ATU-nun Böyük Elmi Şurasının mayın 2-də keçirilən iclası Tədris Cərrahiyyə Klinikasının fəaliyyətinə həsr olunub. “Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında tədris və müalicə işlərinin vəziyyəti və qarşıda duran vəzifələr” barədə hesabat təqdim edilib. Məruzadə qeyd olunub ki, klinika ən yeni avadanlıqla təmin olunub, xəstələrə yuksək səviyyədə xidmətlər göstərilir, tələbələrin və rezidentlərin təhsilə böyük diqqət ayırılır, təhsilalanlar orada böyük təcrübə toplayır. Sonda Elmi Şura elmlər doktoru işlərinin mövzusunu və elmi məsləhətçisini, elmi adları təsdiqləyib.

Link:  https://amu.edu.az/news/3524/tedris-cerrahiyye-klinikasinda-ciddi-deyisiklikler-aparilir?local=1719390039