Eldar Abdulla oğlu Qarayev əczaçılıq elmləri doktoru, professor. Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Etik Komissiyasının sədri, “Əczaçılıq kimyası, farmakoqnoziya” üzrə BFD 4.18 Birdəfəlik dissertasiya şurasının sədri, ATU Dissertasiya işlərinin ilkin sənədlərinin yoxlanılması komissiyasının sədri, “Azərbaycan əczaçılıq və farmakoterapiya” jurnalının redaksiya heyətinin üzvü, “Azərbaycan Tibb Universiteti Jurnalı”nın məsul katibidir. Mərkəzi ABŞ-da yerləşən Toksikoloqlar Cəmiyyətinin (SOT -Society of Toxicology) həqiqi üzvüdür. 10 patentin (ixtira), 6 kitabın, o cümlədən 4 dərslik və 2 dərs vəsaiti, 200-dən artıq elmi əsərin müəllifidir. Platformalarda Hirş indeksi: Google Scholar h-11, Web of Science h-6 və Scopus h-6.