Novruzova Gülay Ədalət qızı 16 oktyabr 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2010-2021-ci illərdə N.Nərimanov adına 45 nömrəli tam orta məktəbdə təhsil almış və buranı fərqlənmə attestatı ilə bitirmişdir. 2021-ci ildə Azərbaycan Tibb Universitetinin I Müalicə Profilaktika fakültəsinə daxil olmuşdur. Daxil olduğu ildən ATU Tələbə Elmi Cəmiyyətinin təşkilati komitəsində yer almış və elmi konfransların təşkilinə öz töhfəsini vermiş və təşəkkürnamələrlə təltif olunmuşdur. Həmçinin elmi fəaliyyətində bir çox mövzularda elmi işlər təqdim etmiş və İctimai Səhiyyə fakültəsinin 46-cı Tələbə Elmi Konfransında "Gələcəyin Alimləri" nominasiya ilə təltif edilmişdir.
2022-ci ildə "Qarabağ Gənclərinin Həmrəylik Düşərgəsində" universitetimizi layiqincə təmsil etmişdir.
2023-cü ildə Tələbə Təhsil Mərkəzi və Azərbaycan Tələbələri platforması tərəfindən "İlin tələbəsi" Fəxri Diplomuna layiq görülmüşdür.
2022-ci ildən etibarən Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının Azərbaycandakı yeganə tamhüquqlu üzvü olan AzerMDS - Həkimlər və Təbib Tələbələr İctimai Birliyində Üzvlərlə İş üzrə Vitse-Prezident olaraq çalışmaqdadır. Bununla yanaşı Böyük Qayıdış Gənclər təşkilatı, Davam Gənclər Hərəkatı, Leykemiya ilə Mübarizə İctimai Birliyi kimi təşkilatlarda, Elmi Tədqiqat Kardiologiya İnstitutunda və bir çox tibbi konfranslarda könüllü fəaliyyət göstərmiş və sertifikatlarla təltif edilmişdir.
ÜOMG göstəricilərinə görə fakültə üzrə fərqlənən tələbələrdən biridir.
Məktəb dövründə N.Nərimanov rayonu üzrə inşa müsabiqələrində 2 dəfə II yer, 1 dəfə III yer və dəfələrlə fəxri fərmanla təltif edilmişdir.
2024-cü il 14 mayda ATU tələbələri üçün keçirilmiş "AzerMDS 101: IFMSA" infosessiyasında öz məruzəsi ilə çıxış etmişdir.
Əla səviyyə Azərbaycan, Türk, yaxşı səviyyədə İngilis dili biliklərinə sahibdir.
Gələcəkdə xaricdə təhsil almaq və həkimlik peşəsinə daha dərindən yiyələnmək istəyir.