Elmi istiqamət

Kafedrada 9 doktorluq və 49 namizədlik dissertasiyası müdafiə edilmişdir. Kafedranın mövcud olduğu illərdə müxtəlif jurnallarda və elmi məcmuələrdə 775-dən artıq məqalə çap olunmuşdur.

2021/2022-cı tədris ilində kafedranın 5 illik planında təsdiq edilən “Azərbaycan Respublikası ərazisində yoluxucu və qeyri-yoluxucu xəstəliklərin ekoloji-epidemioloji monitorinqi” mövzusunda elmi – tədqiqat işi yerinə yetirilir. Hazırkı işin məqsədi Aran iqtisadi-coğrofi zonasında infeksion xəstəliklər fonunda bağırsaq infeksiyalarının və xroniki xəstəliklər fonunda ürək-damar sistemi xəstəliklərinin ekoloji-epidemioloji monitorinqinin aparılması və epidemioloji nəzarət sistemininin təkmilləşdirilməsi olmuşdur.

Səmərəlilik: Aran iqtisadi-coğrafi rayonunda infeksion xəstəliklər fonunda bağırsaq infeksiyalarının və xroniki xəstəliklər fonunda ürək-damar sistemi xəstəliklərinin monitorinqi nəticəsində alınan nəticələr xəstəliklərin gedişinin proqnozlaşdırılmasına və qarşısının alınmasına kömək edəcəkdir.

Gözlənilən nəticələr: alınan nəticələr məqsədyönlü surətdə gəncə-qazax iqtisadi rayonunda tənəffüs infeksiyalarının yayılmasının qarşısının alınmasında və müxtəlif mənşəli travmaların klassifikasiyasının və rastgəlmə tezliyinin aydınlaşdırılmasında istifadə olunacaq və bu elmi tədqiqat işi ölkəmizin səhiyyə sisteminin işinə öz töhvəsini verəcəkdir.

 Tədqiqatin vəzifələri.  gəncə-qazax iqtisadi rayonunda infeksion və qeyri infeksion xəstəliklərin ekoloji-epidemioloji xüsusiyyətlərini öyrənmək və onlara qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair metodik tövsiyyələr işləyib hazırlamaq.  

Praktik əhəmiyyəti: alınan nəticələr protozoozlar və helmintozlarla xəstələnmənin azaldılmasına dair konkret əksepidemik tədbirlər planlaşdırıb həyata keçirməyə imkan verəcəkdir.

 Tədqiqat obyekti və üsullari: müxtəlif əhali qrupları, xəstəlik tarixləri, statistik hesabatlar

Mövzu çərçivəsində əməkdaşlar 2 elmi-tədqiqat işi üzərində fəaliyyət göstərirlər.

    1-ci iş. Azərbaycanda yoluxucu xəstəliklərin ekoloji-epidemioloji xüsusiyyətlərinin monitorinqi”.

     Bu iş 2021-ci ildə 2 mərhələ də yerinə yetirilmişdir.

            1-ci mərhələ: Azərbaycanda (Aran iqtisadi-coğrofi zonasında) bağırsaq infeksiyalarının ekoloji-epidemioloji monitorinqi                                                  

     2021-ci ildə Aran iqtisadi zonasında aerozol infeksiyalardan sonra ən çox rast gəlinən xəstələnmələr bağırsaq infeksiyalarıdır. Tibb müəssisələrində götürülən müayinələrin nəticəsinə əsasən bağırsaq infeksiyalarına yoluxan şəxslərin 53,87±0,65%-ində coli infeksiyası, 23,13±0,25%-ində enteroviruslar, 20,58±0,54%-ində salmonellalar, 1,43±0,87%-ində, 0,99±0,65%-ində digər mikroorqanizmlər aşkar edilmişdir. Xəstələnənlərin 48,53±1.82%-ni 0-7 yaş, 14,72±0,96%-i 7-14 yaş, 12,89±0,87%-i 14-17 yaş, 24±1,12%-i 18 yaşdan böyük əhali qrupları arasında baş vermişdir.

    Baş vermiş xəstəliklərin 63,25±2,81%-i kənd, qəsəbə tipli yaşayış məskənlərində yaşayan əhali arasında, 36,75±1,62%-i isə  Mingəçevir, Şirvan və Yevlax şəhərlərində yaşayan əhali arasında qeydə alınmışdır.

     II mərhələ: Aran iqtisadi rayonunda ürək-damar sistemi xəstəliklərin ekoloji-epidemioloji monitorinqi

    Əhali arasında baş vermiş sağlamlıq problemləri içərisində ürək-damar sistemi xəstəlikləri baş vermə tezliyinə görə birinci yerdə durur. Demək olar ki, əhali arasında hər 10 nəfərdən ikisi bu problemlərlə üzləşir. Ölüm hallarının təqribən 30%-i kardiovaskulyar xəstəliklər səbəbilə baş verir. Bunların isə 85% -i infarkt və ürək tutmaları səbəbindən olmuşdur. Xəstəliklər ən çox 72,83±1,92%-i şəhər əhalisi arasında, 27,17±0,53%-i kənd əhalisi arasında qeydə alınmışdır. Xəstələnənlərin 0,26%-i 0-7 yaş, 0,85%-i 7-14 yaş, 1,14%-i 14-25 yaş, 22,23%-i 25-40 yaş, 55,98%-i 40-64 yaş, 19,54%-i 64 yaşdan yuxarı əhali qrupları arasında qeydə alınmışdır. Qan-damar sistemi xəstəlikləri insanlar arasında ən çox təsadüf olunan xəstəlik olmaqla yanaşı 10-15 il cavanlaşıb. İnfarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir.

            

Hesabat ilində yerinə yetirilən elmi tədqiqatların Elmi yeniliyi: 2022-ci ildə Gəncə-Qazax iqtisadi coğrafi zonasında tənəffüs infeksiyalarının və müxtəlif mənşəli zədələnmələrin ekoloji-epidemioloji strukturunu öyrənmək və monitorinqini həyata keçirməkdir.

 İşin məqsədi: Gəncə-Qazax iqtisadi coğrafi zonasında tənəffüs infeksiyalarına qarşı epidemioloji nəzarət sistemini təkmilləşdirilmək və müxtəlif mənşəli zədələnmələrin intensivliyinin azaldılması üçün preventiv təkliflər vermək olmuşdur.