MƏZUNLAR  ASSOSİASİYASI
Azərbaycan Tibb Universiteti Məzunları Assosiasiyasının missiyası  - məzunları vahid şəkildə birləşdirmək, məzunlarla daima ünsiyyətdə olmaq.
Məqsədimiz məzunlar arasında tərəfdaşlığı inkişaf etdirmək, dəyərlər və maraqları qorumaqdır.
İctimai və siyasi həyatda, digər seçilmiş istiqamətlərdə peşəkarcasına uğur qazanmış qabaqcıl məzunlar ilə daima əlaqədə olmaq və Azərbaycan Tibb Universitetinin tələbələrinə və gənc məzunlarına kömək etmək üçün şərait yaratmaqdır.
Məzunlar Azərbaycan Tibb Universitetini təmsil etməklə yanaşı, həm də universitetimizə yeni yerli və xarici  tələbələrin cəlb edilməsinə, imicinin beynəlxalq arenada möhkəmlənməsinə kömək edə bilərlər. Bu məqsədlərə nail olmaq üçün biz digər ölkələrdən daha perspektivli gəncləri bakalavr səviyyəsində və istedadlı tələbələri - ikinci təhsil, rezidentura, maqistratura, doktoranturada təhsil almağa cəlb etməklə beynəlxalq təhsil bazarına fəal şəkildə daxil olmuş oluruq.
ASSOSİASİYANIN STRATEJİ MƏQSƏD VƏ VƏZİFƏLƏRİ:
Assosiasiya üzvlərinin peşə birliyi, təcrübə mübadiləsi, yaradıcılıq və elmi potensialının reallaşdırılması məqsədilə Universitet məzunlarının birləşməsi üçün əlverişli şəraitin yaradılması;
Assosiasiyanın təhsil sahələrində üçüncü tərəf təşkilatları ilə əməkdaşlığının gücləndirilməsinə köməklik;
Assosiasiya üzvlərinin iştirakı ilə təlimlərin və konfransların keçirilməsi;
Universitet məzunlarının və Assosiasiyanın üçüncü tərəf təşkilatları ilə əməkdaşlığının gücləndirilməsinə köməklik;
Layihələrin hazırlanmasında  və innovativ ideyaların inkişafında məzunlar tərəfindən universitet tələbələrinə köməklik;
ÜMİD EDİRİK Kİ, SEÇDİYİMİZ STRATEGİYA ZAMAN KEÇDİKCƏ ASSOSİASİYANIN ƏNƏNƏLƏRİNİ FORMALAŞDIRACAQ.
Assosiasiyanın hər bir üzvü Azərbaycan Tibb Universitetinin Məzun adını qürurla daşıyacaq.
Məzunlar Assosiasiyasının hər bir üzvü qazandığı uğurları ilə Universitetin yüksək imicini təsdiq edir və möhkəmləndirir.
Assosiasiyanın hər bir üzvü universitetin digər məzunları, məzun olacaq tələbələri ilə birlik içərisindədir.
 
HƏR BİR MƏZUN ASSOSİASİYAYA ÜZV OLA BİLƏR:
bakalavr dərəcəsi;
magistratura;
rezidentura
internatura
doktorantura
 
AD VƏ SOYAD
DOĞUM TARİXİ
FAKÜLTƏ
İXTİSAS
QƏBUL VƏ MƏZUN İLİ
İŞ YERİ
VƏZİFƏ
TELEFON
SOSİAL ŞƏBƏKƏDƏ ƏLAQƏ

 

 MƏZUNLAR ASSOSİASİYASINA ÜZV OLMAQ İSTƏYƏN MƏZUNLAR BU FORMANI DOLDURUB [email protected] ünvanına göndərə bilərlər:   ÜZV_OLMA_BLANK