Azərbaycan Tibb Universitetinin kadr siyasəti:

 

Fəaliyyət istiqamətləri:

  1. İnzibati heyətin işə qəbul prosesini idarəedici, icraedici və texniki heyət olmaqla 3 istiqamətdə həyata keçirmək.
  1. Personalın qiymətləndirilməsi prosesində həm rəhbərlik həm də əməkdaşların özünün iştirak etməsi, anonimliyin qorunması. Eyni zamanda kənardan dəvət edilmiş təlimçilər və mütəxəssislər vasitəsi ilə fəaliyyətin qiymətləndirilməsi
  1. Struktur şöbələrin iş prosesinin araşdırılması və vəzifə bölgüsünün müntəzəm olaraq iş yükünə görə nəzarətdə saxlanılaraq paylanması
  1. İnformasiyaların sürətli dəyişməsi və etibarlılığını itirməsi səbəbi ilə illik planın daha çox rüblərə bölünərək tutulması və yaranan problemlərin anında və qərəzsiz həll olunması üçün əsnək, dəyişəbilən və həll yönümlü planların tərtib edilmısi
  1. Professor müəllim heyətinin stimullaşdırılması üçün Q indeksindən istifadə etmək, xarici dildə tədris aparan əməkdaşların əlavə əmək haqqlarının artırılması
  1. Bir sıra qabaqcıl ölkələrin təcrübələrindən isifadə etmək

  

Əsas hədəfləri:

  1. Yüksəkixtisaslı kadrların cəlb olunması və yetişdirilməsi
  1. Personalın peşəkarlıq səviyyəsinin və iş keyfiyyətinin artırılması
  1. İşin keyfiyyətinin maksimum artırılması
  1. İnsanresurslarının və onların fəaliyyətinin yaxşılaşdırılması
  1. Akademik heyətin stimullaşdırılması
  1. Xarici mütəxəssislərin nəzəri və təcrübi bacarıqalarını mənimsəmək