NEYROCƏRRAHİYYƏ
fənni üzrə tədris proqramı
Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasının professoru, t.e.d. Etibarlı Sabir Abdul oğlu, kafedranın dosenti t.ü.f.d. Məmmədov Calal Cahangir oğlu tərəfindən hazırlanmışdır.
NEYROCƏRRAHİYYƏ
fənni üzrə
PROQRAM
BAKI - 2017
G İ R İ Ş
“Neyrocərrahiyyə”fənni müalicə-profilaktika və hərbi fakultələrinin IV kurslarında və stomatologiya fakultəsinin V kursunda tədris olunur.
Müalicə-profilaktika, hərbi və stomatologiya fakultəsində neyrocərrahiyyə fənninin tədrisində məqsəd neyrocərrahi xəstəliklərin yaş xüsusiyyətlərini, xəstəliklərin kliniki gedişatı, diaqnostika və müasir müalicə prinsiplərini öyrənmək, mərkəzi və periferik sinir sisteminin müxtəlif xəstəlikləri zamanı xəstələrə təxirəsaınmaz yardımın göstərilməsi bacarığını öyrətməkdən ibarətdir. Tələbələrə neyrocərrahiyyə kafedrasında mərkəzi və periferik sinir sisteminin topoqrafik anatomiyası haqqında biliklərini möhkəmləndirmək nəzərdə tutulur.
Proqram neyrocərrahiyyənin müasir inkişaf vəziyyətini göstərməklə ümumui ixtisaslı həkimlərə tədrisin həcminə uyğun tərtib edilmişdir. Tədtis nozoloji ardıcıllıq prinsipinə əsasən qurulmuşdur.
Mühazirələr 2 saatlıq olmaqla vidiotexnika, kinofilmlər, və başqa texniki vasitələrin nümayişi ilə oxunmalıdır. Təcrübə dərslərinin neyrocərrahi klinikada, 25%-nip aparmaq məqsədə uyğundur. Təcrübə dərslərində tələbələr neyrocərrahi müayinə üsulları (kranioqrafiya, spondiloqrafiya, bel punksiyası, mieloqrafiya, exoensefaloqrafiya, angioqrafiya, kompyuter tomoqrafiyası, və s.) tanış olur. Tələbələr beyin və onurğa beyin şişlərinin, kəllə-beyin və fəqərə sütunu-onurğa beyni travmalarının, beyinin iltihabi, parazitar, damar xəstəliklərinin, anadangəlmə cərrahi qüsurların, osteoxondrozların klinika, diaqnostika və müalicə üsullarını öyrənir. Tələbələr müəllimlərinin rəhbərliyi ilə tematik xəstələrin yoxlanılmasında, professor və dosentlərin müayinələrində, xəstəxanada keçirilən konfranslarda, təcili daxil olmuş neyrotravma və damar mənşəli xəstələrin qəbulunda iştirak etməlidirlər. Təcrübə dərslərinin biri və ya ikisitələbələrin operasiyada iştirakına həsr edilir.
Tələbələr kurasiya müddətində xəstılik tarixi yazırlar. Axırıncı dərs günündə tələbənin tərtib etdiyi xəstəlik tarixinin müzakirəsi aparılmaqla keçirilmiş mövzuların mənimsənilmə dərəcəsi müəyyənləşdirilir.
Dərs müddətində neyrocərrahiyyənin bütün bölmələri üzrə proqramı yerinə yetirən tələbənin biliyi kredit sisteminə müvafiq qiymətləndirir və lazımı bal toplayan tələbə fənn üzrə test imtahanlarına buraxılır. Dərs buraxan tələbələrin ödəmələri klinikada növbəyə qalmaq və referat yazmaqla yerinə yetirilir. Bu tələbələr proqramı mənimsədiyi halda fənn üzrə test imtahanına buraxılırlar.
Müalicə-profilaktika fakultəsinin IV kurs tələbələrinə 45 saat neyrocərrahiyyə fənni tədris olunur. Onlardan 10 saat mühazirə, 35 saat praktiki məşğələyə ayrılmışdır. V kursda stomatologiya fakultəsinin tələbələri üçü 8 saat mühazirə və 22 saat praktiki məşğələyə ayrılmışdır.
