Məzunlarla iş şöbəsi olaraq, beynəlxalq miqyasda tanınmış şirkətlərlə (DATA FLOW GROUP, WES KANADA – ABŞ, ECE.ORG, FSMB STATE MEDİCAL BOARDS - verification, ENİC) Türkiyə, Almaniya, Qazaxıstan, Belorusiya, Rusiya dövlətlərinin Səhiyyə Nazirlikləri ilə əlaqələr yaradılmışdır. Müxtəlif illərdə Azərbaycan Tibb Universitetini bitirmiş Məzunların diplomlarının tanınması, təhsillərinin davam etdirilməsi, tövsiyyə məktublarının hazırlanması və digər tələb olunan sorğuların cavablandırılması istiqamətində mütəmadi gündəlik olaraq işlər görülür.
Növbəti uğurlardan biri Danimarka Səhiyyə Nazirliyi (STPS) ilə yaradılan əlaqədir və artıq 3 Məzun (Stomatologiya ixtisası) göstərdiyimiz fəaliyyət nəticəsində təhsilini davam etdirib işlə təmin olunması istiqamətində müsbət cavab almışdır.
Daha bir uğur Finlandiya dövlətinin Sosial işlər və Səhiyyə Nazirliyi (National Supervisory Authority for Welfare and Health administrative sector of the Ministry of Social Affairs and Health in Finland) ilə yaradilan əlaqədir. Hərbi Tibb fakültəsinin 2015-ci il Məzunun diplomunun tanınması və işlə təmin olunması istiqamətində hal hazırda işlər görülür.
Azərbaycan Tibb Universitetinin rəsmi səhifəsində Məzunlarla daima əlaqədə olmaq üçün elektron ünvan və iş nömrəsi qeyd edilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TəhsilNazirliyi, Ədliyyə Nazirliyindən, ölkəmizdə fəaliyyət göstərən Dövlət və özəl xəstəxanalardan gələn gündəlik sorğular operativ şəkildə cavablandırılır.
Gələcəkdə Azərbaycan Tibb Universitetinin Məzunlarına dəstək olmaq üçün Məzunlarla iş şöbəsi olaraq fəaliyyətimizi daha da genişləndirəcəyik.
Məzunlarla iş şöbəsi Şəfəq Cəbrayılova