalanmıєdır. EİF-nun qrant layihələri üzrə ən müasir elektron mikroskopların və digər avadanlıqların alınaraq AMEA-nın Fizika və Geologiya İnstitutlarında, həmçinin Azərbaycan Tibb Universitetində quraşdırılmasında bu firmanın bilavasitə iştirak xüsusi ilə qeyd olunmşdur;

2012-ci il ərzində "Tokio Boeki" firmasının Moskva nümayəndəliyinin məhsul işçisi Mariya Lapina ilə intensiv danışıqlar aparılmışdir. Müzakirə mövzusu, müqavilədə nəzərdə tutulmuş qiymətlərdə heç bir dəyişiklik olmadan, alınacaq JEOL 1400 Tranmission Elektron Mikroskopu (TEM) komplektinə daxil olan detalların dəqiqləşdirilməsi olmuşdur. Mütəxəssis rəyi almaq üçün, müzakirələr zamanı daxil olan təklifləri mütəmadi olaraq M.Lomonosov adına Moskva Universitetinin Elektron Mikroskopiya Mərkəzinin baş mütəxəssisi, mühəndisi A.Q.Boqdanovla ətraflı müzakirə etmişəm;
"Tokio Boeki" firmasının Moskva nümayəndəliyi ancaq tədqiq olunan obyektlərin 600 000-dən çox böyedülməsi (tibb və biologiya sahələrində əksərən belə böyüdücüdən istifadə olunmur) üçün nəzərdə tutulmuş "Pyezoцtьrьlmə vasitəli yerdəyişmə blokunun - EM-21301" və "Qatan" firmasının istehsalı olan "Yan rəqəmsal fotokamerasının" əvəzinə OSİS Veletta "Yan rəqəmsal fotokamerasının" və JEOL firmasının istehsalı olan "Aşağıdan bərkidilən rəqəmsal fotokamerası"nın komplektə daxil edilməsini təklif edirdi;
Təklifin müzakirəsi zamanı "Pyezoötürülmə vasitəli yerdəyişmə blokunun - EM-21301" TEM Tomoqrafin istifadəsində problemlərin yarana biləcəyi məsələsi ortaya çıxdı. Mən məktubla müraciət edib bildrdim ki, JEOL firmasının istehsalı olan "Aşağıdan bərkidilən rəqəmsal fotokamerası" fotomantaj (bir neçə elekrtonnoqrammaların avtomatik olaraq bir-biri ilə birləşdirilməsi) almağa imkan verməsi vacib funksiya olmasına baxmayaraq, TEM Tomoqrafiyanın bizim gələcək tədqiqatlarımızda mühüm əhəmiyyət kəsb etdiyinə görə TEM komplektasiyasında hər hansı bir dəyişikliklər edilməsi məqsədə uyğun deyil.
M.Lapina qaldırdığımız məsələlərə aydınlıq gətirmək üçün JEM 1400 TEM istehsal edən Yaponiyanın JEOL firmasına müraciət etmişdir. Müraciətə cavabda bir mənalı olaraq bildirilmişdir ki, "Pyezoötürülmə vasitəli yerdəyişmə blokunun - EM-21301" JEM 1400 komplektindən çıxarılması TEM Tomoqrafiyanın işləməsində heз bir problem yaratmayacaq, зьnki, müasir TEM Tomoqrafiya komplektinin özü müstəqil yerdəyışmə imkanına malikdir;
Bizim xahiєimizlə TEM JEM komplektinə üzərində ultranazik kəsiklər olan torların mikroskopun vakkum kamerasına daxil edilməsi üçün (iş prosesində onlar tez-tez zədələnirlər) vacib olan 5 ədəd reteyner daxil edilmiєdir;
Yaponiya bankından 22 may 2012-ci il tarixli SDF-TBT-No.2-№ li -müqavilə üzrə əvvəlcədən 50% ödəniş edilməsi edilməsi ücün SDF-TBT-2/1 №-li ILKIN-FAKTURA tərcümə etdirilib notariusda təsdiq edilib EİF-na təqdim edilmiєdir;
Eyni xarakterli işlər Leyka firmasının Bakı nümayəndəliyi ilə aparılmışdır.
Elektron mikroskopunun respublikaya gətirlməsi reallaşdıqca qarşıya çıxan problemlərdən biri mikroskopun harada quraşdırılması idi. İlk olaraq mikroskopun universitetin Elmi Tədqiqat Mərkəzində quraşdırılması planlaşdırıldığından orada lazımı hazırlıq işləri görülmüş və bu haqda "Tokio Boeki" firmasının Moskva nümayəndəliyinə lazımi sənədlər göndərilmişdi. Ancaq 2012-ci ilin abqust ayında universitimizin rektoru akademik Ə.T.Əmiraslanovun təklifi ilə elektron mikroskopunu fizika-kimya korpusunun 1-ci mərtəbəsində ayrılmış üç otaqda yerləєdirilməsi qərara alındı. Bundan sonra göstərilən otaqlarda döşəmələrin müvafiq tələblərə uyğun hala gətirilməsi və digər təmir işləri aparıldı. EİF icraçı direktoru Elзin Babayev "Tokio Boeki" firmasının Moskva nümayəndəliyinə müraciət edərək ayrılmış otaqlarda yaradılmış şəraitin firmanın tələblərinə uyğun olub-olmamasının dəqiqləşdirməsini xahiş etmişdi. Bu məqsədlə binada vibrasiya dərəcəsini və maqnit sahəsinin ölçmək üçün lazım olan aparaturanı 7 oktyabr 2012 -ci il tarixində təyyarə ilə Heydər Əliyev adına beynəlxalq hava limanına gətirdikdə həmin цlзь cihazlarının pespublikaya icazəciz daxil olduğuna görə "həbs" edilib saxlanılmıєdı. Onu qeyd etmək lazımdir ki, həbs qərarının ləvğ etdirılməsi və yenidən həmin cihazların Moskva şəhərinə yola salınması üçün dörd gün səhər saat 09:00-dan axєam saat 18:00-ə qədər EIF ilə hava limanının arasında dəfələrlə gedib-gəlmək və lazımsız növbələri gözləmək məcburiyyətində qalmışdıq. Başa düєьlməz səbəblərdən moskvalı mütəxəssis əvvəlcədən bizi xəbərdar etmədiyinə görə hədsiz qısaldılmış şəkildə təsvir etdiyim əziyyətləri зəkmək məcburiyyətində qalmışdıq. A.V. Kiryanovun ayrılmış otaqlarda olan єəraitin firmanın tələblərinə uyğun olub-olmaması haqqında arayışın surəti єək. 6-da verilib. Onu qeyd etmək istərdim ki, hal-hazırda heç bir зətinlik зəkmədən elektron mikroskopunun 200-250 min dəfə böyüdücüsündə normal єəkillər alırıq.
Çoxlarının aparılan işlərin nəticəsinə inanmadıqlarına baxmayaraq 2012-ci ilin oktryabr ayının ortalarında elektron mokroskopu, ultratom və digər köməkçi aparatlar artıq respublikaya gətirilmişdi.

