Təlim-tərbiyə işləri üzrə prorektorluq

Təlim-tərbiyə işləri üzrə prorektorluq – təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir. Pedoqoji işçilərin attestasiyadan keçmələri üçün müvafiq hazırlıq işlərini təmin edir, onların  təkmilləşmələri üçün yol göstərir. Ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inkluziv təhsil üzrə məqsədli ixtisaslaşdırmanın təmin edilməsini, müəllimlərin informasiya-komunikasiya texnologiyaları bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılmasını, pedaqoqların təkmilləşdirilməsinin beynəlxalq standartlarla uzlaşdırılmasını, tədris proqramları və tədris-metodiki sənədlərlə işi, informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini, təhsil innovasiyalarını və s. təşkil edir.