Stomatologiya fakultəsi IV kurs azərbaycan bölməsi

Tədris proqramı                                        Təsdiq edirəm

Azərbaycan Tibb Universiteti                  «II Uşaq xəstəlikləri» kafedrasının

«Uşaq xəstəlikləri» fənni üzrə                   müdiri, prof. N.S.Sultanova

İŞÇİ TƏDRİS PROQRAMI                               İmza ____________________

(SİLLABUS)                                               ____. _____________2023ci il

 

 

 

SİLLABUS

 

(tələbələrin sərbəst işinin təşkili üçün tədris-metodik proqram)

 

 

 

Fakültə:                                           Stomatologiya

Kafedra:                                          «II Uşaq  xəstəlikləri»

Semestr:                                          VII  (payız semestri)

Tədris ili:                                         2022/2023

Kurs:                                               IV

Fənni  tədris edən müəllim:             kafedranın professor-müəllim heyəti

Tədris yükü:                                    3kredit (50 saat)   

Tədris üsulları:                                praktiki məşğələ (4 saat), mühazirə (2 saat)

Fənnin kodu:                                   İPF-B39

Fənnin növü:                                   məcburi

Fənnin krediti:                                3

Fənnin tədris formasi:                     əyani

Fənnin tədris dili:                            azərbaycan, rus, ingilis            

Kafedranin əlaqə nömrələri:           +994 51 599 06 24

E/mail:                                             [email protected]

 

 

 

 

 

PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənnlər: «Anatomiya», «Fiziologiya», «Patoloji anatomiya», «Patoloji fiziologiya», «Biokimiya», «Farmakologiya», «Uşaq xəstəliklərinin propedevtikası».

 

KOREKVİZİTLƏ:

Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur.

 

KURSUN TƏSVİRİ:

Uşaq xəstəlikləri kafedrasında IV kursStomatologiya fakultəsinin tələbələləriüçün uşaq xəstəxanasının və poliklinikasının strukturu,anamnezin toplanması, vaxtında və vaxtından əvvəl doğulmuş uşaqlar, onların fiziki inkişafının qiymətləndirilməsi və qidalanması, sağlamlıq vəziyətinin qiymətləndirilməsi və sağlamlıq qrupları,  həzm, tənəffüs, ürək-qan damar, sümük-oynaq, qanyaranma və laxtalanma və sidik-ifrazat sisteminin anatomo-fizioloji xüsusiyyətləri, xəstəlikləri, uşaqlarda sepsis və infeksion xəstəliklər (qızılca, məxmərək, suçiçəyi, epidemik parotit, göyöskürək, difteriya, virus hepatitləri) haqqında geniş şərh verilir.

Vaxtında və yarımçıqdoğulmuş uşaqlara ümumi baxış, fiziki inkişafın qiymətləndirilməsi (çəki, boy, başın və döşün çevrəsi, somatotip, inkişaf harmonikliyi, antropometriya), sentil cədvəlləri haqqında məlumat verilir, 1 yaşa qədər uşaqların dietologiyası, qidalanmanın təşkili, qida və qida nutriyentlərinə olan sutkalıq tələbatın hesablanması, təbii, qarışıq və süni qidalanma prinsipləri, süd verən ananın rejimi, hipoqalaktiya və onun dərəcələri haqqında məlumat verilir.

Təbii ki, problemə yanaşma, onun həlli elmi müddəalara əsaslanmalıdır. Ona görə də tələbələrin özlərinin cəlb edilməsi ilə kafedrada elmi tədqiqat işləri aparılır, tələbələr diaqnostika və müalicədə istifadə olunan ən müasir avadanlıqlarla, onların iş prinsipi ilə yaxından tanış olur,   qeyd edilən məsələlərin həlli barədə onlara şərh verilir.

IV kursStomatologiya fakultəsinin tələbələripediatrik xəstələrin– raxit, spazmofiliya, xronik qida pozğunluqları, tənəffüs sistemi, ürək-qan damar sistemi,  həzm sistemi, qan yaranma və laxtalanma sistemi, böyrək xəstəlikləri (nefrit və nefrotik sindrom) xəstəliklərinin differensial diaqnostikası, müalicə prinsipləri, uşaqlara təcili yardım və reanimasiya tədbirləri, uşaq əhalisinə poliklinika xidmətinin əsaslarını öyrənirlər.

 

KURSUN MƏQSƏDİ:

IV kursdaStomatologiya tələbələrinə  «Uşaq xəstəlikləri» fənninin tədrisində yaş dövrlərindən asılı olaraq uşaq xəstəliklərinin etiologiyası, patogenezi, klinikası, müalicəsi,diaqnostikası və profilaktikası  üsullarının öyrədilməsi, onların bacarıq və vərdişlərlə, sərbəst işlərlə tamamlanmalıdır.

Uşaqların bütün yaş dövründə rast gəlinən xəstəliklərinin tədrisində əsas məqsəd uşaqların harmonik inkişafını təmin etmək üçün, müvafiq profilaktik tədbirlər sisteminin işlənibhazırlanması, beynəlxalqsübutedici təbabətə əsaslanan müalicə sxemlərinin istifadəsinin əsaslandırılmasıdır. Bu məqsədlə tədris prosesində pediatriyanın müxtəlif aspektlərinə həsr edilmiş mövzular geniş işıqlandırılmışdır. 

 

KURSUN NƏTİCƏLƏRİ:

Bu fənn tədris edilib qurtarandan sonra, tələbələr  uşaqların  anatomo – fizioloji xüsusiyyətlərini, onlarda rast gəlinən xəstəlikləri, bu xəstəliklərin klinikasını,müalicə və profilaktika tədbirlər sistemini  bilməlidirlər. Bunları əldə etmək üçün tələbələr ən müasir tibbi avadanlıqlar, onların iş prinsipi, ilkin diaqnostik və proqnostik markerlərin öyrənilməsi, diaqnozu düzgün müəyyənləşdirməklə müalicə tədbirlərini düzgün seçmək təcrübəsini əldə edəcəklər.

 

 

STOMATOLOGİYA FAKÜLTƏSİ ÜÇÜN «UŞAQ XƏSTƏLIKLƏRI» FƏNNINDƏN   MÜHAZİRƏLƏRİNİN MÖVZU PLANI

IV KURS (VII  SEMESTR)

Mövzu

Saat

1

Pediatriyanın  haqqında məlumat – Uşaq yaşının  dövrləri,  onların xarakteristikası. Müxtəlif yaş dövrlərində uşaq  xəstəliklərinin  xüsusiyyətləri.

2

2

Uşaqlarda raxit və raxitəbənzər xəstəliklər, differensial diaqnostika, müalicə və profilaktika.  Hipervitominoz  D.

2

3

Uşaqlarda  bronx-ağciyər patologiyası – KRVİ, bronxit, pnevmoniya. Differensial diaqnostika. Müalicə prinsipləri və profilaktika.

2

4

Uşaqlarda revmatik qızdırma, etipatogenez.  Kisel Cons  anemiyaları, anadangəlmə və qazanılma ürək qüsurları, birləşdirici toxumanın diffuz xəstəlikləri – qırmızı  qurd eşənəyi, etiopatonogez, klinika, müalicə.

2

5

Virus hepatitləri haqqında müasir  təsəvvürlər. Yoluxma yolları. Klinik formaları. Hepatit B və C ilə yoluxmanın qarşısını almaq üçün  stomatoloji  kabinetdə  aparılan antiseptik tədbirlərin  əhəmiyyəti. Uşaqlarda qan xəstəlikləri – anemiyalar,  leykozlar və hemorragik diatezlər.

2

 

 

STOMATOLOGİYA FAKÜLTƏSİ ÜÇÜN «UŞAQ XƏSTƏLIKLƏRI» FƏNNINDƏN   PRAKTİK MƏŞĞƏLƏLƏRİNİN MÖVZU PLANI

IV KUSR (VII SEMESTR)

Mövzu

Saat

1

Uşaq xəstəxanasının və  poliklinikasının  təşkili  və iş  prinsipləri. Sağlamlıq qrupları. Uşaqlarda  anamnezin  toplanması və onun sağlamlıq  vəziyyətinin qiymətləndirilməsində rolu. Uşağa ümumi baxış. Fiziki inkişafın qiymətləndirilməsi: çəki, boy, başın və döşün çevrəsi,  somatotip, steniya indeksi, inkişaf  harmonikliyi. Anrtopometriya texnikası. Sentil cədvəli haqqında anlayış.

4

2

Uşaqlarda həzm  sisteminin  anatomik-fizioloji yaş  xüsusiyyətləri. 

1 yaşa qədər  uşaqlarda  dietologiyaya müasir baxışlar. Təbii  qidalanma – üstün cəhətləri, texnikası, təşkili qaydaları. Qidaya və nutriyentlərə  sutkalıq təlabatın  hesablanması, əlavə qidanın  verilmə vaxtı və ardıcıllığı. Süd verən ananın rejimi. Süni qidalanma. Adaptasiya  olunmuş  və adaptasiya olunmamış qarışıqlar. Qayda və qida  nutriyenlərinə  olan sutkalıq təlabatın hesablanması. Süni qidalanmanın təşkili. Qarışıq qidalanma.  Doyuzdurmaya  göstəriş.  Hipoqalaktiyanın növləri və dərəcələri.  Doyuzdurma qidasının  hesablanması və onun verilmə qaydası. Süni və qarışıq qidalanmaya aid məsələ həlli.

4

3

Vaxtında doğulan və vaxtından qabaq doğulan uşaqlar. Klinik  xarakteristika.

4

4

Sepsis.

4

5

Xronik qidalanma pozuntuları.Hipotofiya, paratrofiya. İnkişaf səbəbləri, dərəcələri, pəhrizin xüsusiyyətləri.

4

6

Uşaqlarda sümük sisteminin anatomik-fizioloji xüsusiyyətləri. Süd və daimi  dişlərin çıxma vaxtı,  dişləməsinin  formalaşması. Raxit. Etiologiya, patogenez. Klinik formaları. Dişlərin çıxma və inkişafına, üzün diş çənə hissəsinin  formalaşmasına təsiri. Müalicə və profilaktika. Spazmofiliya, klinik formaları. Spazmofilik qıcolmalarda yardım.

4

7

Tənəffüs orqanlarının anatomik-fizioloji yaş xüsusiyyətləri. Uşaqlarda pnevmoniyalar. Təsnifat. Erkən  yaşlı uşaqlarda gediş xüsusiyyətləri. Klinika, ağırlaşmalar. Kəskin bronxit, bronxiolitlə differensial diaqnozu. Pnevmoniyanın müalicə prinsipləri və  fəsadların profilaktikası.

4

8

Uşaqlarda ürək-qan damar sisteminin anatomik-fizioloji yaş xüsusiyytələri. Revmatizm. Etiologiya, patogenez. Kisel Cons meyarları Aktivlik dərəcələri, gedişi. Revmatoid artrit, sistem qırmızı qurd eşənəyi, artrit, qeyri-revmatik karditlə differensial diaqnozu. Müalicə və profilaktika.

4

9

Anemiyalar. Uşaqlarda leykoz və  hemorragik diatezlər,  hemofiliya,  trombostenik purpura (Verlqolf xəstəliyi), Qlyansmen  trombositopeniya, Villebrant xəstəliyi, əsas klinik-laborator fərqləri. Qanaxma zamanı təcili yardım. Hemorragik diatezi olan uşaqlarda diş və ağız  boşluğu xəstəliklərinin  müalicəsində həkimin  taktikası..

4

10

Uşaqlarda xronik mədə bağırsaq xəstəlikləri. Xronik qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, xolesistit, pankreatit. Etiopatogenez, klinika. Müalicə və profilaktika. Mədə-bağırsaq xəstəliklərində pəhrizin  rolu. Qida və  çeynəmə  aparatının vəziyyəti, xronik infeksiya  ocaqlarının olması ilə əlaqəsi.

4

11

Uşaqlarda sidik-ifrazat  sisteminin  anatomik-fizioloji yaş  xüsusiyyətləri. Uşaqlarda böyrək xəstəlikləri. Nefrit. Nefrotik sindrom. Klinika, müalicə və profilaktika.

4

12

Skarlatina. Difteriya. Etiologiya, patogenez, klinik formaları. Yalançı və həqiqi inağın differensial diaqnostikası. Müalicə və  profilaktika. Aktiv  immunizasiya.

4

13

Qızılca. Məxmərək. Göyöskürək. Etiologiya, patogenez, müalicə və profilaktika. Suçiçəyi. Epidemik  parotit. Virus hepatiti. Etiologiya, patologiya, patogenez, müalicə və profilaktika.

2

 

SƏRBƏST İŞ:

Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi bir balla qiymətləndirilir.

Sərbəst iş yazılı formada,word faylı formasında, həcmi 4-5 səhifə (şrift – 12) olmalıdır.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plaqiatyolverilməzdir.

 

 

SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL

VERİLMƏSİNİN SON TARİXİ

 

Mövzu

Son həftə

1.

Uşaq xəstəxanasının və  poliklinikasının  təşkili  və iş  prinsipləri. Sağlamlıq qrupları.

 

2.

Uşaqlarda  anamnezin  toplanması və onun sağlamlıq  vəziyyətinin qiymətləndirilməsində rolu.

 

3.

Qidalanmanın növləri.

 

4.

Vaxtında doğulan və vaxtından əvvəl doğulan  uşaqlar.

 

5.

Raxit. Etiologiya, patogenez. Klinik formaları. Dişlərin çıxma və inkişafına, üzün diş çənə hissəsinin  formalaşmasına təsiri. Müalicə və profilaktika.

 

6.

SSpazmofiliya.Etiopatogenezi, klinikası, müalicə və profilaktikası.  Spazmofilik qıcolmalarda yardım.

 

7.

Sepsis

 

8.

Xronik qidalanma pozuntuları.Hipotfoya, paratrofiya. İnkişaf səbəbləri, dərəcələri, pəhrizin xüsusiyyətləri.

 

9.

Tənəffüs orqanlarının anatomo-fizioloji yaş xüsusiyyətləri.

 

10.

Uşaqlarda bronxit. Etiopatogenezi, klinikası, müalicə və profilaktikası

 

11.

Uşaqlarda bronxiolit. Etiopatogenezi, klinikası, müalicə və profilaktikası

 

13.

 

Uşaqlarda pnevnoniya. Etiopatogenezi, klinikası, müalicə və profilaktikası

 

14.

Uşaqlarda ürək-qan damar sisteminin anatomo-fizioloji yaş xüsusiyytələri

 

15.

Revmatizm. Etiopatogenezi, klinikası, müalicə və profilaktikası

 

16.

Uşaqlarda revmatoid artrit. Etiopatogenezi, klinikası, müalicə və profilaktikası

 

17.

Uşaqlarda  sistem qımızı qurdeşənəyi. Etiopatogenezi, klinikası, müalicə və profilaktikası

 

18.

Uşaqlarda leykoz. Etiopatogenezi, klinikası, müalicə və profilaktikası

 

19.

Uşaqlarda hemorragik diatezlər. Etiopatogenezi, klinikası, müalicə və profilaktikası.

 

20.

Uşaqlarda hemofiliya. Etiopatogenezi, klinikası, müalicə və profilaktikası.

 

21.

Uşaqlarda trombositopenik purpura. Etiopatogenezi, klinikası, müalicə və profilaktikası.

 

22.

HHemorragik diatezi olan uşaqlarda diş və ağız  boşluğu xxəstəliklərinin  müalicəsində həkimin  taktikası.

 

23.

Uşaqlarda xronik qastrit. Etiopatogenez, klinika. Müalicə və profilaktika.

 

24.

Uşaqlardaonikibarmaq bağırsağın xora xəstəliyi. Etiopatogenez, klinika. Müalicə və profilaktika.

 

25.

Uşaqlarda xolesistit. Etiopatogenez, klinika. Müalicə və profilaktika.

 

26.

Uşaqlarda pankreatit. Etiopatogenez, klinika. Müalicə və profilaktika.

 

27.

Mədə-bağırsaq xəstəliklərində pəhrizin  rolu. Qida və  çeynəmə  aparatının vəziyyəti, xronik infeksiya  ocaqlarının olması ilə əlaqəsi.

 

28.

Uşaqlarda sidik-ifrazat  sisteminin  anatomo-fizioloji yaş  xüsusiyyətləri

 

29.

Uşaqlarda nefrit. Etiopatogenez, klinika. Müalicə və profilaktika.

 

30.

Uşaqlarda nefrotik sindrom. Etiopatogenez, klinika. Müalicə və profilaktika.

 

31.

Skarlatina. Etiopatogenez, klinika. Müalicə və profilaktika.

 

32.

Difteriya. Etiopatogenez, klinika. Müalicə və profilaktika.

 

33.

Qızılca. Etiopatogenez, klinika. Müalicə və profilaktika.

 

34.

Məxmərək. Etiopatogenez, klinika. Müalicə və profilaktika.

 

35.

Göyöskürək. Etiopatogenez, klinika. Müalicə və profilaktika.

 

36.

Suçiçəyi. Etiopatogenez, klinika. Müalicə və profilaktika.

 

37.

Epidemik paratit. Etiopatogenez, klinika. Müalicə və profilaktika.

 

38.

Virus hepatit. Etiopatogenez, klinika. Müalicə və profilaktika.

 

39

YYalançı və həqiqi inağın differensial diaqnostikası. Klinika.  MMüalicə və  pofilaktika.

 

40.

Aktiv  immunizasiya.

 

 

Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaqdır.Sərbəst işlərin nəticələri jurnalda yazılır.

 

 

KLİNİK VƏ TƏCRÜBİ BACARIQLAR:

   1. Başın müayinəsi və dairəsinin ölçülməsi.

   2. Anadangəlmə reflerslərin müayinəsi.

   3. Fiziki inkişafın qiymətləndirilməsi.

   4. Limfa düyünlərin palpasiyası.

   5. Ürək-damar sisteminin müayinəsi.

6. Tənəffüs sisteminin müayinəsi.

7. Sümük-oynaq sisteminin müayinəsi

8. Mədə-bağırsaq sisteminin müayinəsi.

9. Qanın və sidiyin  ümumi analizilərin təhlili.

10. Rentgenoqrafiyanın qiymətləndirilməsi.

           QİYMƏTLƏNDİRMƏ:

     Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq:

           

            O cümlədən:                                                                    

            10 bal – dərsə davamiyyət

            10 bal – sərbəst iş

Semestr ərzində minimum 3-4 dəfə kollokvium  keçiriləcəkdir. Kollokviumda iştirak etmədikdə jurnalda  0 (sıfır) bal qeyd olunacaqdır.

         İmtahan test üsulu ilə  keçiriləcəkdir. Hər bir sual bir baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silmir.

QEYD :

 İmtahanda və imtahana qədərtoplanan ballar cəmlənir, və yekun balın miqdarına uyğun olaraq  aşağıdakı kimi qiymətləndirilir:

 

A -  «Əla» -  91 - 100

B -  «Çox yaxşı»  - 81 - 90

C - «Yaxşı» -  71 - 80

D - «Kafi»   -  61 - 70

E - «Qənaətbəxş» -  51 – 60

F - «Qeyri  kafi» -  51 baldan aşağı

 

SİLLABUS – İŞÇİ  TƏDRİS PROQRAMI

 

Bakalavr  təhsilinin  məzmunu  tədris prosesinin  planlaşdırılmasını, onun

həyata keçirilməsinin  forma və metodlarını, tədris yükünün  həcmini, tədris mərhələlərinin  (semestrlərin) müddətini, tədris növlərini (mühazirə,təcrübə,laboratoriya məşğələləri və s.) ayrı-ayrı fənlərin həcmini, ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir.

Tədris prosesinin  planlaşlırılması və təşkili tədris planları  (nümunəvi işçi və fərdi) və fənlər üzrə işçi proqramları əsaslnda  həyata keçirilir. Həmin sənədlərin forması və strukturu  ali təhsil  müəssisəsi  tərəfindən müəyyənləşdirilr.

Fənn proqramları ixtisaslar üzrə ali təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və müvafiq qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənn proqramları əsasında işçi proqramlar (sillabuslar) hazırlanır və ali təhsil  müəssisələri tərəfindən təsdiq edilir.

İşçi tədris proqramı (sillabus) – fənnin müvafiq  proqramı əsasında  hazırlanan  və özündə tədris olunan  fənnin təsvirini,  onun hədəf  və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini,  tələbənin müstəqil  işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirilmə  cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən  sənəddir. 

 

ƏDƏBİYYAT :

 

  1. Yenidoğulanlarda reanimasiya və intensiv terapiya. S.Ş.Həsənov. Tədris vəsaiti, 2009 il.
  2. Yarımçıq doğulan  uşaq. N.Ə.Tağıyev. Bakı, 2007 il.

     3. Neonatologiyadan testlər toplusu. N.Ə.Tağıyev, İ.M.Musayev. Bakl, 2000.

  1. Neonatologiya. N.Ə.Tağıyev. Bakı 2007, 2008.
  2. Uşaq xəstəlikləri. A.A. Eyubova, H.H. Qabulov, N.H. Sultanova. Bakı, 2018
  3. Uşaq xəstəliklərinin propedevtikası. İ.İsayev. Bakı, 2004
  4. Неонатология.Под.редак. Н.П.Шабалов. в 2 –х томах, 2019.
  5. Детские болезни. Под.редак. Н.П.Шабалов. в 2 –х томах, 2017

 

Kurs işi : Bu fənn üzrə kurs işi nəzərdə tutulmur.

 

Təcrübə :  Bu fənn üzrə istehsalat təcrübəsi nəzərdə tutulur.