İbrahimova Ləman Vahid qızı 26 may 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə orta məktəbi bitirib, Azərbaycan Tibb Universitetinə II Müalicə-profilaktika fakültəsinə qəbul olmuşdur. 2007-ci ildə ali təhsilimi başa vurub, 2007-2008-ci illərdə internatura keçmişdir.
2012-ci ilin oktyabr ayından etibarən Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakultəsinin Dermatoneverologiya kafedrasında baş laborant, 2023-cü il may ayından hal-hazıradək I Müalicə-profilaktika fakultəsində akademik məsləhətçi vəzifəsində çalışır.
Pedaqoji fəaliyyəti ilə yanaşı kafedra iclaslarında, ölkədaxili və ölkəxarici elmi-metodik seminarlarda, elmi konfranslarda, təlim kurslarında iştirak etmişdir. Dermatovenerologiya ixtisası üzrə ixtisasartırma kurslarında iştirak etmişdir.