Hüseynzadə Sərfinaz Eytram qızı 26 iyul 2003-cü ildə Saatlı rayonunda anadan olmuşdur. 2009-cu ildə Cəbrayıl rayon V. Hüseynov adına Daşkəsən kənd tam orta məktəbinə daxil olmuş və 2020-ci ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirərək Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olmuşdur.

2021-ci ildə Azərbaycan Tibb Universiteti XXI Daxili Debat Turnirində II yerə layiq görülmüşdür.

 2022-ci ildə Azərbaycan Tibb Universitetinin I Müalicə-Profilaktika Fakültəsinə Tələbə Gənclər Təşkilatının sədri seçilmişdir.

 Sədr kimi fakültənin tələbələrini mütəmadi olaraq yerli təlimlər, seminarlar, konfranslar, milli və beynəlxalq yay düşərgələri, tələbə mübadilələri, incəsənət müsabiqələri və digər bu kimi fəaliyyətlərə cəlb edir, onların tədris və ictimai işlərdə yaranan problemlərinin həll olması ilə məşğul olur.

 2022-ci ildən Tələbə Elmi Cəmiyyətinin və Fakültə Elmi Şurasının üzvüdür.  

 Bu müddət ərzində TEC konfranlarının təşkilində yaxından iştirak etmiş, həmçinin 2 konfranda elmi işlə çıxış etmiş və III yerə layiq görülmüşdür.

 2022 və 2023-cü illərdə Azərbaycan Tibb Universitetinin sosial-ictimai işlərində göstərdiyi aktiv fəaliyyətə görə sertifikatla təltif olunmuşdur.

 2023-cü ildə “İlin TGT Fəalı” seçilmişdir.

 Leyla Tibb Mərkəzi və Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının müxtəlif şöbələrində, eyni zamanda Ankara Üniversitesi Tıp Fakültesi, Pulmonologiya şöbəsində təcrübə keçmişdir. Hal-hazırda Nərimanov Tibb Mərkəzi, Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsində təcrübə keçir.

 Orta məktəb dövründə də universitetdə olduğu kimi elmi və sosial aktiv olmuş, Respublika Fənn Olimpiadalarında, İntellektual oyunlarda iştirak etmişdir.

Gələcəkdə İngiltərədə təhsil almaq istəyir.