Şıxəliyeva Aytən Sovqat qızı 17 yanvar 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2004-2010-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil almışdır. 2010-2011-ci illərdə Ə.D.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasında internatura keçmiş, 2012-ci ildə Azərbaycan Tibb Universitetinin “Uşaq xəstəliklərinin propedevtikası” kafedrasında baş laborant vəzifəsində işə başlamışdır. 2018-2021-ci illərdə II Müalicə profilaktika fakültəsində tyutor (akademik məsləhətçi), 2021-2022-ci illərdə “Tibb təhsili və innovasiya” şöbəsində koordinator vəzifəsində çalışıb. Hal-hazırda I Uşaq xəstəlikləri kafedrasında baş laborant olaraq çalışır. Ailəlidir, iki övladı var.