Məzunlarla iş şöbəsinin yaradılmasında başlıca vəzifə, tələbə və məzunlarımızı peşəkar iş həyatına hazırlamaq, şəxsi inkişaflarına dəstək olmaq, əmək bazarında işə alanlarla sıx əməkdaşlıqlar qurmaq və məzunlarımızla sağlam əlaqələri daim qorumaqdır.

Məzunlarla iş şöbəsi verilən səlahiyyətlər çərçivəsində ali təhsilin bütün səviyyələrində təhsil alanların və məzunların karyera inkişafında və işlə təmin olunmasında yardım göstərir.

Məzunlarla iş şöbəsi öz fəalliyyətində Azərbaycan Respublikasının Təhsil Qanununu, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ - hüquqi sənədlərini, Azərbaycan Tibb Universitetinin Nizamnaməsini və Əsasnaməni rəhbər tutur. 

Məzunlarla iş şöbəsi öz fəaliyyətini mövcud qanunvericiliyə uyğun olaraq dövlət, özəl və xarici müəssisələrlə bağlanmış memorandum əsasında, xarici təşkilatlarla yaradılmış əlaqələr əsasında həyata keçirir. 

Məzunlarla iş şöbəsi öz vəzifələrini yerinə yetirərkən təhsilalanlar və məzunların fakültələri, elm və təhsil qurumları, təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət-göstərir.

Məzunlarla iş şöbəsinin məqsəd və vəzifələri

  • Dövlət və özəl sektorlarda fəalliyət göstərən müəssisə, təşkilat və qurumlarla  qarşılıqlı fəaliyyətlərin uyğunlaşması; 
  • Təhsilalanların və məzunların karyera inkişafına metodiki və innovativ işlərin həyata keçirilməsi; 
  • Təhsilalanlara və məzunlara karyera inkişafı sahəsində  maarifləndirici tədbirlərin hazırlanması və həyata keçirilməsi; 
  • Məzunlar Assosiasiyasının qurulması və əlaqələrin inkişaf etdirilməsi; 
  • Mərkəzin fəaliyyət  sahəsinin inkişafı ilə bağlı beynəlxalq  təcrübənin öyrənilməsi
  • Tələbələrin və məzunların karyera inkişafında dəstək göstərmək ; 
  • Təhsilalanların və məzunların hansı Tibb ixtisasına üstünlük verməkləri məqsədi ilə sorğular həyata keçirmək; 
  • Müxtəlif karyera tədbirləri, təcrübə və təqaüd proqramlarının həyata keçirilməsi məqsədilə dövlət və korporativ idarəetmə sistemi ilə münasibətlərin qurulması və təkmilləşdirilməsi. 
  • Tələbələrin və məzunların gələcək karyera inkişafında  yerli və xarici şirkətlər haqqında məlumat baza platformasının yaradılması; Məzunların bilik və bacarıqlarına, şəxsi keyfiyyətlərinə üstünlük verən şirkətlər məzunların CV-lərini təqdim edilməsini təşkil etmək, işə götürülməsinə imkan yaradılması haqqında təkliflər vermək; 
  • Dövlət və korporativ sektorun, eləcə də xaricdən dəvət edilmiş  təcrübəli mütəxəssislərin iştirakı ilə müxtəlif mövzularda müzakirələr təşkil etmək;
  • Azərbaycan Tibb Universitetində yüksək göstəricili məzunların karyera inkişafına və işə düzəlməsinə yardım göstərmək; 
  • Tibb sahəsində həkim kadrlara olan tələbin cari vəziyyəti və perspektivlərini öyrənmək məqsədi ilə əmək bazarında araşdırmalar aparılması, illik hesabat hazırlanması.
  • İşəgötürən təşkilatlar tərəfindən işçi qüvvasinə irəli sürülən əsas peşəkar və ixtisas tələblərini təhlil etmək və universitetin müvafiq ixtisasları üzrə tədris planlarının və dövlət standartlarına təkmilləşdirilməsi istiqamətində konkret təkliflər hazırlamaq; 
  • Azərbaycanda fəaliyyət göstərən şirkətlərdə vakant olan iş yerləri haqqında  məlumatları mütəmadi şəkildə toplamaq və onların təhsilalanlar, məzunlar arasında yayılmasını təmin etmək; 
  • Məzunlarla daimi əlaqə saxlamaq, onların karyera inkişafını izləmək, karyeraları ilə əlaqəli  tədbirlərə cəlb etmək; 
  • Universitetlə məzunlar arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi, fiziki və hüquqi şəxslər olan universitet məzunları ilə tərəfdaşlığın inkişaf etdirilməsi, universitet məzunlarının karyera inkişafina dəstək verməkdir; 
  • Universitetin məzunlarına fəaliyyətləri ilə əlaqəli cəlb edici informasiya materiallarının ( elan, elektron göndərişlər və s.) hazırlanması və yayılması; 
  • Universitetdə həyata keçirilən layihə və tədbirlərə Azərbaycan Tibb Universitetinin mazunlarının cəlb olunması və məzunların təklifinə əsasən xüsusi tədbirlərin keçirilməsi. 
  •  Uğurlu məzunlarla ənənəvi görüşlərinin təşkili; 
  •  

Məzunlarla iş şöbəsinin fəaliyyətinin təşkili

  • Mərkəzin strukturu və ştat cədvəli rektor tərəfindən təsdiq edilir.
  • Mərkəzə rektor tərəfindən təyin edilən müdir rəhbərlik edir, təyin olunan şəxs mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi va hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.  
  • Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;  
  • Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyatini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət edilməsini təmin edir və ona nəzarət edir;  
  • Mərkəzin fəaliyyəti haqqında ildə bir dəfə hesabat verir. 
  • Mərkəzə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədi ilə iş planlarını tərtib edir, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir; 
  • Mərkəzin əməkdaşları ilə səlahiyyətləri daxilində həvəsləndirmə və intizam tədbirləri görür; 
  • Mərkəzin vəzifələrini yerinə yetirmək üçün universitetin digər şöbələrindən zəruri məlumat və sənədlər alır; 
  •  

Məzunlarla iş şöbəsinin hüquqları

  • Mərkəzin işini təkmilləşdirmək və genişləndirmək məqsədi ilə əsaslandırılmış təkliflər irəli sürmək; 
  • Müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən  edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;  
  • Universitetin internet səhifəsində öz bölməsini yaratmaq;
  • Başqa universitetlərlə, o cümlədən xarici ölkələrin universitetləri ilə, rəhbər işçiləri və mütəxəssisləri ilə informasiya mübadiləsi aparmaq; 
  • Mərkəzin fəaliyyət istigaməti üzrə iclaslar, tədris metodiki konfranslar, təlimlər və seminarlar təşkil etmək; 
  • Mərkəz əməkdaşlarının peşə hazırlığının və ixtisas keyfiyyətlərinin artırılması məqsədilə tədbirlər görmək, o cümlədən, onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər bu kimi tədbirlərdə iştirakını təşkil etmək, təcrübə keçmək üçün onları aparıcı təhsil müəssisələrinə, göndərilməsinə dair təkliflər vermək.