Azərbaycan Tibb Universiteti «Təsdiq edirəm»
Anesteziologiya, reanimatologiya Anesteziologiya və reanimatologiya
və intensiv terapiya kafedrasının müdiri
fənni üzrə prof. İsmayılov İ.S.
işçi tədris proqramı İmza: ________
(Sillabus)
Fənnin kodu:
Fənnin növü: Məcburi
Fənnin tədris semestri: IX - X, XI - XII
Fənnin tədris forması: Əyani
Fənnin tədris dili: Azərbaycan dili, rus dili, ingilis dili
Fənni tədris edən müəllimlər: prof. İsmayılov İ.S.
dos. Sultanov Ə.S.
dos. Məhərrəmbəyli İ.Ş.
dos. Kərimova T.B.
dos. İmanov Q.G.
dos. Xəlilova K.D.
dos. İbrahimov F.N.
t.ü.f.d. ass. Quliyev E.R.
t.ü.f.d. ass. Sadıqova T.T.
t.ü.f.d. ass. Mirzəyeva V.S.
t.ü.f.d. ass. İbrahimov N.Y.
ass. Xoşbonyani P.Ə.
ass. Ağayeva A.R.
ass. Məmmədyarova İ.Ə.
s/h müəllim: Sulatov Ş.B.
s/h müəllim: Mustafayev F.M.
s/h müəllim: Abasov M.M.
s/h. müəllim: Quliyeva S.S.
s/h müəllim: Fətullayeva A. A.
Kafedranın əlaqə nömrələri: 012 – 441 – 33 – 18 əlavə 210
012 – 441 – 33 – 18 əlavə 144
e-mail: [email protected]
Prerekvizitlər:
Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənnlər: İnsan anatomiyası, normal fiziologiya, patoloji fiziologiya, ümumi cərrahliq və anesteziologiya, kliniki farmakologiya
Korekvizitlər:
Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin də tədris olunması zərurəti yoxdur.
Kursun təsviri:
Reanimatologiya canlandırma, həyati-vacib funksiyaları idarə etmək və ağrısızlaşdırma haqqında bir elmdir.
Müalicə-profilaktika fakultəsinin V kursunda 28 saatdan ibarət hissə 4 mühazirə və 4 kurasiya şəklində, VI kursda isə 41 saatdan ibarət xüsusi bölmə 3mühazirə və 5 təcrubi məğələ şəklində tədris olunur. Hərbi tibbi fakultədə isə yalniz VI kusda 44 saat (4 mühazirə. 6 təcrübi məşğələ) həcmində tədris olunur.
Ümumi hissədə reanimatologiyanın tarixi və reanimatoloji xidmətin təşkili, terminal hal, orqanizmi canlandırma zamanı kompleks ürək-ağciyər-beyin reanimasiyasının prinsipləri və metodları, müxtəlif xəstəliklər və zədələnmələr zamanı baş verən kəskin tənəffüs və qan dövran pozulmaları zamanı reanimasiya və intensiv terapiya haqqında məlumatlar verilir. Burada həmçinin həyati-vacib funksiyaları idarə etmək və lazımi səviyyədə saxlamaq məqsədilə aparılan tədbirlər öz əksini tapmışdır.
Xüsusi hissədə müxtəlif səbəblərdən baş verən böhranlı hallar (kəskin ağrı sindromu, kəskin tənəffüs çatışmazlığı, kəskin ürək-damar çatışmazlığı, şok, komatoz hallar, kəskin zəhərlənmələr) zamanı diaqnostika, reanimasiya və intensiv terapiyanın prinsipləri və metodları yer almışdır.
KURSUN MƏQSƏDİ:
“Reanimatologiya” fənninin tədrisində məqsəd gələcək həkimlərə orqanizmi çanlandırma, həyati-vacib funksiyaları idarə etmək və ağrı sindromu ilə mübarizə haqqında kifayət həcmdə biliklər vermək, məzunların reanimasiya və intensiv terapiyanın mərhələlərində həyata kecirilməsi lazım olan ən vacib bacarıq və vərdişlərə yiyələnməsinə nail olmaqdan ibarətdir.
KURSUN NƏTİCƏLƏRİ:
“Reanimatologiya” fənninin tədrisi başa çatdıqdan sonra tələbələr terminal halın inkişaf mexanizmlərini və mərhələlərini bilməli, çanlandırma tədbirlərini həyata keçirməyi bacarmalıdırlar. Onlar müxtəlif mənşəli böhranlı hallarda uyğun intensiv terapiya aparmaq üçün bilik və bacarıq qazanmalı, eyni zamanda xüsusi əməli vərdişlərə yiyələnməlidirlər.
FƏNNİN MÖVZULARI:
1.Anesteziologiya və reanimatologiyanın inkişaf tarixi və kliniki təbabətdə yeri
2.Reanimasiya və intensiv terapiya xidmətinin təşklili. Tətbiq edilən diaqnostika, reanimasiya və intensiv terapiya metodları
3.Terminal hal: kliniki patofiziologiyası və inkişaf mərhələləri
4.Kompleks ürək-ağciyər-beyin reanimasiyasının əsas prinsipləri və mexanizmləri. Həyati funksiyalara nəzarət
5.Reanimasiyadan sonrakı erkən dövrün ağırlaşmaları, onların profilaktikası və müalicəsi
6.Kəskin tənəffüs çatışmazlığı zamanı reanimasiya və intensiv terapiya
7.Kəskin ürək-damar çatışmazlığı zamanı reanimasiya və intensiv terapiya
8.Komatoz hallar zamanı differensial diaqnostika, reanimasiya və intensiv terapiya
9.Kəskin zəhərlənmələr zamanı reanimasiya və intensiv terapiya. Müasir detoksikasiyanın prinsipləri və metodları
10.Infuzion-transfuzion terapiya: prinsipləri və metodları. Homeostaz pozulmalarını korreksiyası
11.Ağrısızlaşdırmanın müasir prinsipləri və metodları. Kəskin ağrı sindromu ilə mübarizə yolları
Fənnin mühazirə mətnləri:
Fənnin bütün mövzuları üzrə mühazirə mətnləri elektron formada hazırlanır və ATU nun “Virtual Universitet” saytında yerləşdiriləcək.
“Virtual Universitetinin” ünvanı: amu.edu.az
Qiymətləndirmə:
Hal-hazırda həm V, həmdə VI kursda proqram məqbul ilə yekunlaşır və bu ənənəvi yol ilə həyata kemirilir.
Yaxın gələcəkdə qiymətləndirmə kredit sistemi əsasında aparılacaqdır
Ədəbiyyat və materiallar:
KURS İŞİ:
Bu fənn üzrə kurs işi nəzərdə tutlmur
TƏCRÜBƏ:
Bu fənn üzrə sərbəst istehsalat təcrübəsi nəzərdə tutulmur, yalnız ümumi hazırlığın tərkib hissəsi kimi mənimsəlinir
Kafedra əməkdaşlarının çap etdirdiyi dərsliklər və dərs vəsaitlərinin siyahısı
10. Məhərrəmbəyli İ.Ş., Axunbəyli A.Ə., İsmayilov İ.S. – Kəllə- beyin travmaları zamanı reanimasiya və intensiv müalicə. Bakı, 2010, 69 səh.
11. Əhmədov C.H. – Aortanın xəstəlikləri, Bakı, 2014. 116 səh.
12. Axundbəyli A.Ə.İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. Revmatologiya Tibb universitetinin tələbələri üçün dərslik. Prof. İ.S.İsmayılovun redaktəsi ilə. Bakı- 2014, 360 səh.