Mikroskopun quraşdırılması yenə də OOO "JEOL (RUS)" firmasının baş mühəndisi A.V. Kiryanov tərəfindən həyata keçirilirdi

2012- ci ilin oktyabrın axırından noyabrın ortalarına qədər mikroskopu quraşdırımaqla yanaşı A.V. Kiryanov tərəfindən bizim kafedranın əməkdaşlarından prof. E.K.Qasımov, ass. A.Ə.Əliyarbəyova ilə yanaşı AMEA Zoologiya institutunun elmi işcisi F.H. Rzayevə mikroskopda işləmək qaydaları haqqında seminarlar da keçirirdi. Onun EİF-na təqdim etdiyi arayışın sürəti nümayiş etdirilmişdir.

Elektron mikroskopuna texniki qulluq üçün "Araş" firmasının rəhbərliyi ilə aparılan uzun müddətli danışıqlardan sonra həmin firmanın əməkdaşı R.F. Rzayevin bu işlə məşğul olacağına aid razılıq əldə olundu. Ona görə A.V. Kiryanov tərəfindən keçirilən seminarların çoxunda R.F. Rzayev də iştirak edirdi. Ancaq sonradan onu firma tərəfindən tam baєqa istiqamətli iєlə əlaqədar Moskva єəhərinə ezam etdiklərinə görə və "Araş" firmasının gələcəkdə elektron miroskopuna texniki qulluğun mürəkkəbliyini bəhanə edərək bizimlə ümümiyyətlə əməkdaşlıq etməyəcəklərini bildirdilər. Respublikada elektron mikroskopuna texniki qulluqla məşğul olmalı mühəndislərin olmadığını nəzərə alaraq, məcburiyyət qarşısında, bu işləri AMEA Zoologiya institutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru F.H. Rzayevə həvalə etməli olduq.
İlk vaxtlar müəyyən çətinliklər olmasına baxmayaraq qısa müddət ərzində F.H. Rzayev elektron mikroskopuna texniki xidmət sahəsində vacib olan əməliyyatları sərbəst həyata keçiriməyə başladı (єək. 10 və 11). Buna єərait yaradan faktorlardan birincisi mikroskopun özündə ilk dövrlərdə olan texniki qüsurlara görə Moskvadan mütəxəssislərin yenidən cağrılması və hər dəfə lazımı əməliyyatların təkrarən olunması (bax sonraya) idi. Hal-hazırda universitetimizin rektoru akademik Ə.T. Əmiraslanovun əmri ilə F.H. Rzayev ETM -nin elektron mikroskopiya bölməsinin baş elmi işcisidir.

