2013 - cü ilin elmi hesabatı

Azərbaycan Tibb Universiteti Histologiya, embriologiya və sitologiya kafedrasının 2013-cu təqvim ilində elmi işlərinin hesabatına əlavə

 Histologiya, embriologiya və sitologiya kafedrası əməkdaşları tərəfindən 2013-ci il ərzində çap olunmuş elmi işlərin

SİYAHISI:

 Tədris-metodik vəsaitlər:

1. Xüsusi histologiya. Dərs vəsaiti. prof. Е.К Гасымовun redaktəsi ilə., Bakı: Azərnəşr, 2013,, 304 səh.

2. Qasımov E.K., Nəcəfova T.M., Mənsimov A.Ə. Xüsusi histologiya. (Testlər). Bakı:Azernəşr, 2013, 296 səh.

3. Гасымов Э.К., Султанова Т.. Шахмамедова А.И. Частная гистология (Тесты). Баку:Азернешр. 2013, 320стр. 

4. Гасымов, Т.А.Султанова, Т.М.Наджафова. Кортикальная цитоплазма и элементы цитоскелета. Баку:Азернешр, 2014, 48 стр.

Məqalələr:

1. Qasımov E.K., Əyyubova G.M., Ghaffarzadəgan R. Kəskin endotoksemiya zamani hematoensefalik baryerin tamliğinin pozulmasinin ultrastruktur xarakteristikasi.АТJ, 2012, №4, 54-61

2. Qasımov E.K., Əliyarbəyova A.Ə. Ağ siçovullarda onurğa beyni qanqlionunun sito - və mielo arxitektonikasinin işiq və elektron mikroskopik tədqiqi. Azərbaycan Tibb Jurnalı Bakı, №3, 2013, 43-51.

3. Садыхова Г.Г., Алиева И.О., Мурадов Х.К Применение современных методов исследования в диагностике остеоид-остеом //Sağlamlıq, Bakı, 2013, №2, s. 121-127.

4. Алиева И.О. Садыхова Г.Г., Мурадов Х.К О возможной связи между саркомой Юинга И PNET // Sağlamlıq, Bakı, 2013, №3, s. 65-68.

5. Muradov H.K., Алиева И.О., Sadıqova G.H Osteosarkomaların morfoloji tədqiqat metodları // Azərbaycan Tibb Jurnalı, Bakı, 2013, №3, s. 88-93.

 

Tezislər:

1. Huseynova Sh, Alyarbayova A., Ghaffarzadagan R., Gasimov E. Structural features of denticulate ligaments spinal cord. Implications for transport cerebrospinal fluid. WCN 2013 Austria, Vienna. Journal of the Neurological Sciences 333 (2013), pp.727.

2. Qasimov E., Jamalova L., Nadjafova T., Ghaffarzadagan R. The mechanism of occurrence of the endoneural edema induced by histamine. WCN 2013 Austria, Vienna. Journal of the Neurological Sciences 333 (2013), pp. 536ş

3. Əliyarbəyova A.Ə., Nəcəfova T.M., Büniatzadə E.C., Mənsimov A.Ə.,  Qasımov E.K..Onurğa beyni qanqlionlarinin orqan xarici damarlarinin histotopoqrafiyasi və ultrastruktur qurluş xüsusiyyətləri. ATU 2013 yekun konfransı. Qəbul olunub  

4. Quluyeva N.T., Tahirova S.N..Mehrəliyeva G.Ə., Qasımov E.K. Kəsgin endotoksemiya zamani epinevral əzəzləvi venulalarin divarinda baş verən dəyişikliklərin ultrastruktur xarakteristikasi. ATU 2013 yekun konfransı. Qəbul olunub  

 

 

 

ARA HESABAT

 

Elmi işlər üzrə prorektor:                                 prof.  I.I.İSAYEV

Elmi rəhbər:                                                         prof. E.K.QASIMOV

 

 

Bakı-2013

 

İCRAÇILARIN SİYAHISI

 

Məsul icraçılar:                  

t.e.d. H.K.Muradov

t.e.n. T.Ə.Sultanova

t.e.n. Y.Ə.Ağayev

 

İcraçılar:                          

