2023-2024 Tədris ili Məzunlar arasında sorğu STATİSTİKA
VI kurs Məzun olacaq tələbələr arasında sorğunun keçirilməsində əsas məqsəd Məzunların hansı ixtisas üzrə gələcəkdə təhsillərini davam etdirmək və ya hansı ixtisas üzrə işə düzəlmək istədikləri ixtisaslar barəsində məlumat toplayıb əmək bazarı üçün statistikanı aşkar etməkdir.
Aşağıda göstərilən statistikada Məzunlar arasında hansı tibbi sahələrin populyar ve qeyri-populyar olması aydın şəkildə görsənir. Keçirilən sorğu nəticəsində yığılan məlumatların statistikasını aşkarlamaq, məzunlar tərəfindən bəzi ixtisasların çox bəzi ixtisasların az seçilməsi və ya heç seçilməməsi əmək bazarında disbalansı pozur. Elə Tibb ixtisasları varki, onlar Məzunlar tərəfindən seçilməyib. Əlbətdəki ixtisas seçimi azaddır, amma bu statistikaya baxan tələbələr gələcəkdə əmək bazarında işlə təmin olunması üçün kömək ola bilər. Bu baxımdan belə bir statistikanın olması və məzunların diqqətinə çatdırılması vacib haldır.
Gələcəkdə tələbələr arasında I-V kursların tələbələri ilə görüşlər planlaşdırılır, diskusiyalar aparılacaq və bu aparılan statistika barəsində onlara məlumat çatdırılacaq.