İctimai səhiyyə fakultəsi IV kurs azərbaycan bölməsi

Tədris proqramı                                       Təsdiq edirəm

Azərbaycan Tibb Universiteti                  «II Uşaq xəstəlikləri» kafedrasının

«Uşaq xəstəlikləri» fənni üzrə                  müdiri, prof. N.S.Sultanova

İŞÇİ TƏDRİS PROQRAMI                             İmza ____________________

(SİLLABUS)                                             ____. _____________2023-ci il

 

 

 

 

SİLLABUS

 

(tələbələrin sərbəst işinin təşkili üçün tədris-metodik proqram)

 

 

 

Fakültə:                                           İctimai səhiyyə fakültəsi

Kafedra:                                          «II Uşaq  xəstəlikləri»

Semestr:                                          VIII – (yaz semestri)

Tədris ili:                                         2022/2023

Kurs:                                               IV

Fənni  tədris edən müəllim:             kafedranın professor-müəllim heyəti

Tədris yükü:                                    praktika 50 saat + mühazirə 10 saat               

Tədris üsulları:                                praktiki məşğələ (4 saat), mühazirə (2 saat)

Fənnin kodu:                                   İPF-B39

Fənnin növü:                                   məcburi

Fənnin krediti:                                4 (3kredit (45 saat))

Fənnin tədris formasi:                     əyani

Fənnin tədris dili:                            azərbaycan, rus, ingilis            

Kafedranin əlaqə nömrələri:           +994 51 599 06 24

E/mail:                                             [email protected]

 

 

 

 

 

PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənnlər: «Anatomiya», «Fiziologiya», «Patoloji anatomiya», «Patoloji fiziologiya», «Biokimiya», «Farmakologiya», «Uşaq xəstəliklərinin propedevtikası».

 

KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur.

 

KURSUN TƏSVİRİ:

Uşaq xəstəlikləri kafedrasında IV kurs ictimai səhiyyəfakultəsi tələbələri Uşaq xəstəxanasının və poliklinikanın struktu, sahə pediatrının və tibb bacısının vəzifələri, qidalanmanın növləri,yenidoğulan və vaxtından əvvəl döğulan uşaqların xüsusiyyətləri, onların anatomo-fizioloji xüsusiyyətləri, xarici mühitə adaptasiyası, adaptasiya pozğunluqları və onların korreksiyası, yenidoğulanların sağlamlıq və kliniki qrupları, risk qrupuna daxil olanyenidoğulanlar, onların xəstəlikləri, müalicəsi və yenidoğulanlarla əlaqədar olan bütün problemlərin geniş şəhri verilir.  Bunlarla yanaşı, yenidoğulanların sağlamlıq vəziyyətinə təsir edən çox saylı faktorlar - antenatal dövrdə müxtəlif mənfi amillərin təsiri, o, cümlədən ananın sağlamlıq vəziyyəti, müxtəlif xəstəlikləri, ana-cift-döl qan dövranı pozğunluqları, anadangəlmə inkişaf qüsurları, dölün xəstəlikləri, bətndaxili infeksiyaların diferensial diaqnostikası və müalicə prinsipləri və s. patoloji proseslərin artıq bətndaxili dövrdə formalaşmasına səbəb olur ki, bu da uşagın patologiya ilə doğulmasına və gələcəkdəxəstələnmə, əlillik və ölüm göstəricilərinin rastgəlmə tezliyinin xeyli artması ilə  çox böyük sosual problemə çevrilir.Təbii ki, problemə yanaşma, onun həlli elmi müddəalara əsaslanmalıdır. Ona görə də tələbələrin özlərinin cəlb edilməsi ilə kasfedrada elmi tədqiqat işləri aparılır, tələbələr diaqnostika və müalicədə istifadə olunan ən müasir avadanlıqlarla, onların iş prinsipi ilə yaxından tanış olur,   qeyd edilən məsələlərin həlli barədə onlara şərh verilir.

IV kurs Ictimai səhiyyəfakultəsinin tələbələri erkən yaş dövrlərində rast gələn patologiyaların – raxit, spazmofiliya, xroniki qida pozğunluqları, kəskin respirator infeksiyaların diferensial diaqnostikası, müalicə prinsipləri, uşaqlara təcili yardım və reanimasiya tədbirləri, uşaq əhalisinə poliklinika xidmətinin əsaslarını öyrənirlər.

 

KURSUN MƏQSƏDİ:

IV kursda Ictimai səhiyyəfakultəsinin tələbələrinə  «Uşaq xəstəlikləri» fənninin tədrisində neonatal və erkən yaş dövrlərindən asılı olaraq uşaq xəstəliklərinin etiologiyası, patogenezi, klinikası, diaqnostikası və diferensasiyası, müalicə üsullarının öyrədilməsi və onların bacarıq və vərdişlərlə sərbəst işlərlə tamamlanmalıdır.

             Erkən yaş dövrünün tədrisində əsas məqsəd uşaqların bətndaxili dövrdə harmonik inkişafını təmin etmək üçün, müvafiq profilaktik tədbirlər sisteminin işlənibhazırlanması, xəstə uşaqlara  erkən diaqnostik və proqnostik meyarları təyin etməklə, beynəlxalqsübutedici təbabətə əsaslanan müalicə sxemlərinin istifadəsinin əsaslandırılmasıdır. Bu məqsədlə tədris prosesində pediatriyanın müxtəlif aspektlərinə həsr edilmiş mövzular geniş işıqlandırılmışdır. 

 

KURSUN NƏTİCƏLƏRİ:

Bu fənn tədris edilib qurtarandan sonra, tələbələr yenidoğulan və erkən yaş dövrlərində olan uşaqların  anatomo – fizioloji xüsusiyyətlərini, onlarda rast gəlinən xəstəlikləri, bu xəstəliklərlə profilaktika və müalicə tədbirlər sistemini  bilməlidirlər. Bunları əldə etmək üçün tələbələr ən müasir tibbi avadanlıqlar, onların iş prinsipi, ilkin diaqnostik və proqnostik markerlərin öyrənilməsi, diaqnozu düzgün müəyyənləşdirməklə müalicə tədbirlərini düzgün seçmək təcrübəsini əldə edəcəklər.

 

 

İCTIMAI  SƏHIYYƏ FAKULTƏSININ TƏLƏBƏLƏRI ÜÇÜN  «UŞAQ  XƏSTƏLIKLƏRI» FƏNNINDƏN  PRAKTIK MƏŞGƏLƏLƏRIN MÖVZU PLANI 

IV KURS (YAZ SEMESTRI)

 

 

Mövzu

Saat

1.

Uşaq xəstəxanasının və poliklinikasının təşkili və iş prinsipləri. Sağlamlıq qrupları.

4

2.

Uşaqlarda həzm sisteminin anatomo-fizioloji yaş xüsusiyyətləri. Təbii qidalanmanın üstün cəhətləri, texnikası, təşkili qaydaları.

4

3.

Vaxtında və vaxtından qabaq doğulan uşaqlar. Klinik xarakteristika. Yenidoğulanlarda sepsisin gediş xüsusiyyətləri.

4

4.

Xroniki qidalanma pozuntuları. Hipotrofiya, paratrofiya. Inkişaf səbəbləri. Dərəcələri, qidalanmanın xronik pozuntularının etiologiyası, patogenezi, təsnifatı.

4

5.

Uşaqlarda sümük sisteminin anatomo-fizioloji yaş xüsusiyyətləri. Süd və daimi dişlərin çıxma vaxtı, dişləmənin formalaşması. Raxit, etiologiya, patogenez. Klinikası, müalicə və profilaktikası. Spazmofiliya, klinik formaları. Spazmofilik qıcolmalarda yardım.

4

6.

Tənəffüs sisteminin anatomo-fizioloji yaş xüsusiyyətləri. Erkən yaşlı uşaqlarda pnevmoniyanın gediş xüsusiyyətləri. Təsnifatı, klinika və ağırlaşmalar. Kəskin bronxit və bronxiolitlə diferensial diaqnozu.

4

7.

Uşaqlarda ürək-qan damar sisteminin anatomo-fizioloji yaş xüsusiyyətləri. Revmatizm. Etiologiya, patogenez. Kisel Cons meyarları. Aktivlik dərəcələri, gedişi.

4

8.

Revmatoid artrit, sistem qırmızı qurd eşənəyi, qeyri – revmatik karditlə diferensial diaqnozu. Müalicə və profilaktika.

4

9.

Uşaqlarda xronik mədə-bağırsaq xəstəlikləri. Xroniki qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, xolesistit, pankreatit. Etiopatogenez, klinika. Müalicə və profilaktika. Mədə-bağırsaq xəstəliklərində pəhrizin rolu.

4

10.

Uşaqlarda sidik-ifrazat sisteminin anatomo-fizioloji yaş xüsusiyyətləri. Uşaqlarda böyrək xəstəlikləri. Qlomerulonefrit, pieionefrit. Klinika, müalicə və profilaktika.

4

11.

Skarlatina. Difteriya. Göyöskürək. Etiologiya, patogenez, klinik formaları. Müalicə və profilaktika.              

4

12.

Anemiyalar. Uşaqlarda leykoz.

4

13.

Hemorragik diatezlər: hemofiliya, trombositopenik purpura (Verlhof xəstəliyi).

2

 

 

TƏCRÜBƏ MƏŞGƏLƏLƏRİNİN MÖVZULARI:

İCTİMAİ SƏHİYYƏ FAKÜLTƏSININ TƏLƏBƏLƏRI ÜÇÜN «UŞAQ XƏSTƏLIKLƏRI» FƏNNINDƏN MÜHAZIRƏLƏRIN MÖVZU PLANI

IV KURS (VIII SEMESTR)

Mövzu

Saat

 

1.

Vaxtında doğulan və vaxtından qabaq doğulan uşaqlar. Klinik xarakteristika. Sepsis. Xronik qidalanma pozuntuları. Hipotrofiya, paratrofiya. İnkişaf səbəbləri.

 

2

 

2.

Uşaqlarda sümük sisteminin anatomik-fizioloji yaş xüsusiyyətləri. Süd və daimi dişlərin çıxma vaxtı, dişləmənin formalaşması. Raxit, etiologiya, patogenez. Klinik formaları. Müalicə və profilaktika. Spazmofiliya, klinik formaları. Spazmofilik qıcolmalarda yardım.

 

 

2

 

3.

Tənəffüs orqanlarının anatomik-fizioloji yaş xüsusiyyətləri. Uşaqlarda pnevmoniyalar. Təsnifat. Erkən yaşlı uşaqlarda gediş xüsusiyyətləri. Kəskin bronxit, bronxiolitlə differensial diaqnozu.

2

 

 

4.

Uşaqlarda  ürək-qan damar sisteminin anatomik-fizioloji yaş xüsusiyyətləri. Revmatizm. Etiologiya, patogenez. Kisel Cons meyarları. Aktivlik dərəcələri, gedişi. Revmatoid artrit, sistem qırmızı qurd eşənəyi, qeyri-revmatik karditlə differensial diaqnozu. Müalicə və profilaktika.

2

 

5.

Anemiyalar. Uşaqlarda leykoz və hemorragik diatezlər: hemofiliya, trom-bositopenik purpura (Verlqof xəstəliyi).

2

 

SƏRBƏST İŞ:

Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi bir balla qiymətləndirilir.

Sərbəst iş yazılı formada,word faylı formasında, həcmi 4-5 səhifə (şrif – 12) olmalıdır.

             Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plaqiatyolverilməzdir.

 

 

 

 

 

SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL

VERİLMƏSİNİN SON TARİXİ

 

Mövzu

Son həftə

1.

Qidalanmanın növləri.

 

2.

Vaxtında doğulan uşaqllar.

 

3.

Vaxtından əvvəl doğulanlar.

 

4.

Anadangəlmə inkişaf qüsurları.

 

5.

BDİ-ın diferensial diaqnostikası.

 

6.

Raxit, etiopatogenezi, klinikası, müalicə və profilaktikası.

 

7.

Spazmofiliya, etiopatogenezi, klinikası, müalicə və profilaktikası.

 

8.

Kəskin respirator virus infeksiyası.

 

9.

Yenidoğulanlarda  tranzitor vəziyyətlər.

 

10.

Sadə və obstruktiv bronxitlər. 

 

 

Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaqdır.

Sərbəst işlərin nəticələri jurnalda yazılır.

 

KLİNİK VƏ TƏCRÜBİ BACARIQLAR:

1. Başın müayinəsi və dairəsinin ölçülməsi.

2. Ön və arxa əmgəyin müayinəsi vəölçülməsi.

3. Anadangəlmə reflerslərin müayinəsi.

4. Ağciyərlərin Ambu kisəsi ilə ventilyasiyası.

5. Ürəyin qeyri-düz masajı.

6. Göbək damarlarının müayinəsi.

7. Qanın ümumi analizinin təhlili.

8. Nazofaringial zondun yeridilməsi.

9. Tənəffüs sisteminin müayinəsi.

10. Oksigen terapiya üsulları.

 

 

           QİYMƏTLƏNDİRMƏ:

     Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq:

           

O cümlədən:                                                                                

            10 bal – dərsə davamiyyət

            10 bal – sərbəst iş

Semestr ərzində minimum 3-4 dəfə kollokvium  keçiriləcəkdir. Kollokviumda iştirak etmədikdə jurnalda  0 (sıfır) bal qeyd olunacaqdır.

      İmtahan test üsulu ilə  keçiriləcəkdir. Hər bir sual bir baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silmir.

 

QEYD :

         İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir, və yekun balın miqdarına uyğun olaraq  aşağıdakı kimi qiymətləndirilir:

A -  «Əla»-  91 - 100

B -  «Çox yaxşı»      - 81 - 90

C - «Yaxşı»-  71 - 80

D - «Kafi»                -  61 - 70

E - «Qənaətbəxş»-  51 – 60

F - «Qeyri  kafi»-  51 baldan aşağı

 

 

SİLLABUS – İŞÇİ  TƏDRİS PROQRAMI

Bakalavr  təhsilinin  məzmunu  tədris prosesinin  planlaşdırılmasını, onun

həyata keçirilməsinin  forma və metodlarını, tədris yükünün  həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə,təcrübə,laboratoriya məşğələləri və s.) ayrı-ayrı fənlərin həcmini, ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir.

Tədris prosesinin  planlaşlırılması və təşkili tədris planları  (nümunəvi işçi və fərdi) və fənlər üzrə işçi proqramları əsaslnda  həyata keçirilir. Həmin sənədlərin forması və strukturu  ali təhsil  müəssisəsi  tərəfindən müəyyənləşdirilr. Fənn proqramları ixtisaslar üzrə ali təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və müvafiq qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənn proqramları əsasında işçi proqramlar (sillabuslar) hazırlanır və ali təhsil  müəssisələri tərəfindən təsdiq edilir.

İşçi tədris proqramı (sillabus) – fənnin müvafiq  proqramı əsasında  hazırlanan  və özündə tədris olunan  fənnin təsvirini,  onun hədəf  və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini,  tələbənin müstəqil  işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirilmə  cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən  sənəddir. 

 

 

 

 

 

ƏDƏBİYYAT 

 

  1. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 558 səh.
  2. N.Ə.Tağıyev. Neonatologiya  /Dərslik/,  Bakı 2008, 535 səh.
  3.  S.Ş.Həsənov. Yenidoğulan uşaqların reanimasiyası və intensiv terapiyası /Dərs vəsaiti/. Bakı 2009, 212 s.
  4. S.M.Qasımova, N.C.Quliyev, Ü.Ə.Əliyeva, Uşaq xəstəlikləri, /Dərslik/, Bakı 2016, 660 səhifə.
  5. Pediatriya. İ.İ. İsayev, S.Q. Xanməmmədova, R.R Məmmədova, N.Q.    Hüseynov. Bakı 2017,482səh.
  6. Uşaq xəstəliklərinin propedevtikası. İ.İ. İsayev.  Bakı 2011, 571 səh.
  7. S.Z.Qarayeva. Uşaq xəstəlikləri /Dərs vəsaiti/ Bakı, 2014, 186 səh.
  8. N.A. Hüseynova, N.C.Quliyev və b. Uşaq qastroenterologiyası /Dərs vəsaiti/ 2013, 391 səh.
  9. N.A. Hüseynova, N.C. Quliyev və b. Pediatriyada pəhriz terapiyası /Dərs vəsaiti/ 2014, 276 səh.
  10. А.А. Баранов.Детскиеболезни /Учебник/2-е изд, испр. и доп.-М.: ГЭОТАР-Медиа, 2012.-1008 с.
  11. Н.П. Шабалов.Детскиеболезнив 2-хтомах /Учебник/, 6-е изд. перераб. и доп. –СПб.:Питер 2012 (Учебник для вузов).
  12. Н.П. Шабалов. Неонaтология. В 2-т. Учеб.пособие, 5-е изд. испр. и доп. –М.: МЕДпресс-информ, 2009.
  13. P. Veliyev.Pediatrik Diseases /The Textbook/ Baku, 2012, 259 page.
  14. Детские болезни. Н.П.Шабалов в 2-х томах. Санкт-Петербург, 2006.

 

 

 

Kurs işi : Bu fənn üzrə kurs işi nəzərdə tutulmur.

 

Təcrübə :  Bu fənn üzrə istehsalat təcrübəsi nəzıərdə tutulur.