Şahverdi Araz oğlu Mirzəyev  2003 – cü ildə Quba rayonunda anadan olmuşdur. 2020 – ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olmuş , 2022 ci ildə fakültənin tələbə dekanı vəzifəsinə təyin edilmişdir.

 Tələbə dekanı olaraq Elmi şuralarda, konfranslarda iştirak edir, tələbələrin problemlərini işıqlandırır və  onları maraqlandıran suallarını cavablandırır.

 Buna qədər isə Tələbə Həmkarlar İttifaqı Komitəsi üzrə fakültə sədri olub. Bu fəaliyətində çox saylı tədbirlərdə iştirak edib, bir neçə tədbirin təşkilində rol alıb.

 Orta məktəbində də universitet həyatı kimi fəal olub. Sosial işlərdə aktivliyi elə o zamanlardan başlayıb. Bu işlərə olan marağı təhsilinə heç vaxt mane olmayıb. Əksinə daha da həvəslə öz üzərində işləməyə şərait yaradırdı. Buna görə də 11 illik tam orta təhsili fərqlənmə attestatı ilə bitirib.

 Hal-hazırda elmi cəhətdən özünü daha da inkişaf elətdirmək məqsədi ilə  ağız üz-çənə cərrahiyəsi fənnindən elmi iş üzərində işləyir . Bakalavr pilləsini bitirdikdən sonra isə cərrahi stomatologiya ixtisası üzrə təhsilini rezidentura pilləsində davam etdirməyi düşünür.