Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Təhsil Tələbə Kredit Fondu və Azərbaycan Tibb Universiteti
Tədris Departamenti Məzunlarla iş şöbəsi rəhbərinin əməkdaşlıq görüşü
Azərbaycan Respublikası Prezidentinin 1367 Nömrəli 17.06.2021 il tarixli Fərmanı ilə Təhsil Tələbə Kredit Fondu (TTKF) təsis edilmişdir. Fondun yaradılmasında əsas məqsəd əhalinin təhsil almağında bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.
Sevindirici haldır ki, Azərbaycan Tibb Universitetində təhsil alan yüzlərlə tələbə Dövlətin yaratdığı bu unikal imkandan istifadə edərək təhsil haqlarının Fond tərəfindən ödənilməsinə nail olmuşlar.
Azərbaycan Tibb Universitetində təhsil alan tələbələrin əldə etmiş olduqları təhsil kreditlərini gələcəkdə geri qaytarmalarına dəstək olmaq, onların məşğulluq imkanlarının artırılması məqsədilə təcrübə proqramlarına cəlb olunması və gələcəkdə işlə təmin olunması istiqamətində Məzunlarla iş şöbəsinin rəhbəri ilə 17.05.2024-cü il tarixində ilkin görüş keçirilmiş və bu istiqamətdə potensial əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Yaxın gələcəkdə Azərbaycan Tibb Universitetində təhsil alan tələbələrin təhsilini başa vurduqdan sonra təhsil kreditlərini geri qaytarmalarına dəstək göstərmək üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Təhsil Tələbə Kredit Fondu ilə keyfiyyətli, məhsuldar işlər görülməsi üçün həyata keçirilən işlər barəsində məlumat verəcəyik.