Ümumi dərs saatlarının mövzular arasında bölünməsi problemin aktuallığından və təcrübü olaraqdaha tez-tez rastgəlməsindən asılı olaraq aparılır.
Dərs zamanı verilən mövzunu mənimsəməyən və ya dərsdə iştirak etməyən tələbə həmin mövzunu dərsdən sonra referat yazmaqla və cavab verməklə ödəyir.
Semestrin axırında tələbələr uşaq cərrahlığından testlə imtahan verirlər.
Fənnin məqsədi: Müalicə-profilaktika və stomatologiya fakültəsinin tələbələrinə neyrocərrahiyyə elminin inkişaf tarixinı, neyrocərrahiyyədə tətbiq olunan müayinə metodlarını, neyrocərrahi xəstəliklərin diaqnostikasını, cərrahi müalicəyə göstərişlərin təyin edilməsini, neyrocərrahi əməliyyatların aparılma texikasını öyrətməkdir.
Tələbə nəyi bilməlidir:
1. Neyrofizioloji müayinə metodlarını (elektroensefaloqrafiya, exoensefaloqrafiya, elektromioqrafiya)
2. Rengenoloji müayinə metodlarını (rentgenoqrafiya, mieloqrafiya,angioqrafiya, pnevmoensefaloqrafiya, ventrikuloqrafiya, kompyuter tmomqrafiyası, nüvə- maqnit rezonans tomoqrafiyası)
3. Diaqnostik operasiyaları (bel punksiyası və likvoro dinamik sınaqlar diaqnostik frez dəliyinin qoyulması, ventikulopunksiyası)
4. Trepanasiya və laminektomiya əməliyyatlarını,
5. Nevroliz və neyrorafiya əməliyyatlainin aparılmasını,Kəllə-beyin travmalarının təsnifatı (açq və qapalı)
6. Kəllə-beyin travmalarının kliniki formaları
a) Baş beyin silkələnməsi, klinikası, diaqnostikası və müalicəsi.
b) Baş beyinin əzilməsi (yüngül, orta ağır, ağır ). Onun klinikası, diaqnostikası, müalicəsi, cərrahi müalicəyə göstərişlərin müəyyən edilməsi.
c) Baş beyinin əzilmə və sıxılmasının səbəbləri (basılmış sınıqlar, hematoma, ödem-istiska, travmatik hidromalar)
7. Kəllədaxili hematomaların təsnifatı.
8. Huşun pozulma dərərcələri.
9. Qlazkonun koma şkalası.
10. Kəllədaxili hematomaların patogenezi klinika , diaqnostikası və müalicə taktikasının seçilməsi.
11. Uşaqlarda və qocalarda kəllə-beyin travmasının xüsusiyyətləri.
12. Kəllə-beyin travmalarının gücikmiş fəadlarının (travmatik epilepsiya,likvorreya) diaqnostikası və müalicəsi.
13.Doğuş kəllə-beyin travmaları. Etiologiyası, klinikası, diaqnostikası. Kefalohematomaların konservativ və cərrahi müalicəsi. Subdural hematomalar. İmpression sınıqlar.
