1. Giriş
Ön səhifədən imtahan sisteminə daxil olmaq üçün 10-rəqəmli fərdi şifrəni “İstifadəçi adı” və “Parol” pəncərələrinin hər birinə diqqətlə daxil etmək tələb olunur. Hər iki pəncərəyə müvafiq şifrə qeyd edildikdən sonra “Giriş” düyməsinə toxunmaqla imtahan sisteminə daxil olmaq mümkündür.
Nəzərinizə çatdırırıq ki, 2017-2018-ci tədris ilindən başlayaraq universitetə qəbul olan tələbələr “İstifadəçi adı” pəncərəsinə tələbə biletinin nömrəsini, “Parol” pəncərəsinə isə 10-rəqəmli fərdi şifrəni daxil etməlidirlər. İmtahan sisteminə giriş zamanı hər hansı bir problem yaranarsa, universitetin imtahan mərkəzinə müraciət olunmalıdır.
2. İmtahan fənnini seçmək
Sistemə daxil olduqdan sonra daxil olan şəxsin adı, soyadı və fotoşəkli olduğu əsas səhifə görünəcəkdir. Eyni zamanda bu səhifədə tələbə imtahan veriləcək fənni müəyyən edir və onun adına toxunmaqla növbəti səhifəyə keçid edir.
3. İmtahana başlamaq
Açılmış yeni səhifənin sol tərəfində iri hərflərlə imtahan fənninin adı, eləcə də orta hissədə imtahan üçün ayrılmış müddət görünəcəkdir. Bu o deməkdir ki, tələbəyə bu imtahan üçün 50 dəqiqə vaxt verilir. Səhifənin aşağısında görünən “Testi başla” düyməsinə basmaqla artıq imtahana başlamaq olar. Bu zaman imtahan müddəti və geri sayma ilə bağlı daha bir bildiriş görünəcək, bu göy rəngli “Start attempt” yazısı olacaqdır. Həmin yazıya basmaqla yeni səhifədə müəyyən edilmiş sayda imtahan sualları tələbəyə təqdim olunacaq.
4. İmtahan prosesi
Təqdim olunan bütün imtahan sualları bir səhifədə yerləşir. Hər bir sualın mətni və cavab variantları ayrıca görünəcəkdir. Eyni zamanda imtahan üçün müəyyən edilmiş vaxta nəzarət məqsədilə səhifənin sağ tərəfində taymer funksiyasına malik “Qalan zaman” pəncərəsi yerləşdirilmişdir. Monitorda görünən hər bir sualın müvafiq cavabını kursor vasitəsilə seçmək lazımdır. Cavab qeyd edildikdən sonra imtahanın vaxtı bitənədək onu dəyişmək imkanı da var. Siçanın orta düyməsini aşağı və ya yuxarı çevirməklə suallar arasında keçid etmək mümkündür. Narahat olmaq lazım deyil ki, imtahan üçün ayrılmış vaxt qurtarar və imtahan yarımçıq qalar. Nəzərə almaq lazımdır ki, taymerdəki vaxt sıfırlandıqdan sonra cavablandırılan bütün suallar sistem tərəfindən avtomatik yadda saxlanılır və qəbul olunur. Habelə diqqətinizə çatdırırıq ki, imtahanın bitməsinə 1 dəqiqə qalmış taymerdəki rəng yavaş-yavaş qırmızıya dəyişəcək. Bu da o deməkdir ki, artıq imtahan üçün verılmiş vaxt qurtarır. Əgər suallar cavablandırılmışsa və tələbə özünə əmindirsə, vaxtın bitməsini gözləmədən imtahanı sona çatdıra bilər.
5. İmtahanın sona çatdırılması
Suallar cavablandırıldıqdan sonra aşağı hissədə görünən göy rəngli “Testin sonu” düyməsinə toxunmaq lazımdır. Yeni açılmış səhifənin sağ tərəfində fotoşəklin altındakı naviqasiya hissəsində tələbənin hansı suallara cavab verdiyi, hansılara cavab vermədiyi görünəcəkdir. Cavablandırılan sualların nömrələri boz rəngdə, cavablandırılmayan sualların nömrələri isə ağ rəngdə görünəcəkdir. Əgər cavab verilməyən və ya dəqiqləşdirilməsi tələb olunan hər hansı bir sual varsa, naviqasiyadakı həmin sualın nömrəsinə toxunmaqla o suala qayıtmaq olar. Suala qayıdıb baxdıqdan sonra yenidən səhifənin lap aşağısında olan “Testin sonu” düyməsinə basılır. Artıq bütün cavablarından əmin olan tələbə imtahanı bitirmək istəyirsə, onda səhifənin aşağısına enib “Hamısını göndər və testi sona çatdır” düyməsinə basır. Bu zaman sistem son dəfə olaraq cavabların təsdiqlənməsini istəyəcək. Monitorda əks olunan “Təsdiqlənmə” pəncərəsindəki göy rəngli “Hamısını göndər və testi sona çatdır” düyməsinə basmaqla bütün cavablar təsdiq olunur. Xatırladaq ki, bu mərhələdən sonra bir daha geri qayıdıb cavabları dəyişmək qeyri-mümkündür. Əgər “Təsdiqlənmə” fikri qəti deyilsə, onda həmin pəncərədəki “İmtina” düyməsinə basmaqla imtahana qayıdıb cavablarda istənilən dəyişiklikləri etmək mümkündür. Dəyişikliklərdən sonra yenidən cavabları təsdiq etmək lazımdır.
6. İmtahanın nəticəsi
“Hamısını göndər və testi sona çatdır” düyməsinə basdıqdan sonra açılmış yeni səhifədə imtahanın nəticəsi, o cümlədən yekun bal, doğru və səhv cavablar dərhal görünəcəkdir. Əgər hər hansı bir sualla bağlı narazılıq yaranarsa, universitetin Apellyasiya komissiyasına müraciət oluna bilər.
7. Çıxış
İmtahanı bitirərək yekun nəticəni gördükdən sonra sistemdən çıxmaq tələb olunur. Bunun üçün tələbə əlini qaldırmaqla imtahan nəzarətçisini yanına dəvət edir və onun müşahidəsi ilə olduğu səhifənin yuxarı sağ küncündəki fotoşəklin üstünə basmaqla açılmış kiçik pəncərədə görünən “Çıxış” düyməsinə toxunulur. Monitorda ön səhifəni gördükdən sonra imtahan zalını tərk etmək lazımdır.
İmtahanlarda Sizə uğurlar arzulayırıq!