• “Menecmentin müasir problemləri” fənni  menecmentin nəzəri əsasları üzrə bilik verir; səhiyyə fəaliyyətində menecment elementlərinin və prinsiplərinin tətbiqi üzrə praktiki bacarıqlar öyrədir; səhiyyədə keyfiyyətin idarə olunması sisteminin idarəsi üzrə əsas bacarıqları formalaşdırır; səhiyyədə idarəetmə metodlarını və formalarını tətbiq etməyə öyrədir. Fənnin məqsədi: müəssisə və ya bölmənin innovativ fəaliyyətinin idarə olunması bilik və bacarıqların kompleksinin; tələblərdə innovativ fəaliyyətin təşkili və həyata keçirilməsi məsələləri ilə bağlı nəzəri biliklərin və praktik bacarıqların formalaşdırılmasıdır.
  •  
  • “Tədqiqat metodları” fənni tibbi statistikanı və statistik  metodları öyrənir. Tibbi statistikanı – kütləvi ictimai hadisələrinin kəmiyyət tərəfini keyfiyyət tərəfi ilə ayrılmaz əlaqədə öyrənən, həmin hadisələrin, cəmiyyətin iqtisadi, sosial həyatı, sağlamlığı, əhaliyə tibbi yardımın təşkili sistemində ən vacib proseslərin qanunauyğunluğunu ümumiləşdirilmiş göstəricilər üsulu ilə tədqiq etməyə imkan verən müstəqil ictimai elmdir. Statistik  metodlar – kütləvi müşahidə materialların emal üsullarının məcmusudur. Bunlara göstəricilərin qruplaşdırılması, birləşdirilməsi, əldə olunması, statistik təhlili və s. aiddir.
  •  
  • “Qlobal səhiyyənin əsasları” fənninin məqsədi: Bu fənn xəstəliklərin yükü və yayılmasını müəyyən edən müasir qlobal səhiyyə anlayışlarını nəzərə alaraq müasir cəmiyyətdə qlobal səhiyyə haqqında təsəvvür yaradır.  Təhsilalanlar bir sıra tematik araşdırmalarla xəstəlik və sağlamlıq vəziyyəti arasındakı uyğunsuzluqlar üzrə risk faktorları və həlledici amilləri araşdırır. Onlar qlobal səhiyyə sahəsindəki əvvəlki nailiyyətlər və uğursuzluqlardan dərs alaraq xəstəliyin nəticələrinə təsir etmək üçün sübuta əsaslanan strategiyalar, siyasətlər və proqramlı tibbi yardım barədə öyrənirlər. Öyrəniləcək mövzulara daxildir: xəstəliklərin aradan qaldırılması və kökünün kəsilməsi, yoluxucu xəstəliklərin keçməsi, ana və uşağın sağlamlığı, su təchizatı və sanitariya ilə bağlı xəstəliklər, davranış və əqli xəstəliklər, həssas insanlara təsir edən xəstəliklər, qeyri-infeksion xəstəliklər, gender bərabərliyi, laqeyd yanaşılan tropik xəstəliklər, xəstəlik ortaya çıxması ilə bağlı təhlükələr və gələcək nailiyyətlər üçün davamlılıq.