14. Fəqərə sütunu-onurğa beyini travmalarının təsnifatı.
15. Onurğa beynin silkələnməsinin klinikası.
16. Onurğa beyninin boyun, döş və bel nahiyəsinin əzilməsinin klinikası
17. Hematomieliya nədir.
18. Onurğa beyni travmalarının erkən və gecikmiş fəsadları, onların profilaktikası.
19. Fəqərə sütunu-onurğa beyni travmaları zamanı müayinə metodları ( lyumbal punksiya, spondiloqrafiya, KT, MRT)
20. Spondilodez nədir.
21. Dekompressiv laminektomiya nədir.
22. Periferik sinirlərin zədələnmə formaları
23. Nevroliz, neyrorafiya haqqında məlumat.
24. Disk yırtıqlarinin patogenezi, klinikası, müalicə taktikasının seçilməsi.
25. Mikrodiskektomiya haqqında məlumat.
26. Baş beyin şişlərinin etio-patogenezi, klassifikasiyası.
27. Supratentorial şişlərin klinikası, diaqnostikası
28. Hipofizar nahiyənin şişlərinin (kraniofarinqioma, hipofizin adenoması, türk həhəri qabarının meninqioması) klinikası, diaqnostika və müalicəsi
29. Subtentorial şişlərin (körpü-beyincik bucağının nevrinoması,meninqioması,beyinciyin, beyin kötüyü şişi) klinika, diaqnostika və müalicəsi
30. Baş beyin şişlərinin müalicə üsulları (cərrahi, sitostatik, şüa)
31. Uşaqlarda və yaşlı adamlarda şişin gedişinin xüsusiyyətləri
32. Onurğa beyin şişlərinin klassifikasiyaı.
33. Onirğa beyin şişlərinin klinikası, diaqnostikası, müalicə üsulları
34. Baş beyin absesi patogenezi nədir,klinikası, diaqnostikası və müalicəsi .
35. Araxniditlərin kliniki formaları, kliniki əlamətləri, diaqnostikası və müalicə taktikasının secilməsi
36. Exnikokkoz xəstəliyinin rastgəlmə tezliyi vəarialı, exnikokkozun klinikası, diaqnostikası, cərrahı müalicənin xüsusiyyətləri
37. Baş beyin qan dövranını pozğunluqlarının formaları
38. İşemik insultların klinikası, diaqnostikası və müalicəsi.
39. Hemorrargik insultların klinikası, diaqnostikası və müalicəsi.
40. İnsultların kliniki gedişinin fəqli xüsusiyyətləri.
41. Subaraxnoidal qansızmaların etiologiyası, klinika, diaqnostika və müalicəsi.
42. Beyindaxili hematomaların kliniki formaları
43. Beyindaxili hematomaların diaqnostikası.
44. Beyindaxili hematomaların müalicə taktikasının seçilməsi
45. Anevrizmanın formaıarı, kliniki əlamətləri, diaqnostikasında KT, MRT və angiqrafiyanın rolu
46. Anevrizmaların cərrahi müalicələrinin formaları
47. Üçlü sinirin nevralgiyasının səbəbləri, klinkası və diaqnostikası, konservativ müalicəsi
48. Üçlü sinirin nevralgiyasının cərrahi müalicə metodları
49. Anadangəlmə hidrosefaliyanın səbəbləri və patogenezi, kliniki formaları, klinikası,diaqnostikası və cərrahi müalicəsi
50. Şuntlayıcı operasiyaların xüsusiyyətləri
51. Anadangəlmə beyin-onurğa beyin yırtıqlarının diaqnostikası və cərrahi müalicəsi
52. Kraniostenoz nədir və onun formaları
53. Kraniostenozun diaqnostikası və müalicəsi
54. Arend üsulu ilə kraniotomiya
55. Travmadan sonrakı sərt qişa-beyin qabığı capıqlarının klinikası, diaqnostikası.
56. Travmadan sonrakı epilepsiya zamanı beyin qabığı çapıqlarının ayrılması
57. Kəllə sümüyü defektinin plastikası
Tələbə nəyi bacarmalıdır:
11. Xəstələri transportirovka üçün hazırlamaq
12. Kliniki gedişinə görə hemorrargik insultları işemik insultlardan ayırmaq.
13. Angioqramların dəyərləndirilməsi
Tələbə nəyə yiyələnməlidir:
PROQRAM
Neyrocərrahiyyədə tətbiq olunan müayinə metodları: rentgenoqrafiya və sponiloqrafiyanın aparılması, onun diaqnostik rolu. Mieloqrafiya, angioqrafiya, pnevmoensefaloqrafiya müayinələrin aparılma texnikası, Angioqrafiya müayinəsi, Kompyuter tomoqrafiyası və nüvə maqnit rezonans tomoqrafiyası. Neyrofizioloji müayinə metodları: Elektroensefaloqrafiya, exoensefaloqrafiya, elektromioqrafiya müayinəsi. Neyrooftalmoloji müayinəsi. Dislokasion və hipertenzion sindromlar. Diaqnostik neyrocərrahi əməliyyatlar: Bel punksiyası və likvorodinamik sınaqlar, ventrikulopunksiya. Neyrocərrahi operasiyalar: trepanasiya və laminektomiya.
