Məmmədova Aytac Tərlan qızı 25 dekabr 2005-ci ildə Şəki şəhərində anadan olmuşdur. 2011-ci ilə Bakı şəhəri 267 saylı məktəb-liseyə daxil olmuşdur. Məktəb illərində tədbirlərdə,olimpiadalarda aktiv iştirak etmişdir.
Əla səviyyədə Azərbaycan, Türk və yaxşı səviyyədə İngilis dillərinə hakimdir.
2023-cü ildə Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə ixtisasına daxil olmuşdur. 2024-cü ildə fakültənin tələbə dekanı vəzifəsinə seçilib.
-Yeni Azərbaycan Partiyasının üzvü
-Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin idarə heyəti üzvü
-Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatı üzvü
-Azərbaycan Tibb Universitetinin Səhiyyə Klubunun aktiv üzvü
-Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunda könüllü fəaliyyət göstərir.
Gələcək məqsədlərindən biri ixtisası üzrə ən yüksək pilləyə çatmaqdır. İctimai Səhiyyə ixtisasını araşdırıb,onu cəmiyyətə də tanıtmaq əsas məqsədlərindəndir.