
Əhmədov Mehdi Mehman oğlu 22 sentyabr 2007-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2013-cü ildə Gəncə şəhəri Mehdi Mehdizadə adına 4 saylı Xarici dil Təmayüllü Liseyin I sinfinə qəbul olmuş, 2024-cü ildə həmin liseyin 11-ci sinfini fərqlənmə attestatı ilə bitirmişdir. Liseydə oxuduğu zaman bir çox müsabiqələrdə iştirak etmiş və sertifikatlar almışdır. 2024-cü tədris ilində DİM-in keçirdiyi universitetlərə qəbul imtahanından 642 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika-1 ixtisasına qəbul olmuşdur. Eyni zamanda, həmin fakültənin Elmi Şurasının üzvüdür.