G.M.Əyyubova                                     

A.Ə.Əliyarbəyova                              

N.T.Quliyeva                                 

T.M.Nəcəfova

t.e.n. E.SBunyadzadə

b.e.n. G.Ə.Mehrəliyeva

b.e.n. M.İ.Quliyev

b.e.n. M.R.Mehtiyev

A.İ.Şahməmmədova

A.Ə.Mənsimov

S.H.Nərimanova

A.T.İbrahimova

İ.O.Əliyeva

G.H.Sadıqova

 

REFERAT

Mövzu: “Endotoksemiya zamanı sinir sisteminin müxtəlf hissələrində qişa-damar-sinir-qliya elementləri ilə mononukllear faqositlərin qarşılıqlı histotopoqrafiyası və elertron mikroskopik quruluşu”

Tədqiqat obyekti: 20 baş nəzarət qrupu, 10 baş kəskin endotoksemiya modeli yaradımı ağ siçovulların cəsədlərindən götürülmüş baş beyin yarımkürələrinin qabığı, onurğa beyni qanqlionları  (OBQ) və oturaq siniri.

İşin məqsədi: OBQ qanqlionunun qidalanmasında iştirak edən damarların qurluş xüsusiyyətlərinin, nəzarət qrupu və eksperimental ödem zamanı sinir sistemnin müxtəlif hissələrində mononüklear faqositlərin və digər struktur elementlərin histotopoqrafisının və ultrastruktur parametrlərinin dəqiqləşdirilməsidir.

Tədqiqat metodları və aparatlar: 10 ağ siçovulun damar daxili perfuziya üsulu ilə fiksasiya olunduqdan sonra həmin kateterlə 10% jelatində həll olmuş tuş məhlulu aşağı boş venadan xaric olana qədər yeridilərək onurğa beyni qanqlionu (OBQ) onurğa beyni kökləri və sinirləri ilə birgə götürülüb 10% formalin məhlulunda fiksasiya olunmuş Sonra kriostatda dondurularaq 100-150 mkm qalınlığında total kəsiklər alınmışdır. Bundan başqa 10 nəzarət qrupu və 10 baş kəskin endotoksemiya modeli yaradımış ağ siçovulların cəsədlərindən götürülmüş baş beyin yarımkürələrinin qabığı, onurğa beyni qanqlionları  (OBQ)   və oturaq sinirləri fosfat büferində (pH 7,4) həll edilmiş 1%-li pikrin türşusu, 2,5%-li qlutaraldehid və 2,5%-li paraformaldehid məhlullarında fiksasiya edildikdən sonra ümumi qəbul olunmuş qaydalar üzərə hazırlanmış epon-araldit və spur blokları hazırlanmışdır. Sonunculardan LKB-III, Reichert, və Leica EM UC7 ultratomlarında yarım- və ultranazik kəsiklər alımışdır. Total preparatlar və yarımnazik kəsiklər rəngləngdikdən sonra Latimet (Leika-Almaniya) işıq mikroskopunda baxilaraq lazımi hissələrin şəkilləri Pixera rəqəmsal fotokamerasının (ABŞ) köməkıiyi çəkilmişdir. Ultranazik kəsilər isə 2%-li uranil asetat və 0.4% -li təmiz qurğuşun sitrat məhlulları ilə rəngləndikdən sonra  . Hitachi 12E, JEM 1200CX və JEM 1400 tranmission elektron mikroskoplarında tədqiq olunub və lazımı elektronnorqammalar əldə edilmişdir.