  •  
  • “Sağlamlığın təbliği” fənni sağlamlığın təbliği anlayışının əsasını təşkil edən nəzəriyyəni və effektiv tibbi müdaxiləni öyrənir. Fənnin bu müxtəlif aspektləri araşdırmasına baxmayaraq, o əsasən sağlamlığın təbliği üzrə fəaliyyətlərin praktik icrası üçün fikir və konsepsiyaların tətbiq olunmasında təhsilalana yardımçı olmağa yönəldilmişdir. İctimai səhiyyə sahəsində əsas problemlərin necə əks etdirildiyi barədə ümumi məlumatlar vasitəsilə tələbələr sağlamlığın təbliği ilə bağlı bir sıra nəzəriyyə və metodlarla tanış olacaqlar. Bu fən əhalinin sağlamlığı sahəsi ilə tanışlıq və səhiyyə sahəsində gələcək nəsil liderlər olmağı hədəfləyən tələbələrə sağlamlığın təbliği üzrə prinsiplərin aşılanması məqsədi ilə hazırlanmışdır. Fən sağlamlığın təbliğinin qlobal təkamülünü, habelə xəstəliklərin qarşısının alınması və nəzarət məsələlərini həll etmək üçün nəzərdə tutulmuş yanaşmaları araşdırır. Xəstəliklərin qarşısının alınması ilə əlaqədar sağlamlığın təbliği təcrübəsinə və siyasətinə təsir edən fiziki və sosial məzmunlu amillərin əhəmiyyətini də vurğulayır. Sağlamlığın təbliği fəni sağlamlığın sosial və ekoloji cəhətdən müəyyənedici amillərinin idarə olunmasında dövlət siyasətinin rolunu nümayiş etdirir və çoxsaylı müdaxilə səviyyəsini (yəni fərdi, cəmiyyət, təşkilat və siyasət səviyyələri) vurğulayır. Fənnin məqsədi: Bu fənn daha peşəkar bir mütəxəssis olmağı təmin etmək üçün sağlamlığın təbliğinə dair fəlsəfi, metodoloji, nəzəri, etik və siyasi əsaslarla düzgün şəkildə istiqamətləndirmək.
  •  
  • “Səhiyyə xidmətinin təşkili və idarəolunması” fənni mahiyyətcə Səhiyyə xidmətlərinin düzgün təşkilinin insanların sağlamlığının qorunması və vəziyyətlərinin yaxşılaşdırılmasına verdiyi töhfəni öyrənir. Səhiyyə işçiləri və xidmətlərinin ictimaiyyətə qarşı daha məsuliyyətli olmasının təmin edilməsi zəruridir. Səhiyyə xidmətlərinə çəkilən xərclər dövlət büdcəsinin böyük və getdikcə də artmaqda olan bir hissəsini təşkil edir. Səhiyyə xidmətləri qurumları əsas sahibkarlardır. Səhiyyə xidmətləri təmin edən tibbi-sənaye kompleksi yerli hökumətlər və beynəlxalq səhiyyə təşkilatları üzərində böyük bir güc və təsirə malikdir. Effektiv idarəetmə və rəhbərliyin tibb işçiləri və rəhbərlərin həm özləri, həm də tibbi xidmətlərin istifadəçiləri qarşısındakı öhdəliklərini yerinə yetirmələri üçün olduqca önəmli olduğu hər kəsə məlumdur. Ona görə də rəhbərlərin səhiyyə xidmətlərindəki rolunun dərk edilməsi və rəhbərlik nəzəriyyələri və metodlarının başa düşülməsi çox vacibdir, çünki bununla onlar praktikada tətbiq edilə bilər. Bu fən həmçinin təşkilatların nəzəriyyələri, rəhbərlikdən istifadə, rəhbərlik prosesləri, və təşkilati strukturlar və təşkilat üçün nəticələr, və sağlamlığın müdafiəsi və yerli qeyri-kommersiya qurumlarının idarəolunması haqqında ətraflı məlumat verir. Xüsusi mövzulara idarəetmə, strateji rəhbərlik və marketinq, insan resurslarının idarəolunması, və iş proseslərinin təkmilləşdirilməsi daxildir. Fənnin məqsədi: Səhiyyə xidmətləri, bu xidmətlərin necə idarə olunması, və sağlamlığın müdafiəsi və yerli qeyri-kommersiya qurumlarının idarə olunması və işinin təşkili haqqında məlumatlandırmadır.