Moskvalı mütəxəsis A.V. Kiryanovun iştirakı ilə зəkdiyimiz ilk elektronoqrammalardan biri çək. 12-də nümayiş etdirilmişdir. Şəkildə onurğa beyni qanqlionunun tərkibində sinir hüceyrəsi ilə qlial (peyk) hüceyrənin qarşılıqlı əlaqələri nümayiş etdirilmiєdir. Bu elektronoqramma 30000 böyüdükdə çəkilmiş 9 fraqmentin montajı nəticəsində əldə olunmuşdur. Göstərilən böyüdücüdə yalnız bir fraqment çəkilərsə, onda nümayiş etdirilən şəklin maksimum 1/7 hissəsi dьєməlidir. Alt fotokamaranın elə üstünlüyü də bundadır. Yaxşı ki, vaxtında firmanın Moskva filialının təkliflərini nəzərə alıb alt kameranı mikroskopda yerləşdirilməsinə icazə verdik.

Yeni quraşdırılmış elektron mikroskopların əksəriyyətində olduğu kimi bizim laboratoriyada quraşdırılan mikroskopda da problemlər var idi. Ələlxüsus cərəyan göstəricisinin (Beam current - BC) və vakuumun səviyyəsinin (Penning) tez-tez dəyişmələri və gərginliyin səviyyəsinin qaldırdıqda bu göstəricilərin normadan artıq olması göz qabağında idi. Bu səbəbdən єəkil зəkən zaman mikroskop avtomatik olaraq tez-tez sönürdü. Dəfələrlə Moskvaya zəng edib olan problemləri dedikdə adekvat cavab almırdım. Moskvalı mütəxəssis həmişə çalışırdı ki, bizi olan problemlərdə günahlandırsın. Sonda məcbur olub mьxtəlif iє rejimlərində mikroskopun sistemlərinin göstəricilərini özündə əks etdirən kompüter ekranının şəkillərini çəkib mikroskopu quraşdıran A.V Kiryanova göndərməyə başladım. Gondərdiyim şəkillərdə olan göstəricilərin normadan çox yüksək olduğunu axır ki, A.V Kiryanov etiraf etməli oldu

Bütün yazdıqlqarını və dəfələrlə telefon danışıqlarında verdiyi göstərişləri eləməyimizə baxmayaraq, cərəyan və vakuumun göstəriciləri normaya dьєmьrdь. Bьtьn bunlar bir mənalı olaraq göstərirdi ki, katodu örtən qapaqda (Venelt) və mikroskopun vakuum kalonunda çirklənmə - kənar cisimciklər vardır. A.V Kiryanov зirkin mikroskopa düşməsinin səbəbini bizim ultranazik kəsiklərin yerləşdirildiyi metal torlarla əlaqəli olmasını təkidlə təkrar edirdi. Ancaq mən kəskin şəkildə bildirirdim ki, səbəb bizim torlarda deyil, cünki həmin torların Moskvada və ABŞ-ın San-Antoniya şəhərində dəfələrlə elertron mikroskoplarına daxil edilmələri zamanı heç bir problem olmayıb. Ümumiyyətlə, moskvalı mütəxəssis müxtəlif bəhanələrlə Bakıya gəlmək istəmirdi. Biz çox ehtiyatla gərginlik artan kimi elektron dəstəsini (Filament) söndürə-sondürə mikroskopda єəkil зəkirdik. Növbəti seans zamanı gözlənildiyi kimi katod yandı. Bu əvvəlcədən gözlənilən hallardan biridir. Ona görə də firma özü ehtiyat olaraq 12 ədəd katodu mikroskopun komplektində bizə göndərib. O vaxt kotodu özümüzün dəyişməyə (birinci dəfə olduğundan) ixtiyarımız yox idi. Moskvaya yenə zəng edib və kompüterun göstəricilərini E-maillə göndərdik. Artıq onlar da əmin oldular ki, katod yanıb. Yaxşı ki, həmin vaxtlarda Almanyadan mütəxəssis gəlib yan fotokameranı da quraşdırmalı idi. Bunun üçün mikroskop mütləq işlək vəziyyətində olmalıdır. Moskvalı mütəxəssislər (onların bizə verdikləri əziyyətləri yazmaqla qutarmaz) məcbur olub Jeol firmasının Qazaxstanda olan mütəxəssisi Adilbey Derbissalini Bakıya gцndərdilər. Adibey iki gün ərzində mikroskopa qulluq olunması, katodun dəyişdirilməsi, katod qapağının təmizlənməsi haqqında məlumatları ətraflı izah etməklə yanaşı praktiki olaraq laboratoriyamızın işçisi Fuada göstərirdi. Adilbeylə insani xoє mьnasibətlərimiz bu günə qədər də davam edir.

