Rəhimli Nuranə Muxtar qızı 20 iyun 2003 cü ildə  Bakı şəhərində anadan olmuşdur. 2020-ci ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinə daxil olmuş, 2022 ci ildə fakültənin tələbə dekanı vəzifəsinə təyin edilmişdir.

Tələbə dekanı olaraq Elmi şuralarda, beynalxalq konfranslarda, tələbə qəbulunda iştirak edir, tələbələrin problemlərini işıqlandırır və  onları maraqlandıran suallarını cavablandırır.

Həmçinin əczaçılıq fakültəsi üzrə tələbə YAP sədiri olaraq da faliyyət göstərir. YAP ın təşkil etdiyi və digər tədbirlərdə iştirak edir.

Universitetin sosial həyatında da aktiv iştirak edir. Fakültə Tələbə elmi cəmiyətinin konfransında 2023-cü ildə çıxış edərək mükafat almışdır, şahmat idman növü üzrə universitetin təşkil etdiyi bir neçə yarışlarda iştirak edib və müxtəlif yerlər tutmuşdur son olaraq 2023 cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Ali təhsil müəssisələrinin  tələbələri arasında keçirilən XV Respublika Universiadasında komandada iştirak edərək 1 ci yer tutmuşdur.

2022-ci ildə “Ankara Gazi Üniversitesi”ndə, 2023 cü ildə isə “ Ankara Üniversitesi Eczaçılıq fakültesi”ndə yay təcrübəsində iştirak edib.

Orta məktəbində də universitet həyatı kimi fəal olub. 10-cu və 11-ci sinifdə “Sabahın alimləri” Respublika Müsabiqəsində iştirak edib. Şahmat idman növü üzrə 1-ci dərəcəsi var.

Gələcəkdə magistratura pilləsi üzrə xarıcdə təhsil almaq istəyir və Əczaçılıq elmini daha dərindən araşdırmağa can atır.