Kəllə-beyin travmalarənən təsnifatı. Açıq və qapalı kəllə beyin travmaları.Kəllə-beyin travmalarının kliniki formarı. Baş beyin silkələnməsi, onun kliniki əlamətləri, diaqnostika və müalicə prinsipləri. Baş beyin əzilməsi, əzilmə dərəcələri, klinikası, diaqnostika və konservativ müalicəsi. Beyin əzilməsi zamanıcərrahi müalicə prinsipləri. Baş beyin əzilmə və sıxılması. Sıxılmanın səbəbləri. Kəllədaxili hematomaların sərt qişaya münasivətinə görə təsnifatı. Hematomaların kliniki gedişinə görə təsnifatı. Subdural, epidural və beyin daxili hematomaların klinikası, diaqnostikası və cərrahi müalicəsi
Fəqərə sütunu-onurğa beyni travmaların təsnifatı, xarakteristikası. Onurğa beyin silkələnməsi, onun klinikası, diaqnostikası və müalicə məsələləri. Onurğa beyin əzilməsinin klinikası, diaqnostikası və müalicəsi. Fəqərə sütunu-onurğa beyni travmaları zamanı cərrahi əməliyyata göstərişlər. Ön və arxa spondilodez. Transpedikulyar fiksasiya. Fəqərə sütunu-onurğa beyni travmalarının ağırlaşmalari və onların profilaktikası.
Baş beyin şişlərinin təsnifatı və xarakteristikası.Supratentorial (beyin yaımkürələrinin) şişlərin klinikası, diaqnostoikası və müalicəsi. Parasellar nahiyənin (kraniofaringioma, türk yəhəri qabarının və hipofizin şişləri) şişlərinin klinikası, diaqnostikası və müalicəsi. Arxa kəllə çuxurunun (beyin kötüyü, büyincik, körpü-beyincik bucağı şişlərinin) şişlərinin klinikası, diaqnostikası və müalicəsi. Uşaqlarda və yaşlılarda beyin şişlərinin xüsusiyyətləri. Kimya və şüa terapiyası
Mərkəzi sinir sisteminin iltihabı və parazitar xəstəlikləri. Baş beyin absesləri, etio-patogenezi. Baş beyin abseslərinin klinikası, diaqnostikası və müalicəsi. Baş beyin exnikokkozu. Diaqnostikası, müalicəsi. Serebral araxnoiditlər, kliniki formaları, klinikası, diaqnostikası.Kliniki araxnoiditlərin konservativ və cərrahi müalicəsi.
Baş beyinin damar patologiyaları. Kəllədaxili anevrizmalar. Kliniki formaları. Anevrizmaların klinika, diaqnostika və müalicəsi. Anevrizmaların damardaxili və açıq əməliyyatları. Hemorrargik insultlar. Onun səbəbləri, klinika, diaqnostika və müalicəsi. İşemik insultlar: klinika, diaqnostika və müalicə prinsipləri.
Mərkəzi sinir sisteminin anadan gəlmə patologiyaları. Baş beyin yırtıqları. Kliniki formaları, klinika, diaqnostika və müalicəsi. . Onurğa- beyin yırtıqları. Kliniki formaları, klinika, diaqnostika və müalicəsi. Kraniostenoz. Onun klinikası kliniki formaları, diaqnostikası və müalicəsi. Kefalohematomalar, diaqnostikası və müalicəsi. Hidrosefaliyalar. Kliniki formaları, klinikası, diaqnostikası və müalicəsi. Şuntlayıcı əməliyyatlar. Simptomatik epilepsiya. Cərrahi müalicəsi. Üçlü sinirin nevralgiyası. Onun klinikası, diaqnostikası və müalicəsi.
