Rəhimli Nuranə Muxtar qızı 20 iyun 2003 cü ildə Bakı şəhərində anadan olmuşdur. 2020-ci ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinə daxil olmuş, 2022 ci ildə fakültənin tələbə dekanı vəzifəsinə təyin edilmişdir.
Tələbə dekanı olaraq Elmi şuralarda, beynalxalq konfranslarda, tələbə qəbulunda iştirak edir, tələbələrin problemlərini işıqlandırır və onları maraqlandıran suallarını cavablandırır.
Həmçinin əczaçılıq fakültəsi üzrə tələbə YAP sədiri olaraq da faliyyət göstərir. YAP ın təşkil etdiyi və digər tədbirlərdə iştirak edir.
Universitetin sosial həyatında da aktiv iştirak edir. Fakültə Tələbə elmi cəmiyətinin konfransında 2023-cü ildə çıxış edərək mükafat almışdır, şahmat idman növü üzrə bir neçə, universitetin təşkil etdiyi yarışlarda iştirak edib və müxtəlif yerlər tutmuşdur son olaraq 2023 cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illiyine həsr olunmuş Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XV Respublika Universiadaında komandada iştirak edərək 1 ci yer tutmuşdur.
2022-ci ilde “Ankara Gazi Üniversitesi”ndə, 2023 cü ilde isə “ Ankara Üniversitesi Eczaçılıq fakültesi”ndə yay təcrübəsində iştirak edib.
Orta məktəbində də universitet həyatı kimi fəal olub. 10-cu və 11-ci sinifdə “Sabahın alimləri” Respublika Müsabiqəsində iştirak edib. Şahmat idman növü üzrə 1-ci dərəcəsi var.
Gələcəkdə magistratura pilləsi üzrə xarıcdə təhsil almaq istəyir və Əczaçılıq elmini daha dərindən araşdırmağa can atır.