Mikroskopun quraşdırıması ilə bağlı həmişə bizdə xoş hiss doğuran hallardan biri də almaniyalı mütəxəssis Dr. Büscher Peter Paulun 15.01.2014-cü il tarixində Bakıya gəlişi (şək.15) və cəmi 3 gün ərzində tək mikroskopla bağlı olmayan ancaq gələcək fəaliyyətimiz üçün vacib olan tam yenı texniki imkanalar əldə etdiyimiz olmuşdur. Almanyalı mütəxəssis Yaponiyanın Olimpus firmasının istehsalı olan "Veletta" yan rəqəmsal fotokamerasının mikroskopa birləşdirməklə yanaşı TIF formatında çəkilmiş mikrofoto və elektronoqramlarda Almaniyanın «Olympus Soft Imaging Solutions GmbH» şirkəti tərəfindən hazırlanmış təsvirin morfometrik analizi kompüter proqramını ("The TEM Imaging Platform") tam hazır şəkildə bizə təhvil verdi. Qeyd etməliyəm ki, Peterin tək mikroskopun komplektinə daxil olan kompüterə yox, digərlərinə də həmin proqramları yükləməklə, aylarla vaxt tələb olunan morfometrik göstəriciləri qısa zaman ərzində yerinə yetirmək imkanı yaratdı.

Təəsüflə olsa da qeyd etməliyəm ki, mikroskopla bağlı problemlərimiz hələ də davam edirdi. Naməlum səbəb üzündən mikroskopun ekranında istər kiçik istərsə də böyük böyüdücülərdə (şək. 16 aşağıda) elektron dəstəsinin (qırmızı oxla göstərilib) bir əvəzinə iki proyeksiyası görünürdü.

Bu artıq elektron dəstəsinin birinin əlavə mənbədən şüalandığını göstərməklə yanaşı, mikroskopda işləyənlərin şüalanmaya məruz qalma qorxusunu yaradırdı. Digər ölkələrdə tanıdığım mütəxəssislərlə müzakirə zamanı bir mənalı qeyd olunurdu ki, mikroskopu bu vəziyyətdə istismar etmək olmaz.
Yenə də çox çətinliklə olsa da moskvalı mütəxəssis Andrey 07.03.2014-cü il tarixində yenidən Bakıya gəlməli oldu. Vəziyyətlə ətraflı tanışlıqdan sonra özü təklikdə mikiroskopun sistemlərini təkrarən yoxladıqdan sonra ikinci şüalanma mənbəyi aradan götürüldü. Ancaq baş verən texniki çatışmamazlığın səbəbini özü müəyyən edə bilmədiyindən bizim suallarımıza da ümumi sözlərlə cavab verirdi.
Jeol firması tərəfindən mikroskopun komplektinə daxil olan tomoqrafın və onun proqram təminatının JEM-1400 mikroskopunda quraşdırılması başa çatdırılmamışdı. Moskva ilə yazışmalar zamanı məlum oldu ki, bu işlə məşğul olmalı yeganə mьtəxəssis baєqa ölkələrdə tez-tez ezamiyyətdə olduğundan ancaq 2013-cü ilin aprel ayında Bakıya gəlmək imkanı vardır. Viza məsələlərini həll etdikrən sonra aprel ayının 10-da Yaponiyalı mütəxəssilər Firukauva Hiromitsu və Shimizi Niyoko respublikaya gəldilər. Onlardan iki gün əvvəl moskvalı mütəxəssis Andrey mikroskopun işlək vəziyyətdə olduğunu dəqiqləşdirmək üçün Bakıya gəlmişdi. Mikroskopun işlək vəziyyətdə olmasının göstəricilərindən biri kolonda olan vakuumun səviyyəsidir (bu göstəricini Penning adlandırırlar). Əksərən bu göstərici 16 ilə 32 arasında tərəddüd edir. Andrey mikroskopda Penning göstəricisinin 9-la 11 arasında dəyiєdiyini görən kimi mikroskopa lazımi qaydada qulluq olunduğunu birinci dəfə olsa da qeyd etdi. Mikroskopun tam işlək vəziyyətində olduğunu yaponiyalı mütəxəssislər də öz hesabatlarında qeyd ediblər

