Müalicə profilaktika fakultəsi IV kurs azərbaycan bölməsi

Tədris proqramı                                                 Təsdiq edirəm

Azərbaycan Tibb Universiteti                 «II Uşaq xəstəlikləri» kafedrasının

«Uşaq xəstəlikləri» fənni üzrə                   müdiri, prof. N.S.Sultanova

İŞÇİ TƏDRİS PROQRAMI                               İmza ____________________

(SİLLABUS)                                              ____. _____________2023-ci il

 

 

 

 

SİLLABUS

 

(tələbələrin sərbəst işinin təşkili üçün tədris-metodik proqram)

 

 

 

Fakültə:                                           Müalicə-profilaktika fakültəsi

Kafedra:                                         «II Uşaq  xəstəlikləri»

Semestr:                                          VIII

Tədris ili:                                         2022/2023

Kurs:                                               IV

Fənni  tədris edən müəllim:            kafedranın professor-müəllim heyəti

Tədris yükü:                                   praktika 50 saat + mühazirə 10 saat        

Tədris üsulları:                               praktiki məşğələ (4 saat), mühazirə (2 saat)

Fənnin kodu:                                  İPF-B39

Fənnin növü:                                  məcburi

Fənnin krediti:                                4

Fənnin tədris formasi:                    əyani

Fənnin tədris dili:                           azərbaycan, rus, ingilis          

Kafedranin əlaqə nömrələri:                   +994 51 599 06 24

E/mail:                                             [email protected]

 

 

 

 

PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənnlər: «Anatomiya», «Fiziologiya», «Patoloji anatomiya», «Patoloji fiziologiya», «Biokimiya», «Farmakologiya», «Uşaq xəstəliklərinin propedevtikası».

 

KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin tədris olunması zərurəti yoxdur.

 

KURSUN TƏSVİRİ:

Ümumi profilli həkim kadrlarının hazırlanmasında pediatriya önəmli rol oynayır. Bu onunla əlaqədardır ki, yaşlılarda rast gələn bir çox funksional pozğunluqların və xəstəliklərin  profilaktikası uşaq doğulduğu vaxtdan və bəzən də bətndaxili dövrdə həyata keçirilməlidir. Sonuncu isə ancaq uşaq orqanizminin xüsusiyyətlərinə yaxşı bələd olan, sağlam uşaqların bəslənməsi və böyüdülməsini, uşaq yaşları patologiyalarını, müasir müalicə və profilaktika metodlarını mükəmməl bilən həkim mütəxəssislər tərəfindən həyata keçirilə bilər. Tibb universitetində uşaq xəstəliklərinin tədrisi ardıcıl olaraq uşaq xəstəliklərinin propedevtikası və uşaq xəstəlikləri kafedrasında aparılır.

 

KURSUN MƏQSƏDİ:

IV  kurslarda uşaq xəstəliklərinin öyrənilməsində tədrisin əsas məqsədi uşaqlarda tez-tez rast gələn xəstəliklərin etiologiyası, patogenezi haqqında biliklərin əldə edilməsindən  ibarətdir. Pediatrik xəstələrdə müayinə vərdişlərinin  təkmilləşdirilməsi və möhkəmləndirilməsi kliniki təfəkkürün formalaşması, klinik diaqnoz qoymaq bacarığı, differensial diaqnostika vərdişlərinə yiyələnmək, tez-tez rast gələn xəstəliklərin müalicə və profilaktikasının əsas prinsiplərini öyrənmək tədrisin məqsədinə aiddir.

IV kursda tələbələr klinikanın stasionar şöbələrində və poliklinikalarda müəllimin rəhbərliyi altında müalicə işi yerinə yetirir, klinik nümunəli dərslər keçirlər, həmçinin, kafedranın müdiri, professor və dosentlərin xəstə baxışlarında çoxmövzulu araşdırmalarda iştirak edirlər.

Problem mövzularında mühazirələr və praktik dərslərdə göstərilən xəstələrin klinik təhlili müasir paraklinik müayinələrin (instrumental, laborator-biokimyəvi və s.) nəticələrinin müfəssəl araşdırması ilə müşayiət olunur.

