Müalicə profilaktika fakultəsi V kurs azərbaycan bölməsi

Tədris proqramı                                       Təsdiq edirəm

Azərbaycan Tibb Universiteti                  «II Uşaq xəstəlikləri» kafedrasının

«Uşaq xəstəlikləri» fənni üzrə                  müdiri prof.  N.S.Sultanova

İŞÇİ TƏDRİS PROQRAMI                             İmza ____________________

(SİLLABUS)                                             ____. _____________2023-ci il

 

 

 

SİLLABUS

 

(tələbələrin sərbəst işinin təşkili üçün tədris-metodik proqram)

 

 

 

Fakültə:                                           Müalicə-profilaktika fakültəsi

Kafedra:                                          «II  Uşaq  xəstəlikləri»

Semestr:                                          ІX

Tədris ili:                                         2022/2023

Kurs:                                               V

Fənni  tədris edən müəllim:             kafedranın professor-müəllim heyəti

Tədris yükü:                                    praktika 50 saat + mühazirə 10 saat   

Tədris üsulları:                                praktiki məşğələ (4 saat), mühazirə (2 saat)

Fənnin kodu:                                   İPF-B39

Fənnin növü:                                   məcburi

Fənnin krediti:                                4

Fənnin tədris formasi:                     əyani

Fənnin tədris dili:                            azərbaycan, rus, ingilis            

Kafedranin əlaqə nömrələri:           +994 51 599 06 24

E/mail:                                             department_cdn2@amu.edu.az

 

 

 

 

 

PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənnlər: «Anatomiya», «Fiziologiya», «Patoloji anatomiya», «Patoloji fiziologiya», «Biokimiya», «Farmakologiya», «Uşaq xəstəliklərinin propedevtikası».

 

KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin tədris olunması zərurəti yoxdur.

 

KURSUN TƏSVİRİ:

Ümumi profilli həkim kadrlarının hazırlanmasında pediatriya önəmli rol oynayır. Bu onunla əlaqədardır ki, yaşlılarda rast gələn bir çox funksional pozğunluqların və xəstəliklərin  profilaktikası uşaq doğulduğu vaxtdan və bəzən də bətndaxili dövrdə həyata keçirilməlidir. Sonuncu isə ancaq uşaq orqanizminin xüsusiyyətlərinə yaxşı bələd olan, sağlam uşaqların bəslənməsi və böyüdülməsini, uşaq yaşları patologiyalarını, müasir müalicə və profilaktika metodlarını mükəmməl bilən həkim mütəxəssislər tərəfindən həyata keçirilə bilər. Tibb universitetində uşaq xəstəliklərinin tədrisi ardıcıl olaraq uşaq xəstəliklərinin propedevtikası və uşaq xəstəlikləri kafedrasında aparılır.

 

KURSUN MƏQSƏDİ:

IV və V kurslarda uşaq xəstəliklərinin öyrənilməsində tədrisin əsas məqsədi uşaqlarda tez-tez rast gələn xəstəliklərin etiologiyası, patogenezi haqqında biliklərin əldə edilməsindən  ibarətdir. Pediatrik xəstələrdə müayinə vərdişlərinin  təkmilləşdirilməsi və möhkəmləndirilməsi kliniki təfəkkürün formalaşması, klinik diaqnoz qoymaq bacarığı, differensial diaqnostika vərdişlərinə yiyələnmək, tez-tez rast gələn xəstəliklərin müalicə və profilaktikasının əsas prinsiplərini öyrənmək tədrisin məqsədinə aiddir.

VI kursda tələbələr klinikanın stasionar şöbələrində və poliklinikalarda müəllimin rəhbərliyi altında müalicə işi yerinə yetirir, klinik nümunəli dərslər keçirlər, həmçinin, kafedranın müdiri, professor və dosentlərin xəstə baxışlarında çoxmövzulu araşdırmalarda iştirak edirlər.