Yaponiyalı mütəxəssislər mikroskopun tomoqraf rejimində işləmək üçün hazır vəziyyətə gətirilmə üsullarını, qalınlığı 7-10 nm olan kəsiklərdən tədqiq olunan obyektlərin və цlзьlь fəza quruluşlarını almaq ücünn xüsusi kompüter proqramlarını, qarşılaşmalı olan problemlərin aradan qaldırılma yollarını təkrarən başa saldıqdan sonra lazımı əməliyyatların bizim tərəfimizdən yerinə yetirilməsini çox diqqətlə nəzarətdə saxlayırdılar

Yaponiyalı mütəxəssislər tomoqrafı quraşdırdıqdan sonra, mikroskopun istismara tam hazır vəziyyətdə olduğu haqda təhvil-təslim aktı Jeol firmasının Moskva nümayəndəliyinin rəhbəri, EİF-nun icraçı direktoru, Azərbaycan Tibb Universitetinin rektoru və Pilot lahiyəsinin rəhbəri tərəfindən 2013-cü ilin aprel ayının axırında imzalanmışdir.
Bu müddət ərzində aşağıdakı işlər görülmüşdür:
Histologiya kafedrasında plan üzrə yerinə yetirilən 3 dissertsiya işinin materiallarından 3553 elektron mikroskopik şəkil cəkilmişdir. Bu materiallardan üç jurnal məqaləsi və 4 tezis çap olunmuşdur;
Histologiya kafedrasında Elekteron Mikroskopik Atlasın dərc olunması üçün müxtəlif orqanlardan gotürülmüş tikələrdən 47 blok, onlardan isə 1160 elektron mikroskopik şəkil çəkilmişdir;
Onkologiya kafedrasının dissertantı İsmanlı Afətin dəri xərçəngi diaqnozu ilə gətirdiyi tikələrdən 24 blok hazırlanmış və 220 elektron mikroskopik şəkil çəkilmişdir

AMEA-nin Zoologiya institutunun və bizim laboratoriyanın işçisi Fuad Rzayevin gətirdiyi materiallardan 45 blok hazırlanmış və 973 elektron mikroskopik şəkil çəkilmişdir;
Anatomiya kafedrasından təqdim olunmuş bir blokdan 54 elektron mikroskopik şəkil çəkilmişdir;
Cərrahi stomotologiya kafedrasının dissertantı Quliyev Təmrazın təqdim etdiyi materiallardan 49 blok, onlardan isə 155 elektron mikroskopik şəkil çəkilmişdir. Bu iş hal-hazırda da davam edir;
Mikrobiologiya və immunologiya kafedrasının əməkdaşı Muradova Sevdanın təqdim etdiyi materiallardan 6 blok hazırlanmış və 72 elektron mikroskopik şəkil çəkilmişdir. Bu iş də davam edir;
Azərbaycan Dцvlət Həkimləri Təkmilləєdirmə institutunun mikrobiologiya və epidemiologiya kafedrasının iki əməkdaşı müraciət etmişdir. Onlardan birinin təqdim etdiyi materiallardan 7 blok hazırlanmış və 66 elektron mikroskopik şəkil çəkilmişdir. Bu iş də davam edir;
AMEA-nın Mərkəzi Nəbatət bağının əməkdaşı Əliyev Eldarın gətirdiyi 4 növ bitkilərin müxtəlif hissələrindən 10 blok hazırlanmış və elektron mikroskopunda baxılmaq üçün lazımi kəsiklər alınması davam edir;
Göstərilənlərlə yanaşı AMEA-nın Botanika institutundan müraciət olunub, ancaq indiyə qədər heз bir material təqdim olunmamışdır.