  •  
  • “Тəşkilati davranış” fənni müxtəlif təşkilatlarda insan davranışından bəhs edir və bir sıra elementləri özündə ehtiva edir: İş mühitində fərdi tələblərə cavab verilməsi. Davranışla bağlı yanaşmaların təşkilati səmərəliliyə təsiri. Fərdlərin iş mühitinə adaptasiyası barədə marrifləndirmə. Fərdlərin iş mühitindəki rolunun müəyyən edilməsi. Rolun qeyri-müəyyənliyi. Rollar üzrə konflikt, uyğunsuzluq nəzəriyyəsi, rol və status. Əməliyyatların təhlili və rollar. İş mühitinin fərdlərin olduğu mühitlə müqayisəsi. Fərdlərin şəxsi keyfiyyətlərinin inkişafı və davranışları. Fərdlərin davranışının koqnitiv əsası. İşlə bağlı şərtlərin yaxşılaşdırılması üzrə tələblər və daxili və xarici amillərin göstərilməsi. İşlə bağlı məmnuniyyətin və bunun vacibliyinin müəyyən edilməsi. Kollektivin iştirakı ilə idarəetmə anlayışının təhlil edilməsi. İş mühitində stresin və onun yaranma səbəblərinin müzakirə edilməsi. Əməkdaşların motivasiyası və bunun onlara təsirinin təhlil edilməsi. Hədəflərin qoyulması və dəstək faktorlarının müəyyən edilməsi. Gəlir və motivasiya arasındakı əlaqənin təhlil edilməsi. Əlaqələrlə bağlı proseslərin tədqiq edilməsi və istiqamətləndirmə və yönləndirmə arasındakı əlaqənin müqayisə edilməsi. Ünsiyyət prosesinin, ünsiyyət metodlarının, ünsiyyət baryeralarının və təşkilati ünsiyyətdə rəhbərliyin rolunun müzakirə edilməsi. Kollektivin iştirakı ilə idarəetmə anlayışının təhlil edilməsi. Qrupların mənası və məğzinin izah edilməsi. Kiçik qruplar və qrupdaxili davranış xüsusiyyətlərinin izah edilməsi. Təşkilati dəyişiklik nəticəsində ortaya çıxan fərqli amillərin tədqiq edilməsi və təşkilati inkişaf prinsiplərinin araşdırılması. İdarəetmə nəzəriyyəsinin praktikaya və etika məsələlərinə tətbiq edilməsi. Fənnin məqsədi: Tələbələrin təşkilati davranışla bağlı biliklərinin fərdi, qrup və təşkilati perspektivdən artırılması və onların bu bilikləri bir rəhbər kimi bacarıqlarını artıracaq şəkildə istifadə və tətbiq etmələri üçün təşviq edilməsi.
  •  
  • “Tibbi sigorta” fənni proqramına müvafiq olaraq hazırda dünya iqtisadiyyatının əsas inkişaf trendlərinin elmi təhlili onu deməyə əsas verir ki, səhiyyə sisteminin dayanıqlı inkişafı hər bir milli iqtisadiyyatın rəqabət qabiliyyətini formalaşdıran əsas amillərdən birinə çevrilmişdir. Qeyd etmək lazımdır ki, iqtisadi cəhətdən  uğurlu hesab olunan ölkələrdə “insan kapitalına”  istiqamətlənən investisiyaların  həcmi  artıq  ötən əsrin ortalarından  başlayaraq  iqtisadiyyatın  digər istiqamətlərinə yerləşdirilən kapital qoyuluşlarını üstələməyə  başlamışdır.  “İnsan  kapitalı”    amilinin  iqtisadiyyatda  ön plana  çıxması  isə  öz  növbəsində səhiyyə sisteminin prioritetliyinin  təsdiqlənməsi üçün şərait yaratmışdır. Nəticədə səhiyyə müasir iqtisadiyyatın ən iri sferası kimi mövqeləşmişdir. Bu baxımdan heç də təsadüfi deyil ki bu gün dünya iqtisadiyyatının yeni texnoloji quruluşunu əsasən müəyyən edən əsas elmi istiqamətlərdən olan hüceyrə texnoloqiyaları, bio-, nanotexnologiyalar, gen mühəndisliyi, informasiya-kommunikasiya texnologiyalar kompleksinin də əsas tətbiq müstəvisi kimi məhz səhiyyə sferası çıxış edir. Bu gün dünya iqtisadiyyatında tibbi sığorta sisteminə keçid səhiyyənin təşkili və menecmentində artıq dayanıqlı trend kimi formalaşmaqda və ölkəmiz bu prosesdən kənarda qalmamışdır. Bununla belə, tibbi sığorta sisteminin təşkili sistemi şübhəsiz ki, olduqca mürəkkəb struktura malikdir və bu növ mürəkkəb strukturun idarə olunması ilə bağlı yanaşmalar da müvafiq olaraq ən azından bu sistem qədər mürəkkəb olmalıdır. Hesab edirik ki, məhz bu baxımdan tibbi sığortanın təşkili üzrə aidiyyatı üzrə təqdim edilən bu tədris vəsaiti kompleksli şəkildə tibbi sığortanın effektiv və optimal şəkildə təşkili üçün elmi-metodik vəsait kimi çıxış etməlidir. Fənnin məqsədi: tibbi sığorta sahəsində müvafiq olaraq nəzəri və praktik bilik və bacarıqların formalaşdırılmasıdır.
  •  
  • “Səhiyyə üzrə insan resurslarının idarə olunması” fənni müasir səhiyyə təşkilatlarının insan resurslarının idarə olunması fəaliyyətindən bəhs edir. Bu fən səhiyyə sahəsində insan resurslarının idarə olunmasına dair geniş icmal təqdim edir və tələbələrə səhiyyə xidmətlərinin təmin edilməsi prosesində insan resurslarının idarə edilməsi üzrə bilik, bacarıq və səriştə əldə etmək imkanı verir.   "Heyətin idarə edilməsi", ilk növbədə, hər bir müəssisənin sosial sistem olması, onun xarici mühitdə uğurlu fəaliyyətinin isə gündən-günə daha çox insan amilindən asılı olması səbəbi ilə ayrıca tədqiqat predmetinə çevrilmişdir. Buna görə, rəhbərliyin üslubu, insanların ixtisası, onların davranışı, yeniliklərə və xarici dəyişikliklərə qarşı reaksiyası müəssisənin ali rəhbərliyi tərəfindən daima nəzərə alınmalıdır. Yeni paradiqma çərçivəsində, təşkilati mədəniyyət amillərinə, fərdi və qrup davranış normalarına, qarşılıqlı münasibət növlərinə, kollektivin birliyinə və s. böyük əhəmiyyət verilməlidir. Fənnin məqsədi: insan resurslarının idarə olunması sahəsində kadrlarla bağlı effektiv qərarların qəbulu bacarıqlarını formalaşdırmağa kömək edən bir sıra nəzəri müddəa, metodik və tətbiqi işləmələrin təsvir olunmasıdır.
  •  
  • “Səhiyyə müəssisələrində risklərin idarəolunması” fənninin məqsədi: tələbələrdə müasir müəssisələrdə (təşkilatlarda) risk menecmenti sisteminin qurulmasına müasir yanaşmalar barədə təsəvvürün yaradılması, praktik məsələlərin həlli zamanı onların risklərin idarə olunması üsullarının istifadə olunması bacarıqlarına yiyələnməsinin təmin olunması. Fənnin tədrisində, risklərin təhlil üçün lazım olan informasiyanın toplanması, seçilməsi, ümumiləşdirilməsi və çevrilməsi, təşkilatın zəif və güclü tərəflərinin, tədqiq olunan sistemdə imkan və təhlükələrin müəyyən edilməsi, strateji tövsiyələrin hazırlanması üçün sistemin müəyyən olunmuş potensialı, asılılıqları və inkişaf risklərinin tətbiqi və müasir risk menecmentin metodları aşılanır.
