Əzimli Rüfət Elman oğlu 10 mart 2003-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə Bakı Avropa Liseyinə daxil olmuş, 2020-ci ildə biologiya fənni üzrə respublika fənn olimpiadasının qalibi olmuşdu. 2020ci ildə Bakı Avropa Liseyini qızıl medal və xüsusi fərqlənmə attestatı ilə bitirərək həmin ildə Azərbaycan Tibb Universitetinin I Müalicə Profilaktika fakültəsinə daxil olmuşdu
2022-ci ildə fakültənin tələbə dekanı seçilmişdi.Tələbə dekanı olaraq hər kurs üzrə dekan müavinləri təyin etmiş və tələbələrin tələb, təklifləri, problemləri dekanlığa çatdırılmış və həll edilməyə çalışılmışdı. Tələbələrin universitetlə eləcə də fakültə ilə bağlı sualları cavablandırılmış və onlara bu barədə tövsiyələr verilmişdi. Tələbə dekanı olaraq birinci kursa yeni qəbul olmuş tələbələrin qeydiyyatında iştirak etmiş və burada tələbələrin eləcə də valideynlərin suallarını cavablandırmış onlara fakültə barədə ətraflı məlumat vermişdi. Birinci kursa yeni daxil olan tələbələrlə Fakültə rəhbərliyinin də iştirakı ilə görüş keçirilmiş və həmin tələbələrə universitet və eləcə də fakültə ilə bağlı məlumatları əks etdirən bukletlər paylanılmışdı.
Tələbə dekanı olaraq Universitetin Böyük elmi şurasının, Fakültə Şurasının üzvüdür.
2023cü ildə AzerEdu şirkəti tərəfindən  Brend Tələbə seçilən tələbələrdən biridir.
ÜOMG göstəricilərində fakültə üzrə fərqlənən tələbələrdən biridir.
Məktəb dövründə müxtəlif intelektual yarışların (Xəmsə, Breyn rinq, Fibonaççi) respublika üzrə qalibi olub və universitet dövründə də ATU İOK tərkibində də müxtəlif yarışlarda iştirak etmişdi
Məktəb dövründə həmçinin şahmat üzrə müxtəlif yarışların qalibi olmuş, ATU THİK Şahmat klubunun təsis edilməsində iştirak etmiş və klubun idarə heyətinin üzvü olmuşdu.
2023-cü ildə Ankara şəhəri Hacettepe Universitetində Plastik və rekonstruktiv cərrahiyə üzrə yay təcrübəsində iştirak etmişdir.
DİM-in təşkil etdiyi Rezidentura imtahanında birinci mərhələni 72 bal toplayaraq uğurla keçmişdi. Təhsilini müvafiq ixtisas üxrə xaricdə də davam etdirmək istəyir.