Problem mövzularında mühazirələr və praktik dərslərdə göstərilən xəstələrin klinik təhlili müasir paraklinik müayinələrin (instrumental, laborator-biokimyəvi və s.) nəticələrinin müfəssəl araşdırması ilə müşayiət olunur.

 

KURSUN NƏTİCƏLƏRİ:

IV  və V kurslarda tələbələr tədris zamanı xəstələrin  müayinəsində peşəkar həkimlik vərdişinə yiyələnirlər, diaqnostika, differensial diaqnostika taktikası, təxirəsalınmaz təcili tibbi yardım göstərmək üsulunu və tibbi sənədləşmənin aparılmasını öyrənirlər. VI kursda sırf sindromologiya və müfəssəl differensial diaqnostika öyrənilir. Bu fənn tədris edilib qurtarandan sonra tələbələr müxtəlif yaşlı uşaqların anatomo-fizioloji xüsusiyyətlərini, onlarda rast gələn xəstəliklərlə mübarizə tədbirlərini bilməlidirlər. Bunları əldə etmək üçün tələbələr ən müasir tibbi avadanlıqlar və onların iş prinsiplərini, ilkin diaqnostik və proqnostik markerlərin  öyrənilməsi, diaqnozu düzgün müəyyənləşdirməklə müalicə tədbirlərini düzgün seçmək təcrübəsini əldə edəcəklər.

 

MÜALICƏ-PROFILAKTIKA FAKÜLTƏSININ

TƏLƏBƏLƏRI ÜÇÜN «UŞAQ XƏSTƏLIKLƏRI» FƏNNINDƏN

MÜHAZIRƏLƏRIN MÖVZU PLANI

                                         V KURS (X SEMESTR)

 

Mövzu

Saat

1.

Birləşdirici toxumanın sistem xəstəlikləri. Uşaqlarda kəskin revmatik qızdırma, patogenezi və klinik xüsusiyyətləri, diaqnostik meyarları. Müalicə  və profilaktikasının prinsipləri. Sklerodermiya, qırmızı qurd eşənəyi, dermatomiozit, düyünlü periarterit. Patogenezi və klinik xüsusiyyətləri, diaqnostik meyarları. Müalicə  və profilaktikasının prinsipləri.

2

 

2.

Uşaqlarda tənəffüs sisteminin xəstəlikləri. Böyük yaşlı uşaqlarda bronxitlər. Kəskin, uzun sürən pnevmoniyanın klinik xüsusiyyətləri. Etiologiya, klinika, müalicə və profilaktika.

2

 

3.

Uşaqlarda helmintozlar. Askaridoz. Enterobioz. Trixosefallyoz.Klinikası, diaqnostikası və müalicəsi. Qiardioz (lamblioz). Klinik və simptomsuz formaları. Müalicə prinsipləri.

2

4.

Uşaqlarda mədə-bağırsaq sisteminin xəstəlikləri. Qastritlər, qastroduodenitlər. Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi. Uşaqlarda hepatitlər və ödçıxarıcı yolların xəstəlikləri. Xolangioxolesistitlər. Klinik-laborator diaqnostika. Müasir diaqnostik metodlar. Müalicə prinsipləri və profilaktikası.

2

5.

Bağırsaq sorulmasının pozulması sindromu. Seliakiya, enteropatiyalar.

2

Ümumi

10

 

MÜALICƏ-PROFILAKTIKA FAKÜLTƏSININ

TƏLƏBƏLƏRI ÜÇÜN «UŞAQ XƏSTƏLIKLƏRI» FƏNNINDƏN PRAKTIK

MƏŞĞƏLƏLƏRIN MÖVZU PLANI

V KURS  (X SEMESTR)

 

Mövzu

Saat

1.