 

KURSUN NƏTİCƏLƏRİ:

IV  və V kurslarda tələbələr tədris zamanı xəstələrin  müayinəsində peşəkar həkimlik vərdişinə yiyələnirlər, diaqnostika, differensial diaqnostika taktikası, təxirəsalınmaz təcili tibbi yardım göstərmək üsulunu və tibbi sənədləşmənin aparılmasını öyrənirlər. VI kursda sırf sindromologiya və müfəssəl differensial diaqnostika öyrənilir. Bu fənn tədris edilib qurtarandan sonra tələbələr müxtəlif yaşlı uşaqların anatomo-fizioloji xüsusiyyətlərini, onlarda rast gələn xəstəliklərlə mübarizə tədbirlərini bilməlidirlər. Bunları əldə etmək üçün tələbələr ən müasir tibbi avadanlıqlar və onların iş prinsiplərini, ilkin diaqnostik və proqnostik markerlərin  öyrənilməsi, diaqnozu düzgün müəyyənləşdirməklə müalicə tədbirlərini düzgün seçmək təcrübəsini əldə edəcəklər.

 

MÜALICƏ-PROFILAKTIKA FAKULTƏSININ TƏLƏBƏLƏRI ÜÇÜN «UŞAQ XƏSTƏLIKLƏRI» FƏNNINDƏN PRAKTIK MƏŞĞƏLƏLƏRIN MÖVZU  PLANI

IV KURS  (VIII SEMESTR)

 

Mövzu

Saat

1.

Yenidoğulma dövrünün xüsusiyyətləri. Yenidoğulan uşaqlarda keçid (tranzitor)  hallar. Vaxtında və vaxtından qabaq doğulan uşaqların səciyyələndirilməsi. Yenidoğulan uşaqlara qulluq. Yenidoğulmuşlarda bətndaxili inkişafın lənğiməsi.

4

2.

Mərkəzi sinir sisteminin perinatal patologiyaları. Klinik mənzərəsi, diaqnostika və diferensial diaqnostikası, müalicəsi (kəskin və bərpa dövründə). Profilaktika. Proqnoz. Dispanser müşahidənin prinsipləri.

4

3.

Yenidoğulanlarda irinli-iltihabı xəstəliklər. Dəri və göbəyin xəstəlikləri.

4

4.

Bətndaxili infeksiyalar. Toksoplazmoz, listerioz, sitomeqaliya, rubella, herpes. Etiologiyası, patogenezi, klinikası, diaqnostikası və müalicəsi.

4

5.

Yenidoğulanlarda sepsis. Etiologiya, patogenez. Klinik formaları, diaqnostikası. Müalicə və profilaktika prinsipləri.

4

6.

Neonatal sarılıqlar, təsnifatı. Konyuqasion sarılıqlar.

4

7.

Hemolitik sarılıqlar. Yenidoğulanın hemolitik xəstəliyi.

4

8.

Yenidoğulanlarda pnevmoniyanın gediş xüsusiyyətləri. Diaqnostika və müalicə prinsipləri.

2

9.

Yenidoğulanlarda anemiyalar. Təsnifatı, klinikası, diaqnostikası və müalicəsi.

4

10.

Kəskin respirator infeksiyalar. Etiologiyası, klinikası, diaqnostikası, müalicəsi və profilaktikası. İnaq sindromu, təxirə salınmaz yardım.

4

11.

Erkən yaşlı uşaqlarda pnevmoniyanın gediş xüsusiyyətləri. Müalicə və profilaktikası.

2

12.

Erkən yaşlı uşaqların anemiyası. Defisitli anemiyalar. Səbəbləri, klinik mənzərəsi, laborator diaqnostika. Diferensial diaqnostika. Müalicə və profilaktikası.

4

13.

Erkən yaşlı uşaqlarda həzm sisteminin xəstəlikləri. Ağız boşluğu xəstəliklərinin semiotikası. Alimentar diareya. Bağırsaq toksikozu. Etiologiya, diaqnostika, müalicə prinsipləri. Rehidratasiyanın prinsipləri.

4

14.

Qidalanmanın xroniki pozuntuları (distrofiyalar). I, II, III dərəcəli hipotrofiyalar, hipostatura, paratrofiya, kvaşiorkor, marazm. Etiologya, patogenez, müalicə və profilaktikası.

4

15.

