Hərbi tibb fakultəsi IV kurs azərbaycan bölməsi

 

Tədris proqramı                                         Təsdiq edirəm

Azərbaycan Tibb Universiteti                  «II Uşaq xəstəlikləri» kafedrasının

«Uşaq xəstəlikləri» fənni üzrə                  müdiri, prof. N.S.Sultanova

İŞÇİ TƏDRİS PROQRAMI                               İmza ____________________

(SİLLABUS)                                               __. ___________2023-ci il

               

 

 

SİLLABUS

 

(tələbələrin sərbəst işinin təşkili üçün tədris-metodik proqram)

 

 

 

Fakültə:                                           Hərbi tibb fakultəsi

Kafedra:                                          «II Uşaq  xəstəlikləri»

Semestr:                                          VIII – (yaz semestri)

Tədris ili:                                         2022/2023

Kurs:                                               IV

Fənni  tədris edən müəllim:             kafedranın professor-müəllim heyəti

Tədris yükü:                                    praktika 50 saat + mühazirə 10 saat   

Tədris üsulları:                                praktiki məşğələ (4 saat), mühazirə (2 saat)

Fənnin kodu:                                   IPF-B39

Fənnin növü:                                   məcburi

Fənnin krediti:                                5 kredit (75 saat)

Fənnin tədris formasi:                     əyani

Fənnin tədris dili:                            azərbaycan          

Kafedranin əlaqə nömrələri:           +994 51 599 06 24 ; daxili 157

E/mail:                                             [email protected]

 

 

 

 

 

 

PREREKVİZİTLƏR

Fənin tədrisi üçün öncədən tədrisi zəruri olan fənlər: Anatomiya, normal   fiziologiya, histologiya,  patoloji  fiziologiya, bioloji  kimya, farmakologiya, uşaq   xəstəliklərinin  propedevtikası.

 

KOREKVİZİTLƏ                                                                                                      

Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur.

 

KURSUN TƏSVİRİ:

     Uşaq xəstəlikləri kafedrasında IV kurs Hərbi tibb fakultəsi tələbələri Uşaq  xəstəxanasının və poliklinikanın struktu, sahə pediatrının və tibb bacısının vəzifələri, qidalanmanın növləri,yenidoğulan və vaxtından əvvəl döğulan uşaqların xüsusiyyətləri, onların anatomo-fizioloji xüsusiyyətləri, xarici mühitə adaptasiyası, adaptasiya pozğunluqları və onların korreksiyası, yenidoğulanların sağlamlıq və kliniki qrupları, risk qrupuna daxil olanyenidoğulanlar, onların xəstəlikləri, müalicəsi və yenidoğulanlarla əlaqədar olan bütün problemlərin geniş şəhri verilir.

    Bunlarla yanaşı, yenidoğulanların sağlamlıq vəziyyətinə təsir edən çox saylı faktorlar - antenatal dövrdə müxtəlif mənfi amillərin təsiri, o, cümlədən ananın sağlamlıq vəziyyəti, müxtəlif xəstəlikləri, ana-cift-döl qan dövranı pozğunluqları, anadangəlmə inkişaf qüsurları, dölün xəstəlikləri, bətndaxili infeksiyaların diferensial diaqnostikası və müalicə prinsipləri və s. patoloji proseslərin artıq bətndaxili dövrdə formalaşmasına səbəb olur ki, bu da uşagın patologiya ilə doğulmasına və gələcəkdəxəstələnmə, əlillik və ölüm göstəricilərinin rastgəlmə tezliyinin xeyli artması ilə  çox böyük sosual problemə çevrilir.

     Təbii ki, problemə yanaşma, onun həlli elmi müddəalara əsaslanmalıdır. Ona görə də tələbələrin özlərinin cəlb edilməsi ilə kasfedrada elmi tədqiqat işləri aparılır, tələbələr diaqnostika və müalicədə istifadə olunan ən müasir avadanlıqlarla, onların iş prinsipi ilə yaxından tanış olur,   qeyd edilən məsələlərin həlli barədə onlara şərh verilir.

     IV kurs Hərbi tibb fakultəsinin tələbələri erkən yaş dövrlərində rast gələn patologiyaların – raxit, spazmofiliya, xroniki qida pozğunluqları, kəskin respirator infeksiyaların diferensial diaqnostikası, müalicə prinsipləri, uşaqlara təcili yardım və reanimasiya tədbirləri, uşaq əhalisinə poliklinika xidmətinin əsaslarını öyrənirlər.

 

 

 

 

 

KURSUN MƏQSƏDİ:

             IV kursda Hərbi tibb fakultəsinin tələbələrinə  «Uşaq xəstəlikləri» fənninin tədrisində neonatal və erkən yaş dövrlərindən asılı olaraq uşaq xəstəliklərinin etiologiyası, patogenezi, klinikası, diaqnostikası və diferensasiyası, müalicə üsullarının öyrədilməsi və onların bacarıq və vərdişlərlə sərbəst işlərlə tamamlanmalıdır.

            Erkən yaş dövrünün tədrisində əsas məqsəd uşaqların bətndaxili dövrdə harmonik inkişafını təmin etmək üçün, müvafiq profilaktik tədbirlər sisteminin işlənibhazırlanması, xəstə uşaqlara  erkən diaqnostik və proqnostik meyarları təyin etməklə, beynəlxalqsübutedici təbabətə əsaslanan müalicə sxemlərinin istifadəsinin əsaslandırılmasıdır. Bu məqsədlə tədris prosesində pediatriyanın müxtəlif aspektlərinə həsr edilmiş mövzular geniş işıqlandırılmışdır. 

 

KURSUN NƏTİCƏLƏRİ:

Bu fənn tədris edilib qurtarandan sonra, tələbələr yenidoğulan və erkən yaş dövrlərində olan uşaqların  anatomo – fizioloji xüsusiyyətlərini, onlarda rast gəlinən xəstəlikləri, bu xəstəliklərlə profilaktika və müalicə tədbirlər sistemini  bilməlidirlər. Bunları əldə etmək üçün tələbələr ən müasir tibbi avadanlıqlar, onların iş prinsipi, ilkin diaqnostik və proqnostik markerlərin öyrənilməsi, diaqnozu düzgün müəyyənləşdirməklə müalicə tədbirlərini düzgün seçmək təcrübəsini əldə edəcəklər.

 

    HƏRBI –TIBB FAKÜLTƏSININ TƏLƏBƏLƏRI ÜÇÜN «UŞAQ XƏSTƏLIKLƏRI» FƏNNINDƏN  MÜHAZIRƏLƏRIN MÖVZU PLANI

IV KURS  (VIII SEMESTR)

                                                         Mövzu

Saat        

1.

Uşaq xəstəxanasının və poliklinikanın strukturu. Sahə pediatrının və tibb bacısının vəzifələri.

2

2.

Raxit. Etiopatogenezi, klinikası, təsnifatı. Müalicə və profilaktikası.

2

3.

Spazmofiliya. Etiopatogenezi, klinikası, təsnifatı. Müalicə və profilaktikası.

2

4.

Xronik qida pozuntusu. Hipostatura, hipotrofiya və paratrofiya. Müalicə prinsipləri.

2

5.

Kəskin respirator infeksiya. Bronxit, sadə və obstruktiv bronxitlər.

2

 

 

HƏRBI – TIBB FAKULTƏSININ TƏLƏBƏLƏRI ÜÇÜN «UŞAQ XƏSTƏLIKLƏRI» FƏNNINDƏN  PRAKTIK MƏŞĞƏLƏLƏRIN MÖVZU PLANI

IV KURS  (VIII  SEMESTR)

Mövzu

Saat

1.

Uşaq xəstəxanasının və poliklinikanın strukturu. Sahə pediatrının və tibb bacısının vəzifələri.

4

2.

Təbii qidalanma və onun bioloji xüsusiyyətləri. Ana südünün kəmiyyət keyfiyyət xüsusiyyətləri. ÜST proqramında döşlə əmizdirmənin prinsipləri. Təbii qidalanmanın qaydaları və uşağın südə gündəlik tələbatının hesablanma üsülları.

4

3.

Əlavə, qarışıq və süni qidalanma. Qarışıq və süni qidalanmada zülal, yağ və karbohidratlara olan təlabat.

4

4.

Vaxtında və vaxtından qabaq doğulan uşaqların xüsusiyyətləri. Yenidoğulan uşaqların xüsusiyyətləri. Yenidoğulma dövrünün xəstəliklərinin semiotikası.

4

5.

Virus mənşəli bətndaxili infeksiyalar. Klinika, diaqnostika, diferensial diaqnoz, müalicə.

4

6.

Bakterial mənşəli bətndaxili infeksiyalar. Klinika, diaqnostika, diferensial diaqnoz, müalicə.

4

7.

Parazitar mənşəli bətndaxili infeksiyalar. Klinika, diaqnostika, diferensial diaqnoz, müalicə.

4

8.

Neonatal sarılıqlar. Yenidoğulanın hemolitik xəstəliyi.

4

9.

Yenidoğulanın hemorragik xəstəliyi.

2

10.

Yenidoğulanın asfiksiyası.

2

11.

Dəri və dərialtı toxumanın qeyri- infeksion xəstəlikləri.

4

12.

Kəskin respirator infeksiyalar. Etiologiya, diaqnoz, diferensial diaqnoz. Müalicə və profilaktikası. Inaq. Təxirəsalınmaz yardım.

4

13.

Raxit. Etiopatogenezi, klinikası, təsnifatı. Diaqnoz, diferensial diaqnoz, müalicə və profilaktikası. D hipervitaminozu.

4

14.

Spazmofiliya. Etiopatogenezi, klinikası, təsnifatı. Diaqnoz, diferensial diaqnoz, müalicə və profilaktikası.

2

15.

Xroniki qida pozuntuları. Hipostatura, hipotrofiya və paratrofiya. Müalicə prinsipləri.

4

16.

Bronxitlər. Sadə və obstruktiv bronxitlər. Klinika, etiopatogenez, diaqnostika və müalicə.

4

17.

Uşaqlarda kəskin pnevmoniya. Klinika, etiopatogenez, diaqnostika və müalicə.

4

18.

Həzm üzvlərinin funksional xəstəlikləri (pilirospazm, kardiyanın xalaziyası, qida borusunun axalaziyası, kəskin qastrit, meteorizm).

3

                                                 

 

 

 

SƏRBƏST İŞ:

 

Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi bir balla qiymətləndirilir.

             Sərbəst iş yazılı formada,word faylı formasında, həcmi 4-5 səhifə (şrif – 12) olmalıdır.

             Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plaqiat yol  verilməzdir.

 

SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL

VERİLMƏSİNİN SON TARİXİ

 

Mövzu

Son həftə

1.

Qidalanmanın növləri.

 

2.

Vaxtında doğulan uşaqllar.

 

3.

Vaxtından əvvəl doğulanlar.

 

4.

Anadangəlmə inkişaf qüsurları.

 

5.

BDİ-ın diferensial diaqnostikası.

 

6.

Raxit, etiopatogenezi, klinikası, müalicə və profilaktikası.

 

7.

Spazmofiliya, etiopatogenezi, klinikası, müalicə və profilaktikası.

 

8.

Kəskin respirator virus infeksiyası.

 

9.

Yenidoğulanlarda  tranzitor vəziyyətlər.

 

10.

Sadə və obstruktiv bronxitlər. 

 

 

   Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaqdır.

   Sərbəst işlərin nəticələri jurnalda yazılır.

 

KLİNİK VƏ TƏCRÜBİ BACARIQLAR:

1. Başın müayinəsi və dairəsinin ölçülməsi.

2. Ön və arxa əmgəyin müayinəsi vəölçülməsi.

3. Anadangəlmə reflerslərin müayinəsi.

4. Ağciyərlərin Ambu kisəsi ilə ventilyasiyası.

5. Ürəyin qeyri-düz masajı.

6. Göbək damarlarının müayinəsi.

7. Qanın ümumi analizinin təhlili.

8. Nazofaringial zondun yeridilməsi.

9. Tənəffüs sisteminin müayinəsi.

10. Oksigen terapiya üsulları.

 

 

 QİYMƏTLƏNDİRMƏ:

   

 Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq:

             O cümlədən:                                                                   

            10 bal – dərsə davamiyyət

            10 bal – sərbəst iş

 

Semestr ərzində minimum 3-4 dəfə kollokvium  keçiriləcəkdir. Kollokviumda iştirak etmədikdə jurnalda  0 (sıfır) bal qeyd olunacaqdır.

      İmtahan test üsulu ilə  keçiriləcəkdir. Hər bir sual bir baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silmir.

 

QEYD :

 

         İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir, və yekun balın miqdarına uyğun olaraq  aşağıdakı kimi qiymətləndirilir:

 

A -  «Əla»                -  91 - 100

B -  «Çox yaxşı»      - 81 - 90

C - «Yaxşı»              -  71 - 80

D - «Kafi»                -  61 - 70

E - «Qənaətbəxş»     -  51 – 60

F - «Qeyri  kafi»      -  51 baldan aşağı

 

SİLLABUS – İŞÇİ  TƏDRİS PROQRAMI

 

Bakalavr  təhsilinin  məzmunu  tədris prosesinin  planlaşdırılmasını, onun

həyata keçirilməsinin  forma və metodlarını, tədris yükünün  həcmini, tədris mərhələlərinin  (semestrlərin) müddətini , tədris növlərini (mühazirə,təcrübə,laboratoriya məşğələləri və s.) ayrı-ayrı fənlərin həcmini, ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir.

Tədris prosesinin  planlaşlırılması və təşkili tədris planları  (nümunəvi işçi və fərdi) və fənlər üzrə işçi proqramları əsaslnda  həyata keçirilir. Həmin sənədlərin forması və strukturu  ali təhsil  müəssisəsi  tərəfindən müəyyənləşdirilr.

Fənn proqramları ixtisaslar üzrə ali təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və müvafiq qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənn proqramları əsasında işçi proqramlar (sillabuslar) hazırlanır və ali təhsil  müəssisələri tərəfindən təsdiq edilir.

 

İşçi tədris proqramı (sillabus) – fənnin müvafiq  proqramı əsasında  hazırlanan  və özündə tədris olunan  fənnin təsvirini,  onun hədəf  və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini,  tələbənin müstəqil  işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirilmə  cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən  sənəddir. 

 

ƏDƏBİYYAT  

 

  1. Неонатология .Под.редак. Н.П.Шабалов. в 2 –х томах, 1997 г
  2. Анестезия  и реанимация новорожденного. В.А. Мтхельсон и соавт.,

Л.Медицина, 1982. 

  1. Асфиксия  новорожденных .Н.П.Шабалов,  Я.К. Яровлавский,

  Д. А.Ходов,  В.А. Любиненко., М., 1990 г.

 

4.   Клиническая  фармакология  новорожденных. И.М.Маркова,

Н.П.Шабалов,  Санкт – Петербург, 1994 г.

  1. Neonatologiya. N.Ə.Tağıyev. Bakı 2007, 2008.
  2. Yenidoğulanlarda reanimasiya və intensiv terapiya. S.Ş.Həsənov.  Tədris vəsaiti  2009 - cu il.
  3. Yarımçıq doğulan  uşaq. N.Ə.Tağıyav. Bakı, 2007-  ci il.
  4. Neonatologiyadan testlər toplusu. N.Ə.Tağıyev, İ.M.Musayev. Bakl, 2000 –

      ci il.

 

Kurs işi : Bu fənn üzrə kurs işi nəzərdə tutulmur.

 

Təcrübə :  Bu fənn üzrə istehsalat təcrübəsi nəzərdə tutulur.