2016-2020 illər üçün qəbul edilmiş elmi iş:
"Ürəyin işemik xəstəliyinin kompleks müalicəsində invaziv əməliyyatlarının effektlivliyinin qiymətləndirilməsi"
Elmi rəhbər: prof. İ.S. İsmayılov
Məsul icrasçılar: prof. F.Y. Talıbov
prof. M.M. Baxşıyev
dos. Q.R.Seyidov
dos. Ə.S. Sultanov
2016-cı il ərzində görülmüş işlər:
Açar sözlər: Ürəyin işemik xəstəliyi, miokard infarktı, kəskin koronar sindrom (KKS), stabil stenokardiya, ürək çatışmazlığı , maqnit-rezonans tomoqrafiya
Tədqiqat obyekti: ürəyin işemik xəstəliyi olan (miokard infarktı, kəskin koronar sindrom, stabil stenokardiya) 176 pasient daxil edilmişdir.
İşin məqsədi: Ürəyin işemik xəstəliyinin kompleks müalicəsində invaziv əməliyyatlarının effektlivliyin qiymətləndirilməsi
Tədqiqat üsulları: EKQ, ExoKQ, stress ExoKQ, koronaroqrafiya, maqnit-rezonans tomoqrafiya, biokimyəvi və ümumi klinik müayinələr
Нятижя вя йенилик: ExoKQ müayinəsinə əsasən KKS xəstələrin (59%-də) sol mədəcik hipertrofiyası rast gəlir və bu xəstələrdə invaziv əməliyyatdan sonra daha tez –tez təkrar anginoz ağrılar baş verir.Stabil stenokardiya ilə yanaşı şəkərli diabet və arterial hipertoniya olan xəstələr arasında müxtəlif fəsadlar ən çox 65 ±2.1 yaş qrupunda olan qadınlarda rast gəlinir . Bu yaş qrupunda xəstələr müalicəyə çətin tabe olurlar.
Kəskin miokard infarktında kardial MRT canlı miokard toxumasının ( fibroz toxuma və çapıq sahəsinin), işemiyanın və koronar arteriyaların anomaliyasının aşkarlanmasında çox əhəmiyyətlidir.
KKS olan xəstələrdə aparılan geniş monitorinq ciddi ağırlaşma larının qarşısını almağa və onların erkən diaqnostikasına imkan yaradır.
Tətbiq edilmə dərəcəsi: klinik xəstəxana və poliklinika şəraiti.
Səmərəliyi: alınmış nəticələr ÜİX-də differensə olunmuş müalicə aparmağa imkan verir, bu isə öz növbəsində çarpayı günlərini və iqtisadi məsrəfləri azaltmağa, həyat keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır.
Tətbiq edildiyi sahə: terapiya, kardiologiya, reanimatologiya.
A l ı n m ı ş n ə t i c ə l ə r:
I iş - Kəskin koronar sindromlu xəstələrdə invaziv müalicə metodlarının effektivliyi.
Mərhələ 1 - Kəskin koronar sindromlu xəstələrdə sol mədəcik hipertrofiyasının xəstəliyin gedişinə və proqnozuna təsiri.
Məsul icraçılar: prof. Talıbov F.Y., dos. Xəlilova K.D.
İcraçılar: ass.,t.e.n. əliyev F.V., ass., t.e.n. Əhmədov C.H.,
ass. Məmmədov R.M.
Hesabat ilində invaziv proseduralar icra olunmuş 937 xəstələrdən 116-sı kəskin koronar sindromla müraciət etmişdir. Onlardan 103 xəstəyə EXO-kardioqrafiya müayinəsi icra olunmuşdur. Exo-kardioqrafiya müayinəsinə əsasən 60 xəstədə (59%) Sol mədəcik hipertrofiyası, 43 xəstədə (41%) isə sol mədəcik kütləsi normal aşkarlanmışdır. Xəstə qrupları arasında xəstəxana daxilində kardiovaskulyar hadisələr arasında fərq olmamışdır. 6 aylıq təqiblərdə təkrari anginoz ağrı şikayətləri ilə sol mədəcik hipertrofiyası olan xəstələr (7%) daha çox müraciət etmişdir. Sol mədəcik kütləsi normal olan xəstələrin 2% də təkrari anginoz ağrı şikayətləri müşahidə edilmişdir. p=0.0032. Statistik dəyərləndirmə SPSS 15.0 versiyalı proqramda student-T testi ilə hesablanmışdır.
II iş - Stabil stenokardiyalı xəstələrdə invaziv müalicə metodlarının effektivliyi
Mərhələ 1 - Stabil stenokardiyalı xəstələrdə şəkərli diabetin (ŞD) və arterial hipertoniyanın (AH) xəstəliyin gedişinə və proqnozuna təsiri.
Məsul icraçılar: prof. Baxşıyev M.M., dos. Vahid Qəmbər B.
İcraçılar: ass., t.e.n. Hüseynov V.Q., ass., t.e.n. İbrahimov F.N.,
ass., t.e.n. Quliyev E.R.
ŞD-lə birgə gedən AH xəstələrin müalicəsi müasir kardiologiyanın ən çətin məsələ-lərindəndir. Bu xəstəliklərin proqnostik gedişini öyrənmək üçün II tip ŞD-lə yanaşı gedən AH-lı 56 xəstə müşahidə altında olmuşlar ki, onların da 26 kişi, 30 qadındır. Orta yaş həddi 57, 5±2,5 olmuşdur. AH ağırlıq dərəcələrinə görə belə qruplara bölünmüşlər:
I dərəcə AH - 12 xəstə; II dərəcə AH - 24 xəstə; III dərəcə AH - 20 xəstə
Müayinə metodları: 12 aparmalı EKQ , Holter monitorlama (3 və 12 aparma EKQ və sutkalıq AT), ExoKQ və Exo dopplerqrafiya, EKQ -stress testi, koronar KT, koronaqrafiya, elektrofizioloji müayinə,laborator biokimyəvi müayinələr-lipid spektri, AlAT, AsAT, şəkər, qlikohemoqlobin, kreatinin, koaquloqramma, K, Na, Ca, Mg, qanın və sidiyin ümumi analizi
II tip ŞD-li bütün xəstələr kompensə olunmuş formada olmuş, 18 xəstədə kompensə olunmuş mərhələdə aşkar edilmişdir
Bütün xəstələr müvafiq dərman müalicəsi, o cümlədən mütləq qaydada antihipertenziv terapiya - β blokatorlar, AÇF və AT2 inhibitorları, Ca kanal antaqo -nistləri,vazodilatatorlar,diuretuklər, şəkərəleyhinə preparatlar qəbul edirdilər.Bun-
dan əlavə bəzi xəstələr statinlər, kombinə olunmuş diuretik terapiya alırdılar. Xəstələr içərisində ən çox fəsad 65 ±2.1 yaş qrupunda olan qadınlarda rast gəlinir .Qeyd etmək lazımdır ki, bu yaş qrupunda xəstələr müalicəyə ən az tabe olanlardır.
III iş - Yanaşı patologiyası olan kəskin koronar sindromlu xəstələrdə invaziv müalicə metodlarının effektivliyi və təhlükəsizliyi.
Mərhələ 1 - Kəskın miokard infaktında maqnit-rezonans tomoqrafiyasının
diaqnostik rolu.
Məsul icraçılar: dos. Seyidov Q.R., dos. Əlimərdanov F.İ.
İcraçılar: ass., t.e.n. Ələkbərova G.R., ass., t.e.n. İmanov Q.G.
Hesabat dövründə 41 xəstədə ürək MRT müayinəsi aparılmışdır. Onlardan: ÜİX – 27, dilasation kardiomiopatiya - 5, hipertrofik kardiomiopatiya -2, aritmogen sağ mədəcik displazisayı -2, depo xəstəliyi - 2, ürək törəmələri səbəbi ilə - 3 xəstə olmuşdur.
Aydın olmuşdur ki, kardial MRT bir sıra üstünlüklərə malik olması ilə yanaşı Mİ xəstələrdə miokard toxumasının vəziyyətini (fibroz, çapıq toxuması) ,o cümlədən işemiya zonasının dinamikada izləməyə , nəhayət , koronar arteriya anostomozlarını aşkar etməyə imkan verir.
IV iş - Ağırlaşmış kəskin koronar sindromlu xəstələrdə əməliyyatdan sonraki erkən dövrdə intensiv müalicənin optimallaşdırılması.
Mərhələ 1 - Ağırlaşmış kəskin koronar sindromlu xəstələrdə əməliyyatdan sonraki erkən dövrdə homeostatik pozulmaların qiymətləndirilməsi.
Məsul icraçılar: dos. Sultanov Ə.S., dos. Kərimova T.B.
İcraçılar: ass.,t.e.n. Sadıqova T.T., ass. Xoşbonyani P.Ə.,
ass. Ağayeva A.R.
ATU-nin TTK-ın Reanimasiya və intensiv terapiya şöbəsində 49 nəfər xəstə üzərində tədqiqatlar aparılmışdır. Onlardan 37 nəfər kişi,12 nəfər qadın idi. Xəstələrin yaşı 43-dən 86-ya qədər idi. Bu xəstələrdən:1 nəfər xəstəyə qeyri -stabil stenokardiya, 48 xəstəyə isə miokard infarktı diaqnozu qoyulmuşdur. 7 xəstədə kardiogen şokla ağırlaşmışdı.16 xəstədə müxtəlif ritm pozğunluqları qeyd olunmuşdur. 32 xəstədə koronaroangioqrafiya olunmuşdur və onlardan 23-nə 1-3 stend qoyuluşdur. Qalan xəstələrə konservativ müalicə aparılmışdır.Reanimasiya şöbəsində bütün xəstələrə homeostatın əsas göstəricilərinə nəzarət məqsədi ilə geniş monitorinq aparılmışdır: PS, ÜVS, AT, MVT, EKQ, ExoKQ, SaO2, PaO2, PaCO2, Ph, koaquloqrama , qanın laborator göstəricilərinə nəzarət olunmuşdur.
Tədqiqat göstərdi ki, KKS olan xəstələrdə aparılan geniş monitorinq ciddi ağırlaş-malarının o cümlədən ritm və hemodinamika pozğunluqlarının qarşısını almağa , onların erkən diaqnostikasına effektiv şərait yaradır.