Uşaqlarda revmatik xəstəliklər. Kəskin revmatik qızdırma. Etiologiya və patogenez. Klinik və instrumental diaqnostika. Differensial diaqnostika. Mərhələli müalicə prinsipləri. Profilaktik tədbirlər. Yuvenil revmatoid artritin  klinik gediş xüsusiyyətləri. İşçi təsnifatı. Diaqnostik  meyarları. Müalicə və profilaktika tədbirləri.

4

2.

Uşaqlarda birləşdirici toxuma xəstəlikləri. Qırmızı qurd eşənəyi. Dermatomiozit. Sklerodermiya. Düyünlü periarteriit. Klinik xüsusiyyətləri. Diaqnostik meyyarları. Müalicə və profilaktik tədbirlər.

4

3.

Uşaqlarda tənəffüs sisteminin xəstəlikləri. Böyük yaşlı uşaqlarda bronxitlər, pnevmoniyalar və plevritlərin xüsusiyyətləri. Etiopatogenez. Klinika, instrumental və laborator diaqnostikanın müasir üsulları. Müalicə  prinsipləri. Profilaktikası.

4

4.

Böyük yaşlı uşaqlarda pnevmoniyalar və plevritlərin xüsusiyyətləri.  Etiopatogenez. Klinika, instrumental və laborator diaqnostikanın müasir üsulları. Müalicə  prinsipləri. Profilaktikası.

4

5.

Uşaqlarda həzm sisteminin xəstəlikləri. Mədə-bağırsaq traktınınfunksional pozulmaları. Xroniki qəbizlik. Müalicə. Pəhriz terapiya.

4

6.

Qastroduodenitlər. Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi. Klinik –laborator diaqnostika. Müalicə planının təyini. Kəskinləşməyə qarşı tədbirlər.

4

7.

Xroniki hepatitlər. Etiopatogenezi, klinik formaları,  diaqnostikası, müalicə prinsipləri. Qaraciyərin sirrozu. Differensial  diaqnostika.

4

8.

Uşaqlarda ödçıxarıcı yolların xəstəlikləri. Diskineziyalar. Xolesistitlər. Xolangioxolesistitlər. Klinik-laborator diaqnostika. Müalicə planının tərtibi.

4

9.

Uşaqlarda pankreatitlər.Klinik-laborator diaqnostika. Müalicə.

4

10.

Uşaqlarda qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi. Klinik-laborator diaqnostika. Müalicə.

4

11.

Uşaqlarda helmintozlar. Askaridoz. Enterobioz. Trixosefallyoz.Klinikası, diaqnostikası və müalicəsi. Qiardioz (lamblioz). Klinik və simptomsuz formaları. Müalicə prinsipləri.

4

12.

Bağırsaq sorulmasının pozulması sindromu. Seliakiya, enteropatiyalar.

4

13.

Uşaqlarda ağciyərin irsi xəstəlikləri (Kartaqener sindromu, alfa-antitripsinin defisiti), mukovissidoz. Etiopatogenez, klinika, diaqnostka, müalicə prinsipləri.

2

Ümumi

50

 

SƏRBƏST İŞ:

Semestr ərzində hər tələbəyə 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 4-5 səhifə (şrift-12) olmalıdır.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir.

 

MPF-NIN V KURS TƏLƏBƏLƏRI ÜÇÜN  «UŞAQ XƏSTƏLIKLƏRI» FƏNNI ÜZRƏ SƏRBƏST IŞLƏRIN MÖVZULARI

 

Mövzu

1

Böyük yaşlı uşaqlarda bronxitlər.Təsnifat, etiologiya, klinika, müalicə və profilaktika.

2

Uşaqlarda kəskin və uzun sürən pnevmoniyanın klinik gediş xüsusiyyətləri. Müalicə və profilaktika.

3

Uşaqlarda plevritlər. Təsnifat, klinika, diaqnostika və müalicə.

5

Ağciyərin irsi xəstəlikləri. Mukovissidoz. Siliar diskineziya. Klinik gediş xüsusiyyətləri. Differensial diaqnostika, müalicə.

