İctimai sağlamlıq kafedrasının əsası 1924-cü ildə Bakı Dövlət Universitetində qoyulmuşdur. 1939-cu ildə Respublika Xalq Komissarlığının «Sanitar statistika bürosu» yaradılaraq kafedranın tədris bazasına çevrilmişdir. 1941-ci ildə kafedranın adı dəyişilərək «Səhiyyənin təşkili» adlandırılmış, 1950-ci ildə «Tibb tarixi» kurs halında tədris olunmağa başlanmışdır. 1966-cı ildə kafedranın adı dəyişilərək «Sosial gigiyena və səhiyyənin təşkili» adlandırılmışdır. 1970-ci ildə kafedrada «Əməyin elmi təşkili» laboratoriyası yaradılmış və 1981-ci ildə Respublika Səhiyyə Nazirliyinin strukturuna verilmişdir. 1976-1988-ci illərdə kafedrada «Sovet hüququ» tədris olunmuşdur. 1989-1993-cü illərdə kafedra «Sosial gigiyena, səhiyyənin təşkili və avtomatik idarəolunma sistemi» adlandırılmış, 1993-cü ildə yenidən «Sosial gigiyena və səhiyyənin təşkili» adı qaytarılmışdır, 2010-cu ildən kafedranın adı «İctimai sağlamlıq və Səhiyyənin təşkili» adlandırılmışdır.
Müxtəlif illərdə aşağıda adları qeyd olunan alimlər kafedraya rəhbərlik etmişlər:
1926-1932-ci illərdə prof. Ömər Əliyeviç Bayraşevski;
1932-1964-cü illərdə prof. Əlibəy Qulubəy oğlu Əlibəyov;
1964-1983-cü illərdə prof. İosif İsayeviç Fel;
1983-1989-cu illərdə t.e.n. dos. Əli Əhməd oğlu Əhmədov;
1989-1994-cü illərdə t.e.d. Əzəm Təyyar oğlu Ağayev;
1994-2002-ci illərdə t.e.n. dos. Mirhəşim Seyidağa oğlu Cabbarov;
2002-2005-ci illərdə bu vəzifəni t.e.d. dos. Azad Firudin oğlu Əliyev müvəqqəti icra etmişdir.
2005-2023-ci illərdə t.e.d. prof. Rafiq Ənvər oğlu Çobanov.
Kafedrada - 26 nəfər əməkdaş çalışır.