ATU THİK Kitab Klubu

ATU THİK Kitab Klubu 23 fevral 2023-cü ildə fəaliyyətə başlamışdır. Hazırda Rüfət Həsənlinin sədrlik etdiyi, Aytəkin Güliyevanın isə sədr müavini olduğu klubun, ümumilikdə, 13 nəfərdən ibarət İdarə Heyəti və 500-dən çox üzvü var.

Klub universitetdaxili və xarici çoxsaylı layihə və tədbirlərə imza atmışdır. Bugünədək 8 kitabın müzakirə günü, 4 kitabbağışlama aksiyası, 1 kitab sərgisi, "Danışır ATU!" layihəsi çərçivəsində 3 görüş, 1 yazıçı ilə imza günü, “Bakı turu” layihəsi çərçivəsində 6 muzeyə ekskursiya, 4 universitetin tələbələrinin iştirakı ilə 2 Poeziya Müsabiqəsi və daha neçə müxtəlif tipli tədbir həyata keçirilib. Bunlardan əlavə, ölkənin 9 kitab klubu və bəzi əlaqəli qurumlarla əməkdaşlıq yaradılıb, klub üzvlərinin səsləndirməsində dünyanın 11 platformasında podkast yayımlanır, "Kirildən Latına" layihəsi çərçivəsində 2 kitab latın qrafikasına çevrilib.  Klubun Bədii Kitab Fondunda isə 350-ə yaxın müxtəlif adda, 4 dildə kitab və 40 saydan çox mətbu nümunələr toplanmışdır ki, indiyədək yüzlərlə tələbə və onlarla müəllim bunlardan yararlanmışdır. Həmçinin klub üzvlərinin müəllifi olduğu 50-dən çox məqalə və şeir klubun veb-saytında (https://amubookclub.wordpress.com) dərc olunmuşdur.

ATU THİK Kitab Klubunda idarəetmə və klub işinin təşkili məqsədilə "Əsasnamə" adlı xüsusi toplu formalaşdırılmış və üzvlər tərəfindən qəbul edilmişdir.