Cəbrayılova Şəfəq
Yerinə yetirdiyi vəzifə və öhdəliklər:
Səhiyyə Nazirliyindən, Təhsil Nazirliyindən, Xarici işlər Nazirliyindən, Ədliyyə Nazirliyindən, Dövlət və özəl xəstəxanalardan, Tibb müəssisələrindən, xarici dövlətlərin tibb şirkətlərindən, dövlət qurumlarından, ali təhsil müəssisələrindən daxil olan məktub və sorğuları cavablandırır. Müxtəlif illərdə Məzun olan və şöbəyə müraciət edən bütün Məzunlara xaricdə diplomlarının taninması, təhsillərini davam etdirmək və ya əmək fəaliyyətinə başlamaları üçün sənədləri hazırlayıb, tərtib edir. Tövsiyyə məktublarının, MSPE hazırlanması və digər tələb olunan sorğuların cavablandırılması istiqamətində mütamadi, gündəlik olaraq işlər görülür. Məzunlarla iş şöbəsi olaraq, beynəlxalq miqyasda tanınmış şirkətlərlə (DATA FLOW GROUP, WES KANADA – ABŞ, ECE.ORG, FSMB STATE MEDİCAL BOARDS - verification, ENİC) Türkiyə, Almaniya, Qazaxıstan, Belorusiya, Amerika, Kanada, Finlandiya, Danimarka, Rusiya kimi ölkələrin dövlət və tibb müəssisələri ilə əlaqələr yaradılmışdır və Məzunların müraciəti ilə bağlı olaraq qarşılıqlı fəaliyyət göstəririk. Məzunlarla iş şöbəsi yaradılandan, hər il hansı ixtisasa marağın çox və ya az olmasını bilmək üçün tələbələr arasında statistika aparır və məlumatı Azərbaycan Tibb Universitetinin səhifəsində yerləşdirir. Məzunların məlumat bazasının yaradılması.