1. Məhərrəmbəyli İ.Ş. (dosent) – “Müştərək kəllə-beyin travmalarının neyro reanimasion dövründə bronx ağciyər ağırlaşmalarının profilaktika və intensiv müalicəsi” mövzusunda doktorluq işi yerinə yetirir (iş 2007-ci ilin 25 may tarixində problem komissiyasında və iyunun 26-da I müalicə fakultəsinin Elmi Şurasında təsdiq edilmişdir). Material yığılması davam etdirilir.
Elmi məsləhətçi: ə.e.x., prof. A.Ə. Axunbəyli.
2. Zamanov N.T. (dosent) – «Revmatoid artritli xəstələrdə ürəyin koronar xəstəliyinin klinik gediş, diaqnostika və differensial müalicə xüsusiyyətləri» mövzusunda doktorluq dissertasiyasını yerinə yetirir (Mövzu 16 iyun 2004-cü ildə təsdiq olunmuşdur). Material yığılması davam etdirilir.
Elmi məsləhətçi: ə.e.x., prof. Axunbəyli A.Ə.
3. Əvəzçi assistent F.N. İbrahimov “Ürəyin işemik xəstəliyinin müxtəlif kliniki formalarında invaziv əməliyyatların effektliyinin artırılması yolları” mövzusunda ( işin planı 2013 tarixdə təsdiq edilmişdir ) doktorluq dissertasiyası yerinə yetirir. Hazırda kliniki material toplanır.
Elmi məsləhəti : prof. İ.S.İsmayılov.
4. Anesteziologiya və reanimatologiya ixtisası üzrə əyani doktorant Ağazadə Vüsalə t.ü.f.d. elmi dərəcəsi almaq üçün «Təxirəsalınmaz cərrahiyyə şəraitində venadaxili total anesteziyanın effektivliyinin və təhlükəsizliyinin artırılması yolları» adlı mövzuda dissertasiya işi yerinə yetirir. Mövzunun plan-annotasiyası təsdiq üçün təqdim edilmişdir. Öz hesabına məzuniyyətdə olması ılə bağlı 2016-cı ildə tədqiqatlar aparılmamışdır.
5. Perinatal mərkəzin anestezioloqu – A.R.Amanlı t.ü.f.d. elmi dərəcəsi almaq üçün «Ağır preeklampsiya və eklampsiya hamilələrdə anesteziya metodlarının effektliyi və təhlükəsizliyi» mövzusunda (iş planı 2015 tarixdə təsdiq edilmişdir) dissertasiya yerinə yetirir. (elmi rəhbər: prof. İ.S. İsmayılov). İşin 60-65% yerinə yetirilmişdir.
6. APU-nun əməkdaşı -Səfərova X.İ. «Revmatoid artritli xəstələrdə ürək-damar sisneminin funksional vəziyyəti» mövzusunda (elmi rəhbər prof. F.Y.Talıbov) t.ü.f.d. elmi dərəcəsi almaq üçün dissertasiy işini başa catdırmış və 16.03.2016 tarixdə ATU-nun Dissertasiya Şurasınında müdafiə etmişdir.