1997-2001-ci illərdə Azərbaycan Dillər Universitetinin bakalavr, 2001-2003-cü illərdə həmin universitetin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2018-ci ildə dosent elmi adı almışdır.
2000-2002-ci illərdə İSAR-Azərbaycan Beynəlxalq Humanitar Təşkilatında Informasiya və xarici əlaqələr şöbəsinin əməkdaşı vəzifəsində işləmişdir. 2002-2014-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda tərcüməçi, 2014-2015-ci illərdə BP Foundation layihəsində təlimçi kimi fəaliyyət göstərmişdir.
2015-2018-ci illərdə Azərbaycan Texniki Universitetinin Xarici dillər kafedrasının baş müəllimi, 2018-2023-cü illərdə isə həmin kafedranın dosenti vəzifəsində işləmişdir. 2015–2023-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “SABAH Qrupları” layihəsində, 2021-2023-cü illərdə isə ARTİ tərəfindən həyata keçirilən “SABAH Magistr” layihəsində ingilis dili müəllimi kimi fəaliyyət göstərmişdir.
Hal-hazırda Azərbaycan Tibb Universitetinin Xarici dillər kafedrasının dosenti və eyni zamanda Əcnəbi təhsilalanlarla iş üzrə dekanlıqda dekan müavini vəzifəsində işləyir.
Yerli və xarici nəşriyyatlarda 60-dan artıq elmi məqalə və konfrans materialının, 4 tədris proqramının və 1 dərs vəsaitinin müəllifidir.
Ailəlidir, 2 övladı var.