6

Uşaqlarda kəskin revmatik qızdırma. Etiopatogenez, klinik gediş xüsusiyyətləri, diaqnostik meyarlar, müalicə və profilaktika prinsipləri.

7

Uşaqlarda birləşdirici toxumanın diffuz xəstəliklərinin etiopatogenezinə dair müasir baxışlar. Qırmızı qurd eşənəyi. Klinik gediş xüsusiyyətləri, diaqnostika, müalicə və xəstəliyin proqnozu.

8

Dermatomiozit, klinika, diaqnostika, müalicə. Xəstəliyin proqnozu.

9

Sklerodermiya. Düyünlü periarteriit. Patogenez. Klinika. Dianqostika və müalicə.

10

Uşaqlarda mədə-bağırsaq sisteminin funksional xəstəlikləri. IV Roma meyarları. Klinika, diaqnostika və müalicə.

11

Uşaqlarda qastroduodenitlər. Müasir təsnifat. Gediş xüsusiyyətləri, differensial diaqnostika, müalicə və profilaktika.

12

Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi. Klinika, müasir diaqnostika üsulları, müalicə sxemləri, proqnoz.

13

Ödçıxarıcı yollarının diskineziyaları. Xolesistlər. Xolangioxolesistitlər. Etiologiya, patogenez, klinika, müalicə.

14

Uşaqlarda xroniki hepatitlər, etiopatogenez, klinika, müalicə və profilaktika

15

 

Qaraciyərin sirrozu.

16

Uşaqlarda pankreatitlər. Patogenez, klinik-laborator diaqnostika, müalicə.

17

Malabsorbsiya sindromu. Patogenez, klinika, differensial diaqnoz, müalicə.

18

Uşaqlarda bağırsağın iltihabi xəstəlikləri. Qeyri-spesifik  xoralı kolit. Kron xəstəliyi. Klinika. Differensial diaqnostika. Müalicə.

19

Uşaqlarda helmintozlar. Askaridoz. Enterobioz. Trixosefallyoz. Klinika, dianqostika, müalicə.

20

Uşaqlarda lyamblioz. Klinika, diaqnostika və müalicə. 

 

MPF-NIN V KURS TƏLƏBƏLƏRI ÜÇÜN «UŞAQ XƏSTƏLIKLƏRI» FƏNNI ÜZRƏ TƏCRÜBI BACARIQLARININ SIYAHISI

 

Mövzu

1

Xəstə uşağın müayinəsi : palpasiya, perkussiya və auskultasiya.

2

Xəstələrin stastionar şəraitdə aparılması. Xəstəlik tarixinin yazılması.

3

Analizlərin nəticələrinin qiymətləndirilməsi:

  • qanınümumi analizi;
  • qanın biokimyəvi analizi (revmosınaglar və s.)
  • nəcisin ümumi analizi;
  • Qreqerson sınağı;
  • Helicobacterpylori-nin müayinə üsulları;
  • immünoloji analiz;
  • bakterioloji analiz.

4

İnstrumental müayinə metodların nəticələrinin qiymətləndirilməsi:

- daxili üzvlərinin USM-i

- ağ ciyər, ürəyin R-qrafiyası;

- mədə-bağırsaq traktının R-skopiyası;

- EKQ;

- ezofaqoqastroduodenoskopiya;

- duodenal zondlama və müayinə üçün möhtəviyyatın götürülməsi;

- plevral punksiya.

5

Bakterioloji müayinə üçün burundan və əsnəkdən yaxmanın götürülməsi.

6

Xarici tənəffüs funksiyasının qiymətləndirilməsi. Pikfloumetriya. Spirometriya.

7

Təxirəsalınmaz yardımın göstərilməsi:

- tənəffüs yollarının obstruksiya sindromu zamanı;

- tənəffüs çatışmazlığı zamanı;

- hipertermik sondrom zamanı;

- dehidratasiya zamanı;

- mədə-bağırsaq qanaxmaları zamanı.

