I. MÖVZU:
“Hipofiz şişlərinin klinika,diaqnostika və cərrahi müalicəsinin müasir aspektləri”.
Bu mövzu ilə əlaqədər kafedranın işçiləri tərəfində 1 namizədlik dissertasiyası hazırlanır.
Namizədlik dissertasiyası: “Hipofizin adenomasının müasir minimal invaziv cərrahiyyəsi (neyroendokrin və neyrooftalmoloji klinik aspektlər, endoskopik transsfenoidal yanaşmanın anatomik xüsusiyyətləri və texnikası)”.
İIddiaçı:N.P. Əhmədov
Elmi rəhbər: t. e.d, prof. S.A. Etibarlı.
Hesabat ili ərzində başa çatdırılmış mərhələlədə kəllə əsasında yerləşən müxtəlif mənşəli şişlər, xüsusəndə hipofiz vəzinin adenomalarının yerləşməsinə görə təsnifatı, rast gəlinən kliniki əlamətlərinin (hipofizin adenomasının törətdiyi neyroendokrin, neyrooftalmoloji və nevroloji pozğunluqlar) öyrənilməsi, alınan nəticələrin isə təcrübi neyrocərrahiyyədə tətbiqinə həsr olunmuşdur.
Yuxarıda qeyd olunan patologiyadan əziyyət çəkən 70 xəstə və xəstəlik tarixləri müayinə olunmuşdur. Onlardan 38 qadın 32 kişi idi.
Aparılmış elmi işə əsasən aşağıdakı nəticələr əldə edildi:
1. Hipofiz vəzisində əmələ gələn şişlər lokalizasiyasına uyğun olaraq iki qrupa təsnif olunur:
a) ön yerləşmə (adenohipofiz)
b) arxa yerləşmə (neyrohipofiz)
2. Müşahidə olunan kliniki əlamətlərı:
a) neyroendokrin pozulmaları (qiqantizm, akromeqaliya, İtsenko-Kuşinq sindromu, hiperprolaktinemiya və s,)
b) törəmənin xiazma-sellyar nahiyyəyə qədər böyüməsi zamanı neyro-oftalmoloji pozğunluqlar rast gəlinir (bitemporal hemianopsiya, görmə siniri diskinin durğunluğu və atrofiyası, görmə itiliyinin azalması)
c) nevroloji olaraq xəstələrdə əmələ gələn periodik baş ağrıları sonradan daimi və kəskin xarakter alır.
Elmi işin icraçıları:
Kafedranın müdiri prof, t.e.d. S.A. Etibarlı, tədris hissə müdiri kaf.dos., t.e.n. C.C. Məmmədov, kaf.dos., t.e.n. R.S. Xəlilzadə, kaf.ass., t.e.n. E.H. Novruzov, kaf.ass.t.e.n. R.Z. Nəbizadə, kaf.ass. N.P. Əhmədov, kaf.ass. A.S. Allahverdiyev, kaf.ass. F.Ə. Qaralov, kaf.ass. C.N. Iskəndərov, baş lab. İ.C. Qarayev.