Terapevtik stomatologiya kafedrası 1956-cı ildə yaradılmış və ona ilk rəhbərliyi 1968-cı ilə qədər tibb elmləri namizədi, dosent Ə.İ.Həsənzadə etmişdir.
1969-cu ildən 1985-ci ilə qədər Terapevtik stomatologiya kafedrasına dosent R.B.Mirzəyev rəhbərlik etmişdir. Azərbaycan dilində ilk «Terapevtik stomatologiya» dərsliyinin müəllifi kimi də R.B.Mirzəyev stomatologiyanın tarixinə düşmüşdür.
1968-ci ildən kafedraya Azərbaycanın əməkdar həkimi, professor Ç.A.Paşayev rəhbərlik etmişdir. O, stomatologiya sahəsində ölkəmizdə ən çox elmi kadr hazırlaşmış elm xadimidir. Dos.R.Qasımov 2010-2012 illərdə kafedraya rəhbərlik etmişlər.
2013-cü ildən tibb üzrə elmlər doktoru Ağa Çingiz oğlu Paşayev kafedraya rəhbərlik edir.
Kafedranın əməkdaşları tərəfindən aşağıdakı dərsliklər çap edilmişdir: "Terapevtik stomatologiya" Mirzəyev R. B. (Azərbaycan dilində, 1982-ci il); Məmmədov F. Y., Səfərov A. M. “Dental Caries” (Ingilis dilində, 2010); Məmmədov F. Y., Səfərov A. M., Yusubova Ş. R. “Terapevtik stomatologiya” (Azərbaycan dilində, 2010); Həsənov V. M. “Terapevtik stomatologiya” (Təməl bilgiləri, 2010); Qasımov R. K., Məmmədov R. M., Aslanov K. L., Əliyev Q. X., İbrahimov Z. O., İbrahimov M. X., Terapevtik stomatologiya propedevtikası. (Fantom kurs, 2011); Həsənov V. M. “Terapevtik stomatologiya” (Dişin sərt toxumalarının xəstəlikləri, 2012); R.M.Məmmədov, B.M. Həmzəyev, «Parodont xəstəlikləri» (Dərs vəsaiti, Bakı-2012); Səfərov A.M., Məmmədov F.Y., Alkişiyev K.S. «Bəzi qan xəstəlikləri zamanı stomatoloji ağırlaşmalar» (Dərs vəsaiti, Bakı, 2013); Tarıverdiyeva Е. Q., Musayev F. Y., Hüseynova E. V. «Аğızın selikli qişa xəstəlikləri» (Dərs vəsaiti, Bakı, 2013).
Kafedrada 2 doktorluq, 21 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Kafedra əməkdaşları tərəfindən 350-dən çox məqalə, həmçinin metodik dərs vəsaitləri və metodik tövsiyələr çap olunmuşdur.
Kafedranın xüsusi nailiyyəti: kariyes və parodont xəstəliklərinin müalicə və profilaktikasında təbii vasitələrin tətbiqidir.
Kafedranın işçiləri terapevtik stomatologiya sahəsinə aid ölkəmizdə və xaricdə keçirilən Beynəlxalq simpozium, konqres, konfrans və s. tədbirlərdə mütəmadi olaraq iştirak edirlər.
Hal-hazırda kafedrada aşağıdakı istiqamətdə elmi-tədqiqat işləri aparılır:
Əhalinin müxtəlif qrupları arasında stomatoloji patologiyaların yayılma xüsusiyyətlərinin öyrənilməsi və müalicə-profilaktika vasitə və metodlarının təkmilləşdirilməsi. Xroniki gingivit və parodontitli, odontogen infeksiyalı şəxslərin, hamilə qadınların və ruhi xəstələrin ağız boşluğunda olan xəstəliklərin profilaktika və müalicə tədbirlərin işlənməsi.
Hazırda kafedranın 53 nəfər əməkdaşı var. Bunlardan: 1 professor, t.ü.e.d., 9 dosent: 1 t.ü.e.d., 8 t.ü.f.d., 27 assistent: 17 t.ü.f.d.; 10 baş laborant: 1 t.ü.f.d., 4 laborant, 2 doktorant.