8

Reseptlərin yazılış qaydaları.

 

QİYMƏTLƏNDİRMƏ

Fənn üzrə krediti üçün lazımi 100 bal aşağıdakı kimi olacaq.

O cümlədən:

10 bal-dərsə davamiyyət

10 bal-sərbəst iş

. İmtahan test üsulu ilə keçiriləcəkdir.  Hər bir sual 1 baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silmir.

QEYD:

İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun balın miqdarına uyğun olaraq aşağıdakı kimi qiymətləndirilir:

A -  «Əla»                -  91 - 100

B -  «Çox yaxşı»      - 81 - 90

C - «Yaxşı»              -  71 - 80

D - «Kafi»                -  61 - 70

E - «Qənaətbəxş»     -  51 – 60

F - «Qeyri  kafi»      -  51 baldan aşağı

SİLLABUS-İŞÇİ TƏDRİS PROQRAMI

 

Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətin, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.) ayrı fənlərin həcmini, ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir.

Tədris prosesinin planlaşdırılması və təşkilli tədris planları (nümunəvi işçi və fərdi) və fənnlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Həmin sənədlərin forması və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilmişdir.

Fənn proqramları ixtisaslar üzrə ali təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və müvafiq qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənn proqramları əsasında işçi proqramlar (sillabuslar) hazırlanır və ali təhsil müəssisələri tərəfindən təsdiq edilir.

İşçi tədris proqramı–fənnə müvafiq olaraq hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən sənəddir.

 

ƏDƏBİYYAT

  1. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 558 səh.
  2. N.Ə.Tağıyev. Neonatologiya  /Dərslik/,  Bakı 2008, 535 səh.
  3.  S.Ş.Həsənov. Yenidoğulan uşaqların reanimasiyası və intensiv terapiyası /Dərs vəsaiti/. Bakı 2009, 212 s.
  4. S.M.Qasımova, N.C.Quliyev, Ü.Ə.Əliyeva, Uşaq xəstəlikləri, /Dərslik/, Bakı 2016, 660 səhifə.
  5. Pediatriya. İ.İ. İsayev, S.Q. Xanməmmədova, R.R Məmmədova, N.Q.    Hüseynov. Bakı 2017,482səh.
  6. Uşaq xəstəliklərinin propedevtikası. İ.İ. İsayev.  Bakı 2011, 571 səh.
  7. S.Z.Qarayeva. Uşaq xəstəlikləri /Dərs vəsaiti/ Bakı, 2014, 186 səh.
  8. N.A. Hüseynova, N.C.Quliyev və b. Uşaq qastroenterologiyası /Dərs vəsaiti/ 2013, 391 səh.
  9. N.A. Hüseynova, N.C. Quliyev və b. Pediatriyada pəhriz terapiyası /Dərs vəsaiti/ 2014, 276 səh.
  10. А.А. Баранов.Детскиеболезни /Учебник/2-е изд, испр. и доп.-М.: ГЭОТАР-Медиа, 2012.-1008 с.
  11. Н.П. Шабалов.Детскиеболезнив 2-хтомах /Учебник/, 6-е изд. перераб. и доп. –СПб.:Питер 2012 (Учебник для вузов).
  12. Н.П. Шабалов. Неонaтология. В 2-т. Учеб.пособие, 5-е изд. испр. и доп. –М.: МЕДпресс-информ, 2009.
  13. P. Veliyev.Pediatrik Diseases /The Textbook/ Baku, 2012, 259 page.
  14. Детские болезни. Н.П.Шабалов в 2-х томах. Санкт-Петербург, 2006.

 

TEXNİKİ TƏCHİZAT

 

Puloksimetr, spirometr, neyrosonoqraf, nebulayzer.