Müalicə-profilaktika fakültəsinin IV kurs tələbələri üçün Neyrocərrahiyyə fənnindən mühazirələrin mövzu planı:
№ |
MÜHAZİRƏ |
Saatlar |
1. |
Neyrocərrahiyyənin predmeti, inkişaf tarixi. Hipertenziya və dislokasiya sindromları. Diaqnostik müayinə üsulları və neyrocərrahi operasiyaların formaları (trepanasiya və laminektomiyalar). |
2 saat |
2. |
Beyin şişlərinin təsnifatı. Supratentorial şişlər: alın-təpə gicgah və ənsə payları şişlərinin klinika, diaqnostika və müalicəsi. Hipofizar nahiyyənin, III və IV mədəciklərin və arxa kəllə çuxuru şişlərinin klinika, diaqnostika və müalicəsi. |
2 saat |
3. |
Kəllə-beyin-travmalarının təsnifatı. Qapalı və açıq kəllə beyin travmalarının klinika, diaqnostika və müalicəsi. Fəqərə-sütunu-onurğa beyni travmalarının və periferik sinirlərin travmatik zədələnmələrinin təsnifatı, klinika və müalicəsi. |
2 saat |
4. |
Baş beynin iltihabi və parazitar xəstəlikləri: abses, araxnoidit və exinokokkların klinika, diaqnostika və müalicə üsulları. Fəqərə sütunu osteoxondrozlarının klinika, diaqnostika və müalicə üsulları. |
2 saat |
5. |
Baş beynin damar xəstəlikləri: anevrizma, insult və subaraxnoidal qansızmaların klinika, diaqnostika və müalicəsi. Mərkəzi sinir sisteminin anadangəlmə cərrahi qüsurları: Hidrosefaliya, beyin- onurğa beyni yırtıqları və kraniostenozun klinika, diaqnostika və cərrahi müalicə üsulları. |
2 saat |
|
Cəmi: |
10 saat |
müalicə-profilaktika fakültəsinin IV kurs tələbələri üçün neyrocərrahiyyə fənnindən təcrübi məşğələlərin mÖvzu planı
№ |
TƏCRÜBƏ MƏŞĞƏLƏLƏRİ |
Saatlar |
1. |
Neyrocərrahlıqda tətbiq olunan müayinə üsulları: bel punksiyası, ənsəaltı punksiya, mieloqrafiya, likvorodinamik sınaqlar, ventrikuloqrafiya, karotid angioqrafiya, exoensefaloqrafiya,kompyuter tomoqrafiya, spondiloqrafiya, maqnit-rezonans tomoqrafiya. Neyrocərrahi operasiyalar: trepanasiya, laminektomiya,sümük defektinin plastikası, neyrorafiya, nevroliz. |
5 saat |
2. |
Kəllə-beyin travmalarının təsnifatı, xarakteristikası. Açıq və qapalı kəllə beyin travmalarının klinika, diaqnostika və müalicəsi. Dekompressiv trepanasiyalar. Kəllədaxili hematomaların təsnifatı, klinikası və diaqnostikası. |
5 saat |
3. |
Fəqərəsütunu-onurğa beyninin travmaları: təsnifatı, xarakteristikası, klinikası, diaqnostika və müalicəsi. Periferik sinirlərin travmatik zədələnmələrinin xarakteristikası. Fəqərə sütunu osteoxondrozlarının klinika, diaqnostika və müalicə üsulları. Fəqərə kanalındakı patoloji prosesin çıxarılması ilə əlaqədar operasiyanın nümayişi. |
5 saat |
4. |
Baş beyin şişlərinin təsnifatı, xarakteristikası. Supratentorial və subtentorial şişlərin klinikası, diaqnostikası və müalicəsi. Onurğa beyni şişlərinin klinika, diaqnostika və müalicə üsulları. |
5saat |
5. |
Mərkəzi sinir sisteminin iltihabi və parazitar xəstəlikləri, abseslər, exinokokklar və araxnoiditlərin klinika, diaqnostika və müalicəsi. Kəllə boşluğundakı patoloji prosesin çıxarılması ilə əlaqədar operasiyanın nümayişi. |
5 saat |
6. |
Baş beynin damar xəstəlikləri: anevrizmalar, insultlar, təsnifatı,xarakteristikası, klinikası, diaqnostika və müalicəsi. Üçlü sinirin nevralgiyası. |
5 saat |
7. |
Mərkəzi sinir sisteminin anadangəlmə cərrahi qüsurları. Hidrosefaliyalar, kraniostenoz və beyin, onurğa beyin yırtıqlarının, təsnifatı,klinika, diaqnostika və müalicə üsulları. Simptomatik epilepsiya: cərrahi müalicəsi.Şuntlayıcı əməliyyatın müzakirəsi. |
5 saat |
|
Cəmi: |
35 saat |
stomatologiya fakültəsinin V kurs tələbələri üçün heyrocərrahiyyə fənnindən mühazirələrin mövzu planı
№ |
MÜHAZİRƏ |
Saatlar |
1. |
Neyrocərrahiyyədə tətbiq olunan müayinə üsulları. Neyrocərrahi operasiyar .Kəllə-beyin travmalarının təsnifatı. Qapalı və açıq kəllə beyin tr laravmalarının klinika, diaqnostika və müalıcə üsulları. Kəllə əsası sınıqlar |
2 saat |
2. |
Beyin şişlərinin təsnifatı, klinikası, diaqnostika və müalicə üsulları, kranioorbital,kraniofasial və kəlləəsası şişləri.Hipofizin adenoması və sinirlərin nevrinoması |
2 saat |
3. |
Anadangəlmə neyrocərrahi qüsurlar. Beyin, onurğa beyin yırtıqları, kraniostenoz və hidrosefaliyanın klinika, diaqnostika və müalicə üsulları. Karotid kavernoz bitişmələr sinusun trombozu. |
2 saat |
4. |
Kəllədaxili anevrizmalar, Odontogen abseslər klinika, diaqnostika və müalicəsi, Ağrı neyrocərrahiyyəsi: üçlü sinirin nevralgiyasının klinika, diaqnostika və müalicə üsulları |
2 saat |
|
Cəmi: |
8 saat |
Stomatologiya fakültəsinin IV kurs tələbələri üçün heyrocərrahiyyə təcrübi məşğələlərin mövzu planı
№ |
TƏCRÜBƏ MƏŞĞƏLƏLƏRİ |
Saatlar |
1. |
Neyrocərrahlıqda tətbiq olunan diaqnostik müayinə üsulları (bel punksiyası, краnioqrafiya, spondiloqrafiya, likvorodinamik sınaqlar, mieloqrafiya, pnevmoensefaloqrafiya,ventrikuloqrafiya, angioqrafiya, KT, MRT).
|
5.30 |
2. |
Kəllə-beyin travmalarının təsnifatı, açıq və qapalı kəllə-beyin travmalarının klinika, diaqnostika və müalicə üsulları. Kəllədaxili hematomalar. Kəllə əsası sınıqlar, likvoreyaların xarakteristikası. Tələbələrin operasiyada iştirakı.Fəqərə sütunu - onurğa beyni travmalarının təsnifatı, klinikası, diaqnostikası və müalicə üsulları. Periferik sinirlərin travmatik zədələnməsi. Fəqərəarası diskin patologiyası. |
5.30 |
3. |
Beyin şişlərinin təsnifatı, klinikası, kranioorbital şişlərin və sinirlərin nevrinomalarının xarakteristikası. Anadangəlmə neyrocərrahi qüsurlar: hidrosefaliya, kraniostenoz və beyin-onurğa beyni yırtıqlarının klinika, diaqnostika və müalicəsi . |
5.30 |
4. |
Beynin damar xəstəliklərinin təsnifatı, klinikası, diaqnostika və müalicə üsulları. İltihabi və parazitar xəstəliklər. Odontogen abseslərin təsnifatı, klinika, diaqnostika və müalicə üsulları. Ağrı neyrocərrahiyyəsi: üçlü sinirin nevralgiyasının klinika, diaqnostika və müalicə üsulları. |
5.30 |
|
Cəmi: |
22 saat |
Azərbaycan dilində
Rus dilində
İngilis dilində
Thomas M. Krummel.2013.
Texkiki təchizat
1.Neqatoskop
2.Multi media