  •  
  • "Səhiyyədə marketinq" fənni marketinq xidmətinin səhiyyə sisteminin müalicə-profilaktik müəssisələrində təşkilini və işini öyrənir. Fəndə problemlərin kompleks şəkildə müzakirəsi təqdim edilir, marketinqin reallaşdırılması üzrə konkret metodika və üsullar verilir. Fənnin məqsədi: tələbələrdə biznes fəlsəfəsi və idarəetmə konsepsiyası, əmtəə dəyərinin müəyyən edilməsi, istehsalı və istehlakçıya ötürülməsi prosesi kimi marketinq barədə nəzəri bilik sisteminin formalaşdırılması; əsas marketinq üsulları, alət və prosedurlarını tətbiq etmə, müəssisənin marketinq fəaliyyətinin təşkili, idarə olunması və layihələndirilməsi kimi praktik bacarıqların inkişaf etdirilməsi üçün nəzərdə tutulmuşdur.  
  •  
  • “Tədqiqat, kommunikasiya və innovasiya” fənni nəzəri əsaslar üzrə bilik verməklə həkimlərin səhiyyə fəaliyyətində ünsiyyət elementlərinin və prinsiplərinin tətbiqi üzrə praktiki bacarıqlar öyrədir. Tibbi xidmətin keyfiyyəti və xəstə məmnuniyyəti anlayışlarının və bu anlayışlarla bağlı şərtlərin ölçülməsində nəzəri və metodoloji problemlərin həlli yolları təqdim olunur. Xəstələrin xəstəxanada qayğının keyfiyyəti və xəstə məmnuniyyəti ilə bağlı təcrübələri xəstəxanalarda keyfiyyətin yaxşılaşdırılması işinin vacib elementləri hesab edilir və eyni zamanda səhiyyənin keyfiyyətinin göstəriciləri kimi qəbul edilir. Həmçinin, xəstələrin qayğının keyfiyyəti və onların məmnunluğu sağlamlıq nəticələrinə təsir edə bilər. Qeyd olunanların-ünsiyyət problematikasının aktuallığı, bu istiqamətdə tədqiqat üsulları və yeni innovativ texnologiyaların tətbiqi imkanları aşılanır. Fənnin məqsədi: Magistrantlarda kommunikasiya sahəsində habelə müəssisənin innovativ fəaliyyətinin idarə olunmasında bilik və bacarıqların formalaşdırılması; yeni ünsiyyət modellərinin tətbiqi ilə bağlı tədqiqatların tətbiqi ilə bağlı təcrübənin mənimsənilməsidir.
  •  
  • “Strateji idarəetmə” fənni səhiyyənin strategiyası və taktikası haqqında elm kimi, ictimai sağlamlıq sahəsində aparılan tədqiqatlar əsasında ictimai sağlamlığın səviyyəsinin və tibbi yardımın keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş təşkilati və tibbi-sosial tədbirlərin elmi surətdə əsaslandırılması ilə bağlı mühüm bir vəzifəni yerinə yetirir. Sosial problemlərin və proseslərin sağlamlığa təsirini öyrənməklə tibbi və ictimai elmlər, o cümlədən sosiologiya arasında əlaqələndirici bir mövqe tutmaqla xüsusi əhəmiyyət kəsb edir. “Strateji idarəetmə” fənni strateji düşünmək, təşkilati inkişafa rəhbərlik etmək və analitik yanaşmalardan istifadə etmək bacarığını inkişaf etdirməklə yanaşı, tənqidi təşkilati təhlil, liderlik, dəyişikliklərin idarə edilməsi və problemlərin həlli bacarıqlarını inkişaf etdirməyə kömək edəcəkdir. Bu fənni keçənlər müxtəlif səhiyyə şəraitlərində təşkilati inkişafı və strateji düşüncəni başa düşmək və tətbiq etmək qabiliyyəti və bacarığı ilə təchiz olunacaqlar.