Hipo və avitaminozlar. Hipervitaminozlar.                                              

4

16.

Raxit. Etiopatogenez, klinik-biokimyəvi, rentgenoloji dəyişikliklər. Diaqnostikası, müalicə və profilaktikası. Raxitəbənzər xəstəliklər.

4

17.

Spazmofiliya. Klinik formaları və simptomları. Müalicəsi.

D hipervitaminozu və onun müalicəsi.

2

18.

Tez –tez xəstələnən uşaqlar . Təsnifatı, etiologiya, klinka, müalicə

3

Ümumi

65

 

 

MÜALICƏ-PROFILAKTIKA FAKÜLTƏSININ TƏLƏBƏLƏRI ÜÇÜN «UŞAQ XƏSTƏLIKLƏRI» FƏNNINDƏN MÜHAZIRƏLƏRIN MÖVZU

                                                     PLANI

         IV KURS  (VIII SEMESTR)

 

Mövzu

Saat

 

1.

Pediatriyanın tarixi. Pediatriyanın  inkişafının əsas istiqamətləri. Azərbaycan Respublikasında uşaq əhalisinə tibbi xidmətin təşkili. Yaş patologiyasının xüsusiyyətləri. İrsi faktorların uşaq patologiyasında əhəmiyyəti.

2

 

2.

Müasir neonatologiyanın problemləri. Perinatal patologiyalar. Vaxtında və vaxtından qabaq doğulan uşaqların səciyyələndirilməsi. Keçid (tranzitor) hallar. Yenidoğulma dövrünün patologiyaları. Doğuş zədələri. Dəri və göbəyin xəstəlikləri. Sepsis. Bətndaxili infeksiyalar (toksoplazmoz, rubella, herpes, sitomeqalovirus).

2

 

3.

Erkən yaşlı uşaqlarda pnevmoniya. Kəskin respirator xəstəliklərin pnevmoniyanın inkişafında rolu. Tənəffüs üzvlərinin anatomik-fizioloji xüsusiyyətlərilə əlaqədar olaraq vaxtında və vaxtından qabaq doğulan uşaqlarda pnevmoniyanın gediş xüsusiyyətləri, differensial diaqnostikası. Müalicə və profilaktikası.

2

 

4.

Uşaqlarda həzmin kəskin pozuntuları.Diareyalar. Etiologiyası, patogenezi, klinikası. Bağırsaq toksikozu sindromu, müalicəsi, profilaktikası. Rehidratasiya müalicəsinin prinsipləri. 

2

 

5.

Uşaqlarda qidalanmanın xronik pozuntuları (distrofiyalar). Etiologiyası, patogenezi, təsnifatı, klinikası, müalicəsi və profilaktikası. Raxit. Onun uşaq patologiyasında rolu və yayılması. Etiologiyası, patogenezi, klinikası, müalicə və profilaktikası.  D hipervitaminozu. Spazmofiliya.

2

Ümumi

10

 

SƏRBƏST İŞ:

Semestr ərzində hər tələbəyə 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 4-5 səhifə (şrift-12) olmalıdır.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir.

MPF-NIN IV KURS TƏLƏBƏLƏRI ÜÇÜN UŞAQ XƏSTƏLIKLƏRI FƏNNI ÜZRƏ  SƏRBƏST IŞLƏRIN MÖVZULARI 

 

Mövzu

1

Yenidoğulanların xüsusiyyətləri.

2

Vaxtındanəvvəl doğulmanın səbəbləri və səciyyələndirilməsi.

3

Yenidoğulan uşaqların sağlamlığının qiymətləndirilməsi.

4

Yenidoğulanlarda keçid (tranzitor) vəziyyətlər.

5

Vaxtında və vaxtındanəvvəl doğulan uşaqlara qulluq.

6

Mərkəzi sinir sisteminin perinatal zədələnməsi. Etiologiya, klinika.

7

MSS-in perinatal zədələnməsinin diaqnostikası və differensial diaqnostikası.

8

MSS-nin zədələnmələrinin müalicəsi (kəskin və bərpa dövründə). Profilaktika. Proqnoz. Dispanser müşahidənin prinsipləri.

9

Yenidoğulanlarda bətndaxili infeksiyalar: toksoplazmoz, herpes,sitomeqaliya.

