“Vətəndaş cəmiyyəti-DEBAT”-ictimai klub

Debat Klubunun Təqdimatı Universitetimizin Debat Klubu, tələbələrin intelektual inkişafına və fərdi bacarıqlarının artırılmasına yönəlmiş dinamik bir platformadır. Klubumuz müxtəlif mövzularda debat turnirləri təşkil edərək tələbələr arasında tənqidi düşüncə, natiqlik, tədqiqat və problem həll etmə bacarıqlarını inkişaf etdirməyə çalışır. Debat Klubumuzun əsas məqsədləri: * Tələbələrin natiqlik və ünsiyyət bacarıqlarını inkişaf etdirmək * Məntiqi təfəkkür və problem həll etmə qabiliyyətini artırmaq * Tələbələrin özünəinamını gücləndirmək * Kritik düşüncə bacarıqlarını inkişaf etdirmək * Tələbələr arasında sağlam rəqabət mühitini yaratmaq Fəaliyyətlərimiz: Debat Turnirləri: Klubda mütəmadi olaraq tələbələrarası debat turnirləri keçirilir. Bu turnirlər vasitəsilə tələbələr müxtəlif mövzularda öz mövqelərini ifadə etmək, qarşı tərəfin arqumentlərini analiz etmək və uyğun strategiyalar hazırlamaq imkanına malik olurlar. Mükafatlandırma Sistemi: Debat turnirlərində uğur qazanan tələbələr, klub tərəfindən xüsusi sertifikat və mükafatlarla təltif edilir. Bu, tələbələrin motivasiyasını artırır və onlara daha böyük nailiyyətlər üçün stimullar yaradır. Səmərəli və Əyləncəli Mühit: Klubdaxili fəaliyyətlərimiz yalnız intelektual inkişafı deyil, eyni zamanda sosial bacarıqların və komanda ruhunun formalaşmasına da kömək edir. Biz, üzvlərimiz üçün həm öyrənmə, həm də əylənmə mühiti yaradırıq. Klubdaxili Ailə Atmosferi: Debat Klubu, tələbələrin həmrəy olduğu, bir-birinə dəstək verdiyi və birlikdə öyrəndiyi bir ailə kimidir. Üzvlərimizin hər biri klubun inkişafında mühüm rol oynayır və bu birgə əməkdaşlıq klubumuzu daha da gücləndirir. Gördüyümüz işlər(2022- 2023 və 2023-2024cü tədris illərində): • Təcrübəli debatçılarımız tərəfindən 12 spiker təlimi; 28-30 sentyabr 2022, 14-16 mart 2023, 11-13 oktyabr 2023, 20-22 may 2024. • Yeni üzvlər üçün 4 şou debat keçirilmişdir; 1.10.2022, 17.03.2023, 14.10.2023, 25.05.2024 • 4 universitetdaxili turnirin və 1 universitetlərarası turnirin təşkili və həyata keçirilməsi; 15- 16.10.2022, 1-2.06.2023, 8-9.07.2023, 21- 22.10.2023, 1-2.06.2024 Hansı ki, hər bir turnirə 80dən artıq gənc cəlb olunur. • Bakı Gənclər Debat Forumu 2023 yaz layihəsinin finalçısı olmuşdur klubumuz. Üzvlərimizdən ən yaxşı natiqlər sırasına girən tələbələr olmuşdur. • 12.06.2023 tarixində klub üzvləri ilə piknik təşkil edilmişdir. Klubumuz universitetimizin dəyərlərinə sadiq qalaraq, gənclərin intelektual, sosial və emosional inkişafına töhfə verməkdən qürur duyur. Biz, rəhbərliyimizin də dəstəyilə, daha çox tələbənin bu səmərəli platformadan faydalanmasını təmin etməyi hədəfləyirik.

Hörmətlə, Aydın Çələbi, Debat Klub sədri