Rüstəmova Sədaqət Məhyəddin qızı 1969-cu il,16 iyunda Yevlax şəhərində anadan olmuşdur. 1990-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1996-cı ildə Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirərək, müalicə həkimi ixtisasına yiyələnməklə, İnsan Anatomiyası kafedrası nəzdində aspiranturaya qəbul olmuşdur. 1996-1999-cu illər ərzində İnsan anatomiyası kafedrasında aspirant, 2000-2006-cı illərdə assistent, 2006-2015-ci illərdə baş müəllim vəzifələrində işləmişdir. 2015-ci ildən hazıradək İnsan anatomiyası və tibbi terminologiya kafedrasında dosent vəzifəsində çalışır. 2003-cü ildə “Merkazolil və hipokineziyanın təsiri altında qalxanabənzər vəzinin morfofunksional dəyişiklikləri” adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2017- ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının qərarı ilə “Dosent“ elmi adına layiq görülmüşdür. 2019-cu ildə Səhiyyə sistemində çoxillik səmərəli və qüsursuz əmək fəaliyyətinə görə Səhiyyə işçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 120-dək elmi tezis və məqalənin, 2 dərs vəsaitinin müəllifidir. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2014-cü ildən Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsində akademik məsləhətçi işləyir. Müxtəlif illərdə Respublikada və xaricdə keçirilən elmi-praktik konfranslarda fəal iştirak etmişdir. 2018-ci ildən Anatom, Histoloq və Embrioloqlar cəmiyyətinin üzvüdür. Azərbaycan, türk, rus və ingilis dillərini bilir.