Əldə olunan nəticə və yeniliklər: Aparılan tədqiqat işinin nəticələri göstərir ki, OBQ əhatə edən adi birləşdirici toxuma elementləri daxilində yerləışən istər arteriyalar, istərsə də arteriolalar müvafiq venoz damarlarla müşahədə olunmurlar. Arterial damarlar orta qişalərının tərkibində ən azı üç qat saya əzələ hüceyrələrinin olması ilə digər arterial damarlardan fərqlənirlər. Arterial damarların daxili qatının təşkilində iştirak edən endotel hüceyrələri əksəriyətinin qeyri müəyyən formaya malik olan nüvələr yerləşən mərkəzi hissələrinin damar mənfəzinə doğru qabarması və kaveolalarla zəngin periferik hissələrinin bir-biri ilə six əlaqələr vastəsi ilə birləşmələri nəzər diqqəti cəlb edir. Təsvir olunan damarların subendotelial qatında yerləşən daxili elastiki zarın ilk baxışda endotel və saya əzələ hüceyrələrinin bir-biri ilə əlaqə saxlayan çıxıntıları vastəsi ilə ayrı-ayrı fraqmentlərə bölünməsi təsəvvürünü yaradır. Ancaq təsvir olunan cıxıntıların bir-biri ilə təmasda olmadığı yerlərdə endotel və saya əzələ hüceyrələrinin bazal səfhələrinində aşkar edilməməsi birincilərin daxili elastiki zarın məsamələrində yerləşdiklərinin göstərir. Bununla birlikdə OBQ kapsulunun daxilində, daha dəqıqı onurqa beynini əhatə edən sərt qişanın bilavasitə davamı olan birləşdirici toxuma elementləri səviyyəsində arterial damarlardan ancaq mənfəzinin diametri 50 mkm-dən qrtiq olmayan və orta qişasımım təşkilində bir və ya yarımçıq iki saya əzələ hüceyrələri iştirak edən arteriolalar yerləşirlər. Ən maraq doquranı sonuncuların divarları ilə sıx təmasda olan limfa kapliyarlarının aşkar edilməsidir. Ardıcıl yarımnazik və total preparatların ardıcıl optik kəsiklərin tədqiqi bir mənalı olaraq  təsvir olunan arteriollaların OBQ kapsuluni dələrək orqandaxili damar toruna başlanğıc verdiklərini göstərir. OBQ qidalanmasında iştirak edən orqanxarici arterial damarların divarlarının divarında yerləşən hüceyrəvi və qeyri hüceyrəvi elementlərin quruluş xüsusiyyətlərinin yüksək arterial təziq şəraitinə üyğunlaşmaq, endotel hücerrələrində sinfez olunan vazoaktiv metabolitlərin saya əzələ heceyrələri istiqamətində nəql etmək və damar mənfəzinin ölcülərinin dəyşdirmək qabliyyətlərinə malik olmalarıni göstərir. OBQ orqandaxili damar toruna başlanğıc verən arteriolaların müşahidə edın lumfa kapilyarlarının qanqlion daxilindən zülallarla zəngin interstisial mayenin nəqlində iştirakı ilə əlaqədər olduğu fikrini söyləməyə əsas verir.

Kəskin endotoksemiya zamanı epinevr damarları arasında istər struktur, istərsə də funksional cəhətcə kəskin dəyişikliklər əzələvi venulalarda da çox rast gəlinir. Təsvir edilən venulanın orta qatı müxtəlif ölçülü çıxıntıları olan əsasən bir qat saya əzələ hüceyrələrindən təşkil olunmuşdur. Əzələvi venulalarda endotel qatının həm lüminal, həm də ablüminal səthlərində müxtəlif çıxıntıların olması və pinositoz qovuqcuqlarının sayının artması cəmi dörd min böyüdücüdə də aydın görünür. Elektronoqramda digər nəzər diqqəti cəlb edən venanın ətrafında ödem mayesinin yerləşməsinə məxsus 1 mm-dən geniş struktur elementləri olmayan sahələrin qalmasıdır. Damar divarının keçiriciliyinin artması nəticəsində endotel hüceyrələri ilə saya əzələ hüceyrələri və sonuncuların çıxıntıları arasındakı məsafə nəzarət preparatla müqayisədə genişlənmiş olur. Endotel hüceyrənin periferik hissəsində köndələn ölçüsü cəmi 100 nm, boylama ölçüsü 200 nm qədər olan kaveolar vasitəsilə transendotel kanalı formalaşırlar. Bir tərəfdən transendotel kanalın, ikinci tərəfdən isə ablüminal səthəyə açılan kaveolaların olması nəticəsində damar keçiriciliyinin artması göstərilən nahiyələrdə endotel hüceyrəsi ilə saya əzələ hüceyrəsi arasında yerləşən bazal zarın tamlığının tamamilə pozulması ilə nəticələnir. Bəzən qonşu endotel hüceyrələrinin arasındakı yarıq genişləndiyindən damar mənfəzinin periendotel sahəsi ilə bir-birinə yarıqşəkilli parasellülyar kanal yaranır. Endotel hüceyrələrin periferik hissələrində pinositoz qovuqcuqların sayının kəskin az olmasına, qonşu hüceyrələr arasında açıq əlaqələrin aşkar olunmamasına baxmayaraq, yuxarıda təsvir edilən bazal zarın ayrı-ayrı fraqmetlərə bölünməsi də müşahidə olunur. Bu isə həmin damarın kəsikdə görünən hissəsinin yaxınlığında ya transendotel kanalının, ya da açıq hüceyrəarası əlaqənin olduğunu qeyd etməyə əsas verir. Nəzər diqqəti cəlb edən faklardan biri də endotel hüceyrənin periferik hissəsində damar mənfəzini periendotel sahəsi ilə birləşdirən pəncərənin yaranması və yenə də həmin hissələrdə bazal səhifənin kiçik fraqmentlərə bölünməsidir.Əldə olunmuş materialların analizi göstərir ki, kəskin endotoksemiya zamanı epinevral əzələvi venulaların qatları arasında və damar ətrafi sahələrdə aşkar edilən ödem mayesinin toplanmasında mühüm əhəmiyyət kəsb edən həmin venulaların endotel qatının hüceyrəarası əlaqələri səviyyəsində və onların periferik hissələrində damar mənfəzi ilə periendotelial sahələr arasında konveksion kanalların formalaşmasıdır. Bazal zarın tamlığının pozulmasi damar keçiriciliyinin atrmasının ultrstruktur əlaməti kimi qiymətləndirilməlidir

Metilen abısı və toluidin abısı ilə boyanmış kəsiklərdən aydın olur ki, say etibarilə bu hüceyrələr beyin qabığının ən azsaylı hüceyrə kateqoriyasını təşkil edir. Morfologiyasına görə mikroqliya hüceyrələri kiçik ölçüləri və nisbətən tünd rənglənməsi ilə astrositlərdən seçilir. İşıq mikroskopuda topoqrafik cəhətdən mikroqliositlərin beyin qabığında üç: qan damarları ətrafı, neyropil arası və neyron ətrafı vəziyyətlərdə yerləşmələri aşkar edilmişdir. Beyin qabığı mikroqliyasının ətraf törəmələrlə: sinir hüceyrələri, astrositlər və s. ilə qarşılıqlı histotopoqrafiyası elektronoqramlarda da aydın görünür.Hüceyrə cismi makrofaqlar üçün xarakterik olan oval, uzunsov və üçbucaq formalı olub, hamar konturlara malik olmaları ilə astrosit və oliqodendrositlərdən fərqlənirlər. Mikroqlial hüceyrələrin nüvəsi üçün xarakterik olan heteroxromatinin sıx toplantılar şəklində nüvə örtüyünün altında yerləşməsi, euxromatinin isə az miqdarda nukleoplazmada səpələnməsi də qeyd olunur. Xromatinin kondensasiya dərəcəsi astrositlər və oliqodendrositlərlə müqayisədə ara mövqe tutur. Belə ki, mikroqliositlərin nüvə örtüyünün bilavasitə altında tünd təbəqə şəklində yerləşən heteroxromatinin qalınlığı astrositlərdə olduğundan qalın, oliqodendrositlərdəkindən isə nazikdir. Elektron mikroskopin olaraq mikroroqliositlərin mühüm xüsusiyyətlərindən biri də onların topoqrafik vəziyyətindən asılı olmayaraq ətrafında yerləşdiyi törəmələrlə (qan damarları, sinir hüceyrələri və neyropil elementləri) bilavasitə təmasda olmalarıdır. Digər tərəfdən mikroqliositlərin cisimlərinin və çıxıntılarının formalarının astrositlərdə olduğu kimi ətraf törəmələrin konnturlarına uyğunlaşması da nəzər diqqəti cəlb edir. Sonunculardan fərqli olaraq qliositlərin çıxıntıları nazik və qısa olmaları ilə yanaşı, elektron mikkroskopik olaraq xarakter quruluşa malik, qliyanın turş fibrilyar zülalından təşkil olunmuş ara filamentlərin aşkar edilməməsidir.Əldə olunan materialları yekunlaşdıraraq onu qeyd etmək olar ki, əgər mikroqliositlərin damar ətrafında yerləşmələrini hemato-ensefalitik səddinin təmin olunmasında induksiya edici təsirləri ilə bağlı olduğu halda, neyropilin daxilində və neyron ətrafında yerlən mikroqliositlərin beyin qabığında sinaptik əlaqələrin plastikliyini təmin edən hüceyrəvi elementlərdən biri olduğunu söyləməyə əsas verir.

Səmərəliyi: Eksperimental ödemlərin patogenazinin dəqiləşdirilməsi.

Tətbiq etmə dərəcəsi: respublika və beynəlxalq.

Tətbiq etmə sahəsi: Nəzəri və tətbiqi histologiya, nevrologiya və navropatologiya