“Şəfa” xalq-çalğı alətləri ansamblı 2000-ci illərdə Tibb Universitetinin tələbələri arasında yaradılmışdır. Ansamblın ilk bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti Zamiq Əliyev olmuşdur. 2000-2013-cü illərdə “Şəfa” xalq-çalğı alətləri ansamblı elə də uğur qazanmamışdır. 2013-cü ildə Zamiq Əliyev öz ərizəsi ilə “Şəfa” xalq-çalğı alətləri ansamblının bədii rəhbər vəzifəsindən getdikdən sonra ansambl demək olar ki, fəaliyyət göstərmədi.

2016-cı ildə universitetin rektoru,professor Gəray Gəraybəylinin göstərişi ilə Həmkarlar İttifaqı Komitəsi ansamblın yenidən bərpasına başladı. Həmin dövrdən tələbələr arasında müsabiqələr elan olunmuş və istedadlı tələbələr ansambla cəlb edilmişdir. Ansambla II Müalicə-profilaktika fakültəsinin tələbəsi Şəmsi Axundov rəhbərlik etmişdir.  

“Şəfa” xalq-çalğı alətləri ansamblı universitetdə keçirilən “Yeni il” və “Dünya azərbaycanlıların həmrəyliyi günü”, “Novruz” bayramı, “Şuşanın dağları”, “Zəfər” bayramı, “Ulu Öndərin 100 illik yubiley  tədbiri”, “Bütöv Azərbaycan”, “Bu ellərin soyu birdir, kökü bir” adlı tədbirlərdə çıxış etmişdir. Keçirilən bu tədbirlərə Universitet Həmkarlar İttifaqı Komitəsi rəhbərlik etmişdir. Belə tədbirlər əməkdaşlar tərəfindən  böyük rəğbət hissi ilə qarşılanmışdır. “Şəfa” xalq-çalğı alətləri ansamblına hal-hazırda Stomatologiya fakültəsinin IV kurs tələbəsi Xəyal Fətullayev uğurla rəhbərlik edir.