BIOTIBBI ETIKADAN MÜHAZIRƏ VƏ TƏCRÜBƏ MƏŞĞƏLƏLƏRININ
TƏDRİS PROQRAMI
TƏRTIBATÇILAR:
akademik NAMAZOVA A.Ə, dosent, t.ü.f.d. TAĞIZADƏ T.Q.
Əhaliyə Tibbi xidmətin yaxşılaşdırılması ilə tibb sahəsində təhsil alan tələbələrin tədris prosesində mənəviyyatının inkişaf etdirilərək zənginləşdirilməsi, onlara bəşəri dəyərlərin aşılanması arasında çox sıx əlaqə mövcuddur. Gələcək həkimlərə etik prinsiplərə sadiq qalmağı, xəstə insanın psixologiyasını daim nəzərə almağı hələ təhsil dövründə aşılamaq, tələbələrə həkim-xəstə münasibətində və ünsiyyətində səmimilik, paklıq, təmannasız kömək, insanpərvərlik, yüksək məsuliyyət, intizamlılıq və s. kimi xüsusiyyətləri tərbiyə etmək çox vacibdir. 19 oktyabr 2005-ci ildə Azərbaycan Respublikası daxil olmaqla 191 ölkənin iştirakı ilə YUNESKO-nun Baş konfransının 33-cü sessiyasında Bioetika və İnsan Hüquqları Ümumi Deklorasiyası qəbul edilmişdir. Bundan sonra bu məsələ həm rəsmi dövlət idarələrində, qanunvericilikdə, həm də təhsildə geniş təşəkkül tapmışdır. Bəyənnamədə klassik bioetik normalarla yanaşı, yeni prinsiplər dəqiq müəyyənləşdirilmişdir.
MÜHAZIRƏ PROQRAMI
№ |
Mövzu |
Saat |
1 |
Tibbi etika və deontologiya. Həkim etikası. Deontologiyanın əsas fəaliyyət dairəsi. Mənəviyyatın aliliyi və Ulu Öndər Heydər Əliyevin kəlamı.
|
2 |
2 |
Bioetika və inkişafı. Van Potterin “Bioetika gələcəyə körpüdür”-ün aşılanması. Bioetikanın əsas məsələləri. Bioetika ilə “mənəvi etikanın” fərqi. |
2 |
3 |
Bioetikanın 7 prinsipi və 12 qızıl qaydası. Müayinədə iştirak edənlərin məlumatlandırılması. 21 sualın açıqlanması.
|
2 |
4 |
Azərbaycanda biotibbi etikanın inkişafı tarixi. Ilk mədrəsələrin, loğmanların, Azərbaycanın qədim (1300 il öncə) tarixi abidəsi, xalq eposu “Dədə Qorqurd dastanı”nın müxtəlif əsrlərdə yaşamış mütəfəkkürlərin, şairlərin ölkədə bioetikanın inkişafında rolu.
|
2 |
5 |
BMT-nin təhsil, elm və mədəniyyət üzrə təşkilatının (YUNESKO) Bioetika, Elm və Texnologiyaların Etika şöbəsinin dəstəyi ilə Azərbaycan Respublikasında yaradılmış Milli Bioetika Komitəsi və onun əsas məqsədi.
|
2 |
6 |
Tibbi etikanın kateqoriyaları, prinsipləri, qaydaları.
|
2 |
7 |
Həkim-xəstə münasibətləri. Mövcud modellər.
|
2 |
8 |
Evtonaziya. Evtonaziyanın bioetik problemləri, humanizm və həkim borcu. Hospis.
|
2 |
9 |
Gələcək nəsillərin müdafiəsi. Prenatal diaqnostikanın mənəvi problemləri. Embrional kök hüceyrələrinin alınması və istifadəsi prosedurunun mənəvi qiyməti. Transplantologiya və bioetik problemlər.
|
2 |
10 |
İnsan ləyaqəti və insan hüquqları. Diskriminasiya və stigmatizasiya yol verilməzdir.
|
2 |
TƏCRÜBƏ MƏŞĞƏLƏLƏRININ PROQRAMI
№ |
Mövzu |
Saat |
1 |
Etika nədir ? Tarixi inkişafı. Müxtəlif ölkə və millətlərin alimlərinin fikirləri, rəyləri. Tibbi etika. Həkim etikası. Hippokratın həkim andı. Mənəviyyətin məqsədi aliliyi. Ulu Öndər Heydər Əliyevin həkim mənəviyyatı haqqında kəlamı.
|
2 |
2 |
Deontologiya. Tibbi etika ilə tibbi deontologiyanın fərqi. Həkimin qarşısında duran kordinal məsələ. Deontologiyanın əsas məqsədi və əsas fəaliyyət dairəsi. Tibbi etika və deontologiya qanun, mənəvi prinsip və normaların birləşməsi vəhdəti.
|
2 |
3 |
Bioetika nədir ? Bioetikanın mənası. Bioetika “ənənəvi tibbi etikadan” nə ilə fərqlənir. Müasir dünyada bioetikanın rolu nədən ibarətdir ? Bioetikanın əsas məsələləri. Van Potterin “Bioetika gələcəyə körpüdür”- fikrinin açıqlanması.
|
2 |
4 |
Azərbaycanda biotibbi etikanın ruşeyminin qədimliyi və inkişaf tarixi. Azərbaycanda tibbi etikanın inkişafında mədrəsələrin açılmasının, loğmanların fəaliyyətinin, xalq eposu “Dədə Qorqurd dastanı”nın, qədim Azərbaycan mütəfəkkirlərinin, şairlərini, alimlərinin ölkədə tibbi etikanın inkişaf etməsində mühüm rolu. Azərbaycanın əsrlər boyu tolerantlıq, multikultural (başqa xalqlara, onların mədəniyyətinə, dillərinə, dinlərinə, adətlərinə və s hörmət dözümlülük) ənənəsi ölkə olması. Azərbaycan həkiminin andı.
|
2 |
5 |
Tibbi təcrübədə etik problemlər. İnsanlar üzərində biotibbi müayinə apararkən Helsinki Deklarasiyası və bir sıra Beynəlxalq Sənədlərdə göstərilən və ümumi qəbul edilmiş etik, elmi standarların və əsas prinsiplərin tələbələrə öyrədilməsi. Transplantologiya və bioetik problemlər. |
2 |
6 |
İnsanlara dərman preparatlarını tətbiq edərkən Qood Clinical Practic (QCP)-nin 12 qızıl qaydanın və “Tədqiqat iştirakçılarının məlumatlandırılması”na aid 21 sualın tələbələrə öyrədilməsi.
|
2 |
7 |
BMT-nin təhsil elm mədəniyyət üzrə təşkilatının (YUNESKO) Bioetika, Elm və Texnologiyaların Etika şöbəsinin dəstəyi ilə Azərbaycan Respublikasında yaradılmış Milli Bioetika Komitəsi və onun əsas məqsədi. |
2 |
8 |
Tibbi etikanın kateqoriyalarını (peşə borcu, vicdan, şərəf və ləyaqət, namus, ədəb), mənəvi davranış prinsiplərini (etika, din, qanun, etiket) aşılamaq, təcrübədə konkret misallar göstərmək.
|
2 |
9 |
Tibbi etikanın prinsipləri. İnsan ləyaqətinə hörmət, yaxşılıq et, ziyan vurma, şəxsiyyətin avtonomluğuna hörmət, ədalətlilik prinsiplərinin mənasını, məzmununu tələbələrə anlatmaq, bir neçə misal göstərmək.
|
2 |
10 |
Tibbi etikanın qaydaları. Düzgünlük, şəxsi həyatın toxunulmazlığı, konfidensiallıq, könüllü məlumatlı razılıq kimi mənəvi standartları tələbələrə aydınlaşdırmaq, riayət etmək üçün həkimin cəmiyyət qarşısında borcunu yerinə yetirməsi haqqında təcrübi misallarla izah etmək. Peşə ilə (ixtisasla) bağlı məxsusi, tədbiqi bioetik problemlər.
|
2 |
11 |
Xəstə-həkim münasibəti. Etik-hüquqi mühəndislik, paternalistik, kollegial, kontrakt modellərinin tələbələrlə müzakirəsi, bu və ya digər üstünlüklərin aydınlaşdırılması, təcrübədə riayət olunması müəyyənləşdirilməsi.
|
2 |
12 |
Evtonaziya. Hospis. Evtonaziyanın bioetik problemləri. Dünya alimlərinin diskusiyaları. Humanizm və həkim borcu 1997-ci ildə Azərbaycanda qəbul edilmiş: “Respublika əhalisinin sağlamlığının qorunması haqqında” qanunun 38-ci maddəsinin şəhri. Ümumdünya Tibb Assosiasının birinci prinsipi: Hippokrat və Azərbaycan həkiminin andı “Mən təntənəli surətdə söz verirəm, bütün həyatımı hümanizm idealına qulluq etməyə həsr edəcəyəm”
|
2 |
13 |
Mədəniyyət müxtəlifliyinə və pluralizmə hörmət. Diskriminasiya və stiqmatizasiya yol verilməzdir maddələrinin şərhi.
|
2 |