10

Yenidoğulanlarda dərininanadangəlmə qeyri-infeksion xəstəlikləri.

11

Yenidoğulanlarda dərinin infeksion xəstəlikləri, göbək xəstəliklər. Etiologiyası, patogenezi, klinik xüsusiyyətləri.

12

Sepsis. Etiologiyası, patogenezi, klinik formaları, diaqnostikası. Sepsisin müalicə prinsipləri. Profilaktikası.

13

Neonatal sarılıq. Təsnifatı. Patogenez.

14

Yenidoğulanlarda sarılıqların klinik-laborator xüsusiyyətləri.

15

Yenidoğulanlarda sarılığın alqoritm müayinəsi.

16

Yenidoğulanlarda hemolitik xəstəliyin etiologiyası, patogenezi. Müalicə prinsipləri və profilaktika.

17

Yenidoğulanlarda anemiya, səbəbi, klinikası, diaqnostikası.

18

Erkən yaşlı uşaqların anemiyası, diaqnostikası, differensial diaqnostikası.

19

Erkən yaşlı uşaqlarda tənəffüs sisteminin anatomo-fizioloji xüsusiyyətləri.

20

Yenidoğulanlarda pnevmoniya. Gedişatın xüsusiyyətləri, diaqnostika. Müalicə və profilaktika.

21

Erkən yaşlı uşaqlarda pnevmoniyanın klinik xüsusiyyətləri. Diaqnostika, müalicə və profilaktika.

22

Uşaqlarda kəskin respirator virus infeksiyaları. Etiologiya, klinika, müalicə və profilaktika.

23

Uşaqlarda inaq sindromu. Etiologiya, klinika, müalicə. Təxirəsalınmaz yardım.

24

Erkən yaşlı uşaqlarda ağız boşluğunun xəstəlikləri.

25

Alimentar diareyalar. Etiologiya, diaqnostika. Müalicə, profilaktika.

26

Bağırsaq toksikozu. Etiologiyası, diaqnostikası. Müalicə prinsipləri, profilaktikası. Rehidratasiyanın prinsipləri.

27

Qidalanmanın xronik pozuntusu. Etiologiyası, təsnifatı, klinikası, diaqnostikası. Müalicə və profilaktika prinsipləri.

28

Hipotrofiyanın müalicəsində qidalanma prinsipləri.

29

Raxit. Etiologiya, patogenez, təsnifat. Kliniki gedişat, diaqnostika.Müalicə və profilaktikası.

30

Raxitəbənzər xəstəliklər. Raxit və raxitəbənzər xəstəliklərin differensial diaqnostika.

31

Hipervitaminoz D. Klinikası. Müalicə və profilaktikası.

32

Spazmofiliya. Patogenez, klinik formaları.Müalicə və profilaktika.

 

MPF-NIN IV KURS TƏLƏBƏLƏRI ÜÇÜN UŞAQ XƏSTƏLIKLƏRI FƏNNI ÜZRƏTƏCRÜBI BACARIQLARININ SIYAHISI

 

Mövzu

1

Apqar şkalası ilə yenidoğulanda asfiksiyanın  ağırlıq  dərəcəsini təyin etmək.

2

Bollard şkalasına görə yenidoğulanın yetkinlik dərəcəsini  təyin etmək.

3

Silverman şkalası ilə yenidoğulanda respirator distress sindromunun ağırlığının dərəcəsini təyin etmək.

4

Uşaqlarda antropometrik göstəricilər.

5

Vaxtından əvvəl doğulan uşaqlarda  morfoloji yetişməzlik  əlamətlərini  göstərin.

6

Yenidoğulanlarda anadangəlmə şərtsiz reflekslərin təyini.

7

Müxtəlif yaş dövrlərində uşaqların psixo-fiziki inkişafının qiymətləndirilməsi.

8

Uşaqlarda qaraciyərin palpasiyası və perkussiyası qaydalarını göstərmək.

9

Uşaqlarda ağciyərlərin vasitəli auskultasiyası qaydası.

10

Çulitski indeksinə və klinik əlamətlərə əsasən hipotrafiyanın dərəcəsini müəyyən etmək.

11

Yenidoğulanın zondla qidalandırılmasının qaydası.

12

Uşaqlarda rehidratasion terapiyanın aparılması.

13

Xəstə uşaqlarda nebulayzer vasitəsilə dərman verilməsini göstərmək. Yenidoğulanların oksigen terapiyanın aparılma üsulları (maska ilə,  nazofaringial zondla).

14

Qanın ümumi analizinin qiymətləndirilməsi.

15

Hipokalsemik qıcolmalar zamanı təxirəsalınmaz yardımın göstərilməsi.

16

Uşaqlarda klinik və laborator müayinələrə əsasən raxitin dərəcəsinin təyini.

 

QİYMƏTLƏNDİRMƏ

Fənn üzrə krediti üçün lazımi 100 bal aşağıdakı kimi olacaq.

O cümlədən:

10 bal-dərsə davamiyyət

10 bal-sərbəst iş

 

 İmtahan test üsulu ilə keçiriləcəkdir. Hər bir sual 1 baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silmir.

QEYD:

İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun balın miqdarına uyğun olaraq aşağıdakı kimi qiymətləndirilir:

 

 

A -  «Əla»                -  91 - 100

B -  «Çox yaxşı»      - 81 - 90

C - «Yaxşı»              -  71 - 80

D - «Kafi»                -  61 - 70

E - «Qənaətbəxş»     -  51 – 60

F - «Qeyri  kafi»      -  51 baldan aşağı

 

 

SİLLABUS-İŞÇİ TƏDRİS PROQRAMI

 

Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətinin, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.) ayrı fənlərin həcmini, ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir.

Tədris prosesinin planlaşdırılması və təşkilli tədris planları (nümunəvi işçi və fərdi) və fənnlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Həmin sənədlərin forması və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilmişdir.

Fənn proqramları ixtisaslar üzrə ali təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və müvafiq qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənn proqramları əsasında işçi proqramlar (sillabuslar) hazırlanır və ali təhsil müəssisələri tərəfindən təsdiq edilir.

İşçi tədris proqramı –fənnə müvafiq olaraq hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən sənəddir.

 

 

 

 

 

 

ƏDƏBİYYAT

 

  1. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 558 səh.
  2. N.Ə.Tağıyev. Neonatologiya  /Dərslik/,  Bakı 2008, 535 səh.
  3.  S.Ş.Həsənov. Yenidoğulan uşaqların reanimasiyası və intensiv terapiyası /Dərs vəsaiti/. Bakı 2009, 212 s.
  4. S.M.Qasımova, N.C.Quliyev, Ü.Ə.Əliyeva, Uşaq xəstəlikləri, /Dərslik/, Bakı 2016, 660 səhifə.
  5. Pediatriya. İ.İ. İsayev, S.Q. Xanməmmədova, R.R Məmmədova, N.Q.    Hüseynov. Bakı 2017,482səh.
  6. Uşaq xəstəliklərinin propedevtikası. İ.İ. İsayev.  Bakı 2011, 571 səh.
  7. S.Z.Qarayeva. Uşaq xəstəlikləri /Dərs vəsaiti/ Bakı, 2014, 186 səh.
  8. N.A. Hüseynova, N.C.Quliyev və b. Uşaq qastroenterologiyası /Dərs vəsaiti/ 2013, 391 səh.
  9. N.A. Hüseynova, N.C. Quliyev və b. Pediatriyada pəhriz terapiyası /Dərs vəsaiti/ 2014, 276 səh.
  10. А.А. Баранов.Детскиеболезни /Учебник/2-е изд, испр. и доп.-М.: ГЭОТАР-Медиа, 2012.-1008 с.
  11. Н.П. Шабалов.Детскиеболезнив 2-хтомах /Учебник/, 6-е изд. перераб. и доп. –СПб.:Питер 2012 (Учебник для вузов).
  12. Н.П. Шабалов. Неонaтология. В 2-т. Учеб.пособие, 5-е изд. испр. и доп. –М.: МЕДпресс-информ, 2009.
  13. P. Veliyev.Pediatrik Diseases /The Textbook/ Baku, 2012, 259 page.
  14. Детские болезни. Н.П.Шабалов в 2-х томах. Санкт-Петербург, 2006.

 

TEXNİKİ TƏCHİZAT

Puloksimetr, spirometr, neyrosonoqraf, nebuyazer.