Hacızadə Niyazi Kamal oğlu 1963-cü ildə anadan olmuşdur.

1981-1986-cı illərdə  Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini  bitirmişdir. 1986-1987-ci illərdə, təyinatla Agdaş şəhər 4 saylı Rus orta məktəbində fizika-informatika müəllimi işləmişdir. 1990-1995-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstiutunun qiyabi aspirantrasında təhsil alıb.  1988-2003-cü illərdə  Azərbaycan Tibb Universitetinin elmi-hissəsində proqramlaşdırıcı-mühəndis isləmişdir. 1994-cü ildən müsabiqə  yolu ilə Tibbi-bioloji fizika kafedrasına  assistenti vəzifəsinə təyin olunmüşdur. 2007-ci ildə   ”Hiperbarik oksigenasiya prosesinin avtomatlaşdırılmış nəzarəti və idarə olunmasının alqoritm və vasitələri” mövzusunda,  Azərbaycan Milli Elmlər Akademiyasının Kubernetika İnstutunda namizədlik dissertasiyası müdafiə etmiş,   05.13.06 - ”Texnoloji proseslərin və istehsalatin avtomatlaşdırılması və idarə olunması”ixtisası üzrə texnika elmləri namizədi alimlik dədrəcəsi almışdır. 2008-2022-ci illərdə adı yuxarida çəkilən kafedranin bas müəllim, 2022-cildən hal hazıra kimi isə dosent vəzifəsində calışır. Hal-hazırda  Universitetin xarici tələbələrlə iş üzrə dekanliğında 1-6-cı kurslar üzrə dekan müavini vəzifəsində calışır.

03.1988-07.1988-ci illərdə Vilnyus Universitetində kompüter  mühən­disliyi üzrə kurs keçmişdir.

25.09.2005-16.10.2005-ci illərdə Kanadada sübuta yetirilmiş təbabət üzrə kurs keçmişdir.

Azərbaycan, İngilis,Rus və Türk dillərində sərbəst danişır. Ərəb və  Fars dillərini başa düşür. Komputer bilikləri ixtisasıdır.

Hal-hazırda, 3 dildə informasiya texnologiyalari, biostatistika və fizika dərslərini  tələbələrə sərbəst tədris edir. 30 ildən cox pedaqoji fəaliyyəti var.

51  müxtəlif ölkə və xarici jurnallarda çap olunmuş elmi məqalələrin müəllifidir

19.09.2001-ci ildən  Nəsimi rayon təskilatı, Yeni Azərbaycan Partiyasının üzvüdür.

2005-ci ildən Nəsimi rayon 22 saylı  seçki dairəsinin 11  saylı məntəqəsinin üzvüdür.

Ailəlidir  iki övladı var.